Serbiya silahlarını Ermənistana göndərən “baron” kimdir? - ARAŞDIRMA
Günün sitatı21 iyul 2020 17:35
Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamazdan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi müddətdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.
Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmiş
ə Azərbaycanın dəstəyini hiss edib, məsələn, bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımayan ölkələrin siyahısındadır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Bu səslü-küylü faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.
“20 iyul 2020-ci ildə Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.
Görüşdə Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən, Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib” – məlumatda deyilir.
Xarici İşlər nazirinin müavini X.Xələfov Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirib.
Öz növbəsində Serbiyanın Belarusiyadakı keçmiş səfiri Sreçko Djukiç “Vzglyad.az”a müsahibəsində Serbiya silahlarının Ermənistana tədarükünün arxasında rəsmi Belqradın dayandığına inanmadığını, ancaq silahların Ermənistana qaçaqmal yolu ilə daxil ola biləcəyini istisna etmədiyini söyləyib.
Vzglyad.az öz kanalları vasitəsi ilə Serbiyada Ermənistana silah tədarükünün arxasında kimin dayandığını öyrənməyə çalışıb. Etibarlı mənbələrə görə, Balkanlarda ən böyük silah və sursat satıcılarından biri serb "silah baronu" Slobodan Teşiçdir. Ermənistana silah tədarükünün arxasında məhz o dayana bilər.
Balkan Araşdırmaçı Jurnalistlər Birliyinin (BIRN) və Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsinin (OCCRP) materiallarına əsasən, Teşiç Yaxın Şərqin bir sıra ölkələri vasitəsi ilə Suriya və Liviyaya silah tədarükündə birbaşa iştirak edib.
Serbiyalı biznesmenin adı 2000-ci illərin əvvəllərində, BMT-nin embarqosuna baxmayaraq, Liberiya və İraqa silah tədarük etməsilə bütün dünyada məşhur olub.
WikiLeaks saytında yayımlanan diplomatik yazışmalardan məlum olur ki, 2009-cu ilin dekabrında Teşiç Yəmən Müdafiə Nazirliyi ilə ümumi dəyəri 78 milyon dollar olan silah və texnikanın satılması üçün müqavilə imzalayıb. Yəmən döyüş sursatı, tank əleyhinə silah, habitusa, snayper tüfəngləri və partlayıcı maddələr alıb.
Serbiyadan olan "silah baronu" Slobodan Teşiçin doqquz şəriki və onların nəzarətində olan şirkətlər ABŞ sanksiyaları altına düşüb. Teşiç özü 2017-ci ildə sanksiya siyahılarına daxil edilib. O, həmçinin Belarus silah tədarükçüləri ilə fəal əməkdaşlıq edib.
ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada Teşiçin bir neçə şirkətdə "səssiz ortaq" olaraq silah ticarəti ilə məşğul olmağa davam etdiyini, yəni rəsmi olaraq şirkət sahibi və ya direktoru olmadan bu işlə məşğul olduğu qeyd olunub. Teşiç müxtəlif dövlətlərlə silah tədarükünə dair müqavilələri bağlamaq üçün rüşvət və maddi yardım təqdim edib.
Belarus da Teşiçin biznes- sxemlərində yer alıb. Balkan Araşdırmaları Jurnalistlər Birliyinin və OCCRP-un materiallarına görə, 2014-cü ildə Teşiç Belarusiya və Serbiyada istehsal olunan hərbi sursatları Liviyadakı müxtəlif silahlı qrupların nəzarətindəki hava bazalarına çatdırmaq üçün Miniskin “Transaviaexport” təyyarələrini icarəyə götürüb.
İtaliya mediasına görə, serbiyalı silah satıcısı Belarusun “Beltechexport” şirkəti ilə sıx əlaqədə olub. Xüsusilə, 2013-cü ildə Teşiç Belarus xüsusi ixracatçısından özünün Kipr şirkəti “Charso” vasitəsilə silah alıb. (bu şirkət də ABŞ tərəfindən qara siyahıya salınıb).
Sonra silahlar Liviyaya göndərilib. Yüklər “Beltechexport”a bağlı olan “RubyStar” aviaşirkətinin təyyarələri vasitəsilə çatdırılıb.
Beləliklə, "silah baronu" Teşiçin Serbiyadan Ermənistana silah tədarükünün icraçısı olduğunu düşünmək üçün bütün əsaslar var.
Mediada yayılan məlumata görə, silah Ermənistana Gürcüstan vasitəsi ilə çatıb, lakin bu ölkənin Xarici İşlər Nazirliyi faktın doğru olmadığını bəyan edib. Amma başqa ölkələr, xüsusən Serbiyanın qonşuları - Bolqarıstan, Rumıniya və digər ölkələr var ki, onların ərazilərindən Serbiya minaatanları və silah-sursatı Ermənistana aparıla bilər. Azərbaycanın hüquq-mühafizə orqanları Serbiya silahlarının Ermənistana təhvil verilməsi vəziyyətini aydınlaşdırmaq üçün səylərini səfərbər etməlidir. Bu, ilk növbədə milli təhlükəsizlik məsələsidir. Əminik ki, bu məsələ hərtərəfli araşdırılacaq.
Seymur Məmmədov
Tərcümə etdi: Pərvanə Sultanova
Azvision.az

Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir?
23 mart 2024 15:31
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya