Abutalıbovun batırdığı Bakının Baş planını almanlar 6 milyon dollara dirçəldir
Bakı şəhərinin Baş planının hazırlanması ətrafında müzakirələr hələ də davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məlumat yayılıb ki, proses plan-qrafikə uyğun gedir. Bu prosesin bütün iştirakçılarının əlaqələndirilməsi məqsədilə komitə tərəfindən formalaşdırılmış qurumlarası işçi qrupun növbəti iclası keçirilib.
Məlumat verilib ki, bu günədək 31 dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılıb və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilib.
Daha sonra Bakının Baş planının hazırlanması üzrə keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritetlərinə əsaslanaraq işlənmiş bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib.
Baş planın tapşırıldığı “AS+P” şirkəti haqqında məlumatlara gəlincə isə mənbələrə görə, bu, qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunan “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə icra olunub. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tiflis, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.
Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək.
“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov söyləyib ki, Bakının indiyə qədər 4 Baş planı olub: “Ümumilikdə, 1-ci Baş planı hazırlayırlar, 2-ci planda 1-cinin inkişafı nəzərdə tutulur. 3-cü Baş plan isə 2-cinin inkişafını təmin edir. Beləliklə, növbəti, ondan əvvəlkinin inkişafı əsasında qurulur. Bu ümumi prinsiplər dünya təcrübəsinə əsaslanır. Abutalıbovun dövründə indiyə qədər qüvvədə olan Baş plan kənara qoyuldu və necə gəldi tikintilər aparıldı. Sovet dövründə norma və tələblər başqa idi. İndi hazırlanan Baş plan isə tamamilə milli maraqlara və dünyəvi təcrübəyə uyğun şəkildə hazırlanmalıdır. Eləcə də bu Baş planda əvvəl buraxılmış nöqsanlar aradan qaldırılmalıdır. Yenilikləri nəzərə almadan, ayrı-ayrı yerləri tikinti şirkətlərinə verdilər ki, köhnə binaları söküb, yerində yenilərini tikin. Köhnənin yerində yeni bina tikilən zaman nəzərə almaq lazımdır ki, oradakı yollar da genişlənməlidir. Çünki əvvəlki binalarda, məsələn, 10 adam yaşayırdısa, onun yerində inşa edilən hündürmərtəbəli binada 100 adam yaşayacaq. Pulu düşünüb, bu cür layihələri icra edən zaman yolları, uşaqların oynaması üçün yerləri nəzərə almadılar. Normaya görə hər bir insana 14 kvadratmetr yer lazımdır ki, o, normal şəkildə yaşaya bilsin. İndi isə biz görürük ki, uşaqlarımız tamamilə başqa cür böyüyürlər. Torpaq yoxdur ki, uşaqlar oynaya bilsinlər. Hər bir uşaq öz evində oynayır, ona görə də bir-birilərinə düşmən kimi baxırlar. Bunun sosial əhəmiyyəti də var. Ancaq bunları düşünən olmadı. Ona görə də yeni sosial problemlər əmələ gəldi. Bütün bunlar Baş planda öz həllini tapmalıdır. Sökülən binaların yerində böyük parklar salınmalıdır ki, həyətində yer olmayan binaların sakinləri heç olmasa orada dincələ bilsinlər”.
Ekspert bildirib ki, hazırda Bakının böyük problemləri mövcuddur: “Bu problemlərdən kanalizasiya sistemlərinin tələbə uyğun çəkilib, yaradılması ən əsaslarındandır. Məişət və yağış sularının axıdılması üçün kommunikasiya xətləri çəkilməlidir. Su, qaz, elektrik xətləri yeni tələblərə uyğunlaşdırılmalıdır. Digər ən böyük problemlərdən biri də şəhərin çıxışı ilə bağlıdır. Hazırda Bakının çıxış problemi var. Şəhərdə hansısa bir hadisə baş verərsə, çıxış problemi böyük fəlakətə səbəb ola bilər. Söhbət zəlzələ, hansısa digər bu kimi fəlakətlərdən gedir. Şəhərdən çıxış çox çətindir. Bu məsələ həll olunmalıdır. Eyni zamanda insanların iş yerləri ilə təmin olunması da əsas sosial problemə daxildir. Bunun həlli yollarından biri turizmin inkişafıdır.
Biz arzu edirik ki, Azərbaycana 3 milyon xarici turist gəlsin. Halbuki ən azından 20-30 milyon nəfər turisti qəbul etməyə qadirik. Bu məsələ Bakıda həll olunmalıdır. Bunun üçün dəniz çimərlikləri bərpa olunmalı, müasir istirahət yerləri açılmalıdır. Bunların hamısı Baş planda da öz əksini tapmalıdır. Bakının unikal vəziyyətini nəzərə alaraq, küləyin istiqamətindən asılı olaraq, müxtəlif yerlərdə çimərliklər yaratmaq olar ki, şimal küləyi olduğu zaman cənubda, cənub küləyi olan zaman isə şimaldakı çimərliklər yaxşı işləyə bilsin. Bütün bunları nəzərə almaq lazımdır. Ekoloji vəziyyətin yaxşılaşdırılması da nəzərdə tutulmalıdır. Bundan əlavə, Qobustan zonasında 2-3 min hektarlıq böyük meşə sahəsi yaratmaq olar. Bu da kanalizasiya sularının təmizlənməsi hesabına suvarıla bilər. Biz deyirik, ancaq orada kimlər iştirak edirlər, hansı təkliflər verirlər, bunu bilmirik. Baş planın hazırlanması ətrafında danışırlar. Ancaq müzakirəyə çıxarmırlar bilək ki, ortaya nə qoyurlar. Deyirlər ki, Baş planın əsas prioritetləri hazırdır və təqdim edilib. Yaxşı, bu nədən ibarətdir? Bu planı cəmiyyətin müzakirəsinə verməlidirlər ki, insanlar da öz fikirlərini söyləsinlər və sabah ortaya çıxan layihə anormal olmasın”.
“Yeni Müsavat”
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 2024 23:21
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15