Səfirlik və dövlət qurumu Teyyubun dana monopoliyasını araşdırır
Son iki ayda NUH.az saytında dərc olunan "Teyyub Hüseynovun dana monopoliyası", "Dana monopilisti Teyyub Hüseynov baş redaktora təzyiq edir", "Baş redaktor "dana monopoliyası" ilə bağlı Ukrayna prezidenti Zelenskiyə müraciət etdi" başlıqlı araşdırma yazıları cəmiyyətdə geniş rezonans doğurub, yazıda adı keçən ölkələrin səfirliklərinin, hüquq-mühafizə orqanlarının, hətta Ukrayna hökumətinin diqqətini xüsusi olaraq cəlb edib.
Və yazıda qeyd olunan inhisarçı şəbəkənin qanunsuz əməlləri ilə bağlı müvafiq orqanlar araşdırmaya başlayıb. Müzakirə məqsədilə NUH.az saytının təsisçisi və baş redaktoru Kamran Məhərrəmli Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən rəsmi dəvət alıb.
Eyni zamanda Teyyub Hüseynovun monopoliya şəbəkəsi ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyi məlumatlandırılıb. Yaxın günlərdə Ukraynadakı səfirliyimizlə bu məsələni birgə müzakirə edəcəyik. Ümid edirik ki, qısa müddətdə Ukraynanın hüquq-mühafizə orqanları "dana monopolistləri" ilə bağlı konkret tədbirlər görəcək.
Qısa məlumat üçün qeyd edək ki, araşdırmamızın "qəhrəman"ı, Rusiyda "Timur", Azərbaycanda "Peykan" ləqəbi ilə tanınan, 1966-cı ildə Tovuz rayonunun Əlimərdanlı kəndində doğulmuş, hazırda Rusiya vətəndaşı olan, Belqorod şəhər sakini Hüseynov Teyyub Məhəmməd oğludur. Teyyub Hüseynovun "qəhrəman"lığı nədir ? Teyyub Hüseynov Ukrayna Respublikasında "Brodi MİT EKSPORT" şirkətini yaradaraq ( direktor Teyyubun yaxın adamı Pərvizdir Əliyev, köməkçisi Ukrayna vətəndaşı Yuradır) Azərbaycana ixrac olunan diri mal-qara biznesini öz monopoliyasına alıb. Məlumdur ki, Rusiya və Ukrayna arasında siyasi münasibətlər gərginləşəndə hər iki tərəf qarşılıqlı sanksiyalar tətbiq etdi. Və Ukrayna məhsullarının Rusiya ərazisindən tranziti əngəlləndi. Bundan istifadə edən Teyyub Hüseynov Ukraynadan Azərbaycana ixrac olunan diri mal-qaranın monopoliyasını yaradıb. Və qanunsuz, qeyri-leqal yolla Ukraynadan mal-qaranın Rusiya vasitəsilə Azərbaycana ixracına tam nəzarət edir.
Teyyubun yaratdığı MEXANİZM-ə nəzər salaq: Hər birinin orta çəkisi 300-400 kq olan 80 baş diri heyvanın olduğu bir maşın üçün sahibindən 7500 dollar alan Teyyub malın Azərbaycana ixracına "xeyir-dua" verir. Hər ay bu yolla Ukraynadan Azərbaycana 50 maşın mal-qara gəlir. Peykan hər maşında 7500 dollar alır, bu isə ayda 7500 * 50 = 375000 dollar deməkdir. Hər maşının xərci 2000 dollardır. Deməli Peykanın xalis gəliri hər ay 275000 dollardır. Bir ildə 275000 * 12 = 3 milyon 300 min dollar. Son 5 ildə bu monopoliya Teyyub Hüseynovun əlindədir, deməli o qeyri-qanuni yolla 16, 5 milyon dollar gəlir əldə edib. Bir maşın yükün Azərbaycana çatdırılma xərci 6000 dollardır. Bu xərci "Peymanın rüsumu"na əlavə etdikdə belə rəqəm alınır: 7500 + 6000 = 13500 dollar.Dövlət Gömrük Komitəsi isə diri maln hər kiloqramına görə, 55 qəpik rüsum alır. Söhbət bir diri dananın Azərbaycana gətirilməsindən gedir, təmiz çəkidən yox. Əslində Azərbaycanda ətin bu gün real dəyərindən çox yüksək olmasının səbəbi Peykan kimi monopolistlərdir. Yazdıqlarımıza şübhə edənlər gömrüyün rəsmi statistikasını qaldırıb BRODİ MİT EKSPORT şirkətinin son illər Azərbaycana nə qədər məhsul göndərdiyini öz gözləri ilə görə bilərlər. Məlumat üçün onu da qeyd edək ki, 4 il əvvəl Peykanın Bakıda başqa bir şirkəti fəaliyyət göstərirdi. Şirkətə Teyyubun Elsevər adlı dostu rəhbərlik edirmiş. Qanunsuz əməllərinə görə, Elsevər hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və həmin vaxt Teyyubun da həbsi qaçılmaz olub, ancaq Teyyubu aradan çıxarıblar. Və Teyyub özünə Bakıda "krışa" tapıb. Bu barədə növbəti yazıda. Yuxarıda Teyyubun yaratdığı şəbəkənin MEXANİZM-nə nəzər saldıq.
İndi isə bu şəbəkənin qanunsuz mal-qara daşıma TRAYEKTORİYA-sına qısa nəzər salaq. Ukrayna qanunlarına zidd olaraq Teyyub Hüseynovun şirkətinə rəhbərlik edən Pərviz Əliyev və Yura Ukraynanın müxtəlif bölgələrindən ( Çerniqov, Vinnitsa, Xarkov və s ) diri mal-qaranı toplayır və Lvov şəhərində gömrükdə rəsmləşdirirlər. Məlumata görə, bu qeyri-qanuni rəsmləşdirmə üçün Ukrayna hüquq-mühafizə orqanlarına, Baytarlıq İdarəsinə, Lvov Gömrük İdarəsinə rüşvət verilir. Əslində mal-qara 21 gün karantində qalmalı olduğu halda Pərviz malı köhnə tarixə sənədləşdirir. Sonra məhsul Xarkova, oradan isə Rusiyanın Belqorod şəhərinə göndərilir. Sonra Rostov - Dağıstan marşrutu üzrə diri mal-qara Azərbaycana gətirilir. Və beləliklə Teyyubun dana əməliyyatı başa çatır. Məlumat üçün qeyd edək ki, Teyyub Hüseynovun Ukraynada daha bir şirkəti fəaliyyət göstərir: "Kompaniya MİT Treyd" ( Kompaniya MEAT TRADE). Teyyub Hüseynov 2018-ci ilin may ayınadək Azərbaycanda "MEAT PRODUCTS" şirkətinə də diri mal-qara ixrac edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NUH.az
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Dövlət Baxçalıdan Ərdoğana ÇAĞIRIŞ
17 mart 2024 14:36
- Hüseyn Abdullayev dövlət əleyhinə çıxış edənləri maliyyələşdirməkdə ittiham edilir
11 mart 2024 16:49
- Sumqayıtın qorxu doğuran daha bir problemi: Kütləvi şəkildə çoxalan təhlükəli küçə itləri..
10 mart 2024 20:52
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları....
3 mart 2024 12:09
- Britaniyanın 49 günlük baş naziri dərin dövlət-dən danışdı...
26 fevral 2024 21:45
- Bakı Dövlət Sirkinin pul seyfi oğurlandı
20 fevral 2024 14:11
- Tehranda rus səfirliyinə hücum zamanı məşhur şair və dramaturq Qriboyedov öldürülür
11 fevral 2024 22:06
- Dünyanın Puşkini - Firuz Mustafa yazır
8 fevral 2024 11:25
- Dövlət Xidməti ilə "Azərpambıq" arasında məhkəmə çəkişməsi - Nə baş verib?
6 fevral 2024 22:22
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05