Prezidentin qətiyyətli çıxışına sözardı... (RƏYLƏR)
Siyasət28 noyabr 2019 11:46
Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə qətiyyətli çıxışı cəmiyyətin böyük marağına səbəb oldu.
Dövlət başçısı 45 dəqiqəlik çıxışında bu dəfə də tarixi faktlara əsaslanaraq Azərbaycanın hansı ağır dövrləri keçərək müstəqilliyinə qovuşmasından, müasir, inkişaf etmiş bir ölkəyə necə çevrilməsindən danışdı. Prezidentin "Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq” fikri ölkə ictimaiyyətində böyük rəğbətlə qarşılanıb. Azərbaycan Prezidentinin bu fikri, xüsusən, gənclərin marağına səbəb olub. Eyni zamanda, bu fikir Azərbaycanın dünyada öz sözünü deməyə qadir olan bir dövlətə çevrildiyini göstərir. Dövlət başçısının bu fikrinin təsdiqini tarixi keçmişə qısa nəzər salaraq tapmaq mümkündür. Daim başının üzərində qara buludlar gəzən Azərbaycan ərazisi hər zaman yadellilərin siyasi maraqlarında əsas amillərdən biri olub. Tarix boyu xalq isə bunun ağrısını və acısını yaşayıb. Dövlət başçısı elə buna görə də gənclərə Azərbaycanın uzaq və yaxın tarixdə keçdiyi ağır dövrləri və ölkənin o çətin vəziyyətdən necə xilas olduğunu bilməyin zəruriliyini vurğulayıb.
"Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm. Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü. Məgər bizi bizdən çox sevən, istəyən varmı?”, - Prezident İlham Əliyev bildirib.
"Heç bir ölkə öz maraqlarını qoyub Azərbaycanın maraqlarına xidmət etməyəcək".
Milli Məclisin deputatı Nəsib Məhəməliyev "Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev "Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq” fikri ilə cəmiyyətə mesaj verib:
"Dünyada dövlətlərin qarşıdurması, çox ciddi rəqabət, beynəlxalq hüquq normalarının artıq deqradasiyaya uğraması, geopolitik təsirlərin artması, ayrı-ayrı dövrlərdə dünya güclərinin öz maraqlarına uyğun apardığı siyasət hər bir ölkədən öz daxilində möhkəmlənməyi və millətlərin inkişafın etməsini tələb edir. Heç kimə sirr deyil ki, hazırda dünyada ciddi rəqabət gedir. Bu rəqabət həm siyasi, həm iqtisadi maraqlar uğrunda, həm də qlobal təsirlərin gətirdiyi yeni çağırışlar uğrunda həyata keçirilir. Nəzərə alsaq ki, ABŞ ilə Çin arasında ticarət müharibəsi, Rusiya arasında isə çox ciddi qarşıdurmalar yaranıb. O cümlədən, Avropa İttifaqı ilə Rusiya arasında, AB-a daxil olan ölkələrlə ABŞ arasında gedən qarşıdurmalar və digər analoji siyasi proseslər təbii olaraq, millətləri öz çarələrini özləri qılmağa, problemlərinin həllinə daha ciddi yanaşmağa sövq edir. Azərbaycanın ətrafında gedən proseslərdə iki standartların həyata keçirilməsi torpaqlarımızın işğaldan azad olunmasına maneçilik yaradır. Ona görə də təbiidir ki, ilk növbədə biz özümüz özümüzü çox istəməliyik. Ki, ölkəmizin daxilində siyasi sabitlik hökm sürsün və Azərbaycan həm iqtisadi, həm də sosial baxımdan daha da güclənsin və xarici qüvvələrə imkan verilməsin ki, demokartiya adı ilə bizim aramıza nifaq salsın. Bu baxımdan cənab Prezident çox haqlı fikirlər bildirdi və "Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq” fikrini tam dəqiq ifadə elədi. Hər bir ölkənin öz maraqları var. Ona görə də heç bir ölkə öz maraqlarını qoyub Azərbaycanın maraqlarına xidmət etməyəcək. Ona görə də, təbiidir ki, bizim problemlərimizə bizdən başqa heç kim canıyanalıqla yanaşmayacaq. Hesab edirəm ki, bu, Azərbaycan Prezidentinin cəmiyyətə verdiyi mesajdır”.
"Qərbin əsas ideologiyası bazar iqtisadiyyatıdır – mənfəətdir"
Mərasimdə Azərbaycanın yaşadığı ağır dövrlərdən söz açan dövlət başçısı bildirib ki, o zaman heç kim Azərbaycana kredit vermək istəməyib: "Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cavahirat fondunu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o ləl-cavahirat fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq”.
"90-cı illərin əvvəllərində xarici ölkələrin Azərbaycan rəhbərliyinə etimadı olmadığından bizə kredit vermirdilər"
İqtisadçı ekspert Əkrəm Həsənov "Report”a açıqlamasında bildirib ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə vəziyyəti çox ağır idi: "Müharibə şəraiti hökm sürürdü. Eyni zamanda, ölkədə iqtidar güclü deyildi. İstər Ayaz Mütəllibov iqtidarı olsun, istərsə də Əbülfəz Elçibəy iqtidarı olsun – heç biri güclü deyildi. Təbii ki, Elçibəy iqtidarının bir sıra müsbət addımları olub. Amma, ümumilikdə, bir iqtidar kimi gücü və idarəetmə qabiliyyəti yox idi. Buna görə də iqtisadiyyatı inkişaf etdirmək çətin idi və xaricdən də məhz buna görə kredit vermirdilər. Eyni zamanda, krediti həm də ona görə vermirdilər ki, onların Azərbaycan rəhbərliyinə etimadı yox idi. Amma artıq Heydər Əliyev gələndən sonra həm iqtidarı möhkəmləndirdi, həm də iqtisadiyyatı gücləndirməyə başladı. Yalnız bundan sonra kreditlər almaq mümkün oldu. Danılmaz faktdır ki, ondan sonra dövlətimiz inkişaf etməyə başladı. Bu gün isə Azərbaycan xaricdə investisiyalar qoyur və kreditlər də verir. Hesab edirəm ki, 2005-2015-ci illər Azərbaycan xalqının "qızıl on illiyi" idi. Yəni heç vaxt xalqımız belə yaxşı yaşamamışdı. Təbii ki, bu illər ərzində mənfi hadisələr də olub. Amma bu tarix xalqın rifahı naminə ən yaxşı dönəm kimi olub. "Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq” fikri ilə tam razıyam. Bəziləri deyir ki, guya bizə ən çox kömək edənlər Qərb və Avropadır. Yəni sponsorluq edirlər və qrantlar verirlər. Sanki bununla da bizi hamıdan çox istədiklərini etiraf edirdilər. Amma həmin o Qərbin əsas ideologiyası bazar iqtisadiyyatıdır – mənfəətdir. Deməli, onların mənfəətləri olmasa Azərbaycanda kimlərəsə pul verərmi? Əlbəttə yox. Bunu sadəcə başa düşmək lazımdır. Kim ki, bizə kömək edirsə, öz maraqları naminə edir. Onlar burada öz siyasətlərini həyata keçirmək istəyirlər. Ona görə də cənab Prezidentin bu fikirləri tam haqlı fikirlərdir. Ona görə də Azərbaycan xalqı bu məsələlərdə bir olmalıdır”.
Oxşar xəbərlər
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Prezident Sankt-Peterburqun qubernatorunu qəbul etdi - Yenilənib - Fotolar
3 aprel 2024 13:36
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
Xəbər lenti
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya