Sürücüləri qarət edən “İskəndər Asa" kimindir: Dövlət içində dövlət? – Polkovnik açıqladı
Reportaj2 oktyabr 2019 17:08
Bakı Nəqliyyat Agentliyi Bakıda parklama yerlərinin ödənişsiz, sürücülərdən pul alınmasınınsa qanunsuz olması ilə bağlı açıqlama yayıb.
Lakin buna baxmayaraq, Bakının demək olar ki, hər yerində bəzi şəxslər sürücülərdən pul tələb edir, üstəlik ödənişə görə də POS-terminalla sürücülərə qəbz verirlər. Qəbzdə isə "İskəndər Asa Parkinq" adlı müəmmalı bir MMC-nin adı qeyd olunur.
Bəs bu MMC kimə tabedir, sürücülərdən yığılan pullar hara gedir? Əlaqədar dövlət orqanları hara baxır? Bu günə kimi bir məsuliyyətə cəlb etmə faktı qeydə alınıbmı?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Qaynarinfo-ya bildirdi ki, bu məsələni araşdırmaq BNA-nın səlahiyyətində deyil:
"Bu sualın cavabı sizin kimi bizə də çox maraqlıdır. Lakin bunu araşdırmaq bizim səlahiyyətlərə aid məsələ deyil. Buna görə də təklif edirəm ki, problemi mətbuat araşdırsın.
Bizim faktla bağlı hər hansı bir məlumatımız yoxdur. Ancaq məsələ ilə bağlı BNA tərəfindən müvafiq qurumlara müraciət olunub. Dediyim kimi, alınan vəsait qanunsuzdur. Vətəndaş qanunsuz hərəkətlə üzləşdiyi halda təbii ki, hüquq-mühafizə orqanlarına müraciət etməlidir".
Əldə etdiyimiz məlumata görə, yuxarıda adı qeyd olunan İskəndər Asa Parkinq MMC əvvəllər Bakı şəhər İcra Hakimiyyəti ilə işləyib. Daha sonra bu səlahiyyət İcra Hakimiyyətindən alınaraq BNA-ya verilib. Sonradan Nəqliyyat Agentliyi də nə üçünsə bu şirkətlə işləməkdən imtina edib. Baxmayaraq ki, parkinq yerləri BNA-nın tərkibində olsa da, bu şirkət bir çox parklama yerlərində iş başındadır.
"Bəli, biz yerləri təhvil almışıq. Amma qiymət hələ təsdiqlənməyib. Qiymət təsdiqlənmədiyi halda necə pul alına bilər? Bu şəxslər qanunsuz olaraq BNA-ya aid olan parklama yerlərində sürücülərdən pul toplayırlar", - BNA sözçüsü əlavə etdi.
Yol nəqliyyatı eksperti Elməddin Muradlı da Qaynarinfo-ya açıqlamasında bildirdi ki, vətəndaşlar ayıq olmalı və paytaxtda soyğunçuluqla məşğul olan İskəndər Asa Parkinq MMC-nin əməkdaşlarına pul verməməlidirlər:
"İskəndər Asa Parkinq MMC hüquqi şəxsdir, bir şirkətdir və bu şirkət iddia edir ki, onlar o parkinqləri Bakı şəhər İcra Hakimiyyətindən icarəyə götürüblər. Parkinq məsələsinə İcra hakimiyyəti nəzarət etdiyi dövrdə bunlar Bakı şəhər İcra Hakimiyyəti ilə müqavilə bağlayıblar və 100-ə yaxın parkinq onlara icarəyə verilib. Bu səlahiyyət Bakı şəhər İcra Hakimiyyətindən alındıqdan sonra həmin şirkətin əl-qolu bir az da genişlənir və Bakı şəhərində bütün parkinqlərə sahiblik etməyə başlayırlar. Lap götürsək ki, qanuni müqavilə ilə onlara 100-ə yaxın parkinq verilib, ancaq onlar 100-ə yaxın parkinqlə kifayətlənmirlər, yaranmış boşluqdan istifadə edərək bütün parkinqlərə adamlar qoyub pul yığırlar. Xüsusi Pos-terminalları var, onları göstərib, insanlara hədə-qorxu gəlirlər ki, ödəniş etməsəniz, sizə cərimə gələcək və s. kimi metodlardan istifadə edirlər. Konkret desək, soyğunçuluqla məşğuldurlar. Şəhərin ortasında İskəndər Asa Parkinq MMC əməkdaşları soyğunçuluğa yol verir və bunu çox təəssüflər olsun ki, bütün strukturlar bilə-bilə, qarşısını almaq üçün heç bir tədbir görmürlər. Mən BNA-nın açıqlamasını qəbul edirəm, başa düşürəm. Onlar öz üzərlərinə düşən missiyanı yerinə yetirib açıqlama verirlər ki, bizlik deyil. Amma kimlikdi, onu da demirlər. "İskəndər Asa Parkinq”in sahibinin kim olduğunu bir çox struktur bilir. Sadəcə olaraq, boş buraxıblar, onlar da bundan məharətlə istifadə edirlər, qanunsuz olaraq vətəndaşlardan pul yığırlar. Mənə elə gəlir ki, onların Bakı şəhər İcra Hakimiyyəti ilə olan müqaviləsinə dərhal xitam verilməli və onlar bu işdən kənarlaşdırılmalıdır. Əgər bu səlahiyyət İcra Hakimiyyətindən alınıbsa, onun verdiyi müqaviləyə də xitam verilməlidir. Başqa yol qalmır. Vətəndaşlar da ayıq olmalı, onlara pul verməməlidirlər. Çünki "İskəndər Asa Parkinq”in buna səlahiyyəti çatmır".
Məsələni dəqiqləşdirmək üçün "işarə oxları"nın tuşlandığı Bakı şəhər İcra Hakimiyyətinə də müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov açıqlamasında bildirdi ki, "Keçən ilin aprel ayından Bakı şəhərindəki bütün parkinqlər, yeraltı və yerüstü dayanacaqların səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə verilib. Ona görə də bu məsələnin Bakı şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Çünki dediyim kimi, bütün səlahiyyətlər BNA-ya verilib".
Onu da qeyd edək ki, İskəndər Asa Parkinq MMC ilə bağlı axtarışlarımız nəticəsiz qaldı. Çünki sözügedən qurumla bağlı rəsmi ünvana, sayta, telefon nömrəsinə, bir sözlə, əlaqə yaratmaq üçün heç bir vasitəyə rastlamadıq - xəbər saytlarında yer alan mənfi xəbərlərdən başqa...
Bəs bu qurum hara baxır, haradan, kimdən, hansı dövlət qurumundan icazə alaraq sürücülərdən pul yığır?
"Belə olan təqdirdə sürücülərə ancaq diqqətli olmaq düşür”. Bunu isə Qaynarinfo-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov dedi. Polkovnik xüsusi olaraq vurğuladı:
"Bir halda ki, pulsuz olan parklama yerlərində qeyri-qanuni yolla pul yığılır, sürücülər diqqətli olub bu məsələ həllini tapana qədər pul verməsinlər. Yox, əgər kimsə sürücülərdən israrla pul tələb edirsə, ərazi üzrə polis orqanlarına müraciət edərək şikayət etmələrini tövsiyə edirəm".
Oxşar xəbərlər
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya