“Mənim barəmdə prezidentə yalan informasiyalar veriblər”
Bu gün – 6 dekabr tarixində tanınmış yazıçı Əkrəm Əylislinin 82 yaşı tamam olub. Yazıçı 1937-ci ildə Naxçıvan MR Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.
Əkrəm Əylisli doğum günündə fikirlərini Modern.az-la bölüşüb:
– Əkrəm müəllim, bu yaşınızda özünüzü necə hiss edirsiniz?
– İnsan bu yaşda irəli baxmaqdan qorxur. Çünki irəlidə bir şey qalmır. 90-a yaxın yaş da yaşasan, yenə az görünür. Arxaya baxırsan, bütün həyatın gözünün qabağına gəlir. Mən 16 yaşında olanda Əylisdən çıxmışam. Bakıya necə gəlmişəm, hamısını xatırlayıram.
– Əylisə getmək istəyirsinizmi?
– Necə gedim? Bakıdan çıxışıma qoyulan qadağaya görə Əylisə də gedə bilmirəm. Səhhətimlə bağlı tez-tez problemlərim yaranır, müalicə üçün ölkə xaricinə getməyə məcburam. Amma gedə bilmirəm. Mənə bu barədə danışmaq ağırdır, ona görə çox danışmaq istəmirəm. Mən bu barədə Baş prokurora da müraciət etdim. Amma heç bir addım atılmadı. Mənə açılan cinayət işinə görə, ölkədən çıxışa qadağanın maksimum 1 il vaxtı var. Amma gör, üstündən nə qədər vaxt keçib, qadağa götürülməyib, üzərimə qoyulan böhtan da hələ qalır.
– Qadağa götürülsə, gedəcəksinizmi xaricə?
– Mən Azərbaycandan başqa yerdə yaşaya bilmərəm. Bunu hamı bilir. Dəfələrlə də demişəm. Burada nəfəs alıram.
– Yeni əsərləriniz varmı?
– Bəli. Bir əsərin üzərində işləyirəm. Həmişə işləmişəm, yazmışam. Özüm üçün çox əhəmiyyətli olan yazılarım olub, hamısı orada-burda çap olunub. Sonuncu işim isə dünyada tanınmış britaniyalı yazıçı Salman Rüşdinin hekayələrindən ibarət kiçik bir kitabdır, vermişəm çap olunub. İstədim ki, Salman Rüşdi Azərbaycan dilində ilk dəfə çap olunsun, oxucularımız onun yaradıcılığı ilə tanış olsunlar.
– Mətbuatı da izləyirsinizmi? Siyasət aləmində gedən proseslərə münasibətiniz necədir?
– Əli Həsənovun çıxarılması ilə ideologiyamızda olacaq dəyişikliklər məndə ümid yaradır. İdeologiya aləmi təmizlənməlidir. Burada çoxlu qüsurlar var. Mənəvi həyata diqqət azalır. Mənəvi yaşayışımızı izləmirik, mənəviyyat az qala dəyərdən düşüb. Ona görə düşünürəm ki, ideoloji sahədə ciddi dəyişikliklərə ehtiyac var. Xüsusilə Əli Həsənovla bağlı addım atılması müsbətdir. O, Azərbaycan ziyalılarını bölüb, onların arasında uçurum yaradırdı. Məncə, Azərbaycan ziyalılarının bir-biri ilə qəddar düşmənçiliyi onun vəzifədən çıxması ilə aradan götürülə bilər.
– Milli Məclisə növbədənkənar seçki keçirilməsi haqqında qərarı necə qarşıladınız?
– Mən bu məsələni tam şərh edə bilmərəm. Hərə bir cür izah edir. Deyirlər ki, digər idarəetmə strukturlarında ciddi dəyişiklər olub, islahatlar qanunverici orqanda da olmalıdır. Buna görə, seçkilər yenidən keçirilməlidirsə, olsun… Cavanlaşdırma lazımdır.
– Namizədliyinizi vermək istəyərsinizmi?
– Mənim 82 yaşım var e… Namizəd olmaq iddiasına düşsəm, gülərlər. Amma Milli Məclisə gənclər seçiləcəksə, o cavanlıq enerjisi həyatda da öz əksini tapmalıdır. Bu enerjinin qarşısını süni sürətdə almaq olmaz. Eyni zamanda, süni sürətdə kiməsə qoca deyib, uzaqlaşdırmaq da düzgün deyil.
– Özünüzə nə arzu edirsiniz?
– Şəxsimə görə arzum budur ki, mənə görə övladlarım əziyyət çəkməsinlər. Onlar hazırda işsizdilər. Ədəbiyyatçı olmasalar da, öz sahələrində olduca bilikli, məlumatlı insanlardır. Arzum budur ki, onların mənə görə çəkdiyi əzab bitsin.
Bu hadisələr hələ yenicə baş verəndə ölkə başçısına müraciət etmişdim. Düşünürəm ki, ləğv edilən İctimai-siyasi şöbə mənim barəmdə prezidentə çox təhrif edilmiş məlumatlar, yalan informasiyalar verib. Mən inanmıram ki, prezident övladlarımla, özümün vəziyyətimlə bağlı məktubumu görüb, reaksiyasız qala… Bizim aramıza Əli Həsənov zülməti çökmüşdü. Ümid edirəm ki, bundan sonra vəziyyətdə dəyişiklik olar.
Ümumilikdə isə mən arzu edirəm ki, Azərbaycan işıqlandıqca, işıqlansın. Hər sahədə insanların bir-birinə etimadı artsın, düşmənçilik olmasın. Cəmiyyətdə aqressivliyin nədən yarandığı aydınlaşsın.
Mənim yadıma gəlir ki, Sovet yazıçıları hamısı tək tənha ölürdülər. Çünki onların canında 1937-ci il repressiya qorxusu elə güclü qalmışdı ki, hətta qocalanda da bir-birləri ilə açıq danışmağa qorxurdular.
Elə bilirəm ki, Azərbaycan cəmiyyəti kifayət qədər ayıq cəmiyyətdir. Azərbaycan xalqı bütün türk xalqlarından fərqli keyfiyyətlərə malikdir. Biz böyük ənənələrimizi, aydınlarımızı yaddan çıxarmamalıyıq.
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
23 mart 2024 14:05
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- 10 ildir uşaqlara təcavüz edən şəxslə bağlı ŞOK detallar ortaya çıxdı - FOTO
22 mart 2024 09:40
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Ruhi deputat olmaq istəyir - Qənirə Paşayevanın yerinə - ViDEO
21 mart 2024 21:38
- Bakıda beş uşaq atası olan aktyor özünə qəsd etdi
20 mart 2024 17:40
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06