Heydər Əliyevlə bağlı çəkilən filmə görə sui-qəsd... - Mahmud Məmmədovun xatirələri
“Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onunla bağlı xatirələri qələmə alıb.
Mahmud Məmmədovun “Qafqazinfo”ya təqdim etdiyi xatirələrdən ibarət yazıda hələ 1990-cı ildən Ulu Öndərlə başlayan dostluq münasibətlərindən, ona olan sədaqətindən və göstərdiyi unudulmaz xidmətlərindən, keçirdiyi görüşlərdən bəhs olunur. Həmin xatirə yazısını oxuculara təqdim edirik:
Həyatımın ən unudulmaz, əziz xatirələri Heydər Əliyevin adı ilə bağlıdır. O xatirələr mənim üçün zamanın özündən də önəmlidir, çünki vaxtı geriyə çəkmək, dəyərli anları yenidən yaşamaq, təəssüf ki, mümkün deyil. Xatirələr isə həmişə səninlədir. İstədiyin vaxt keçmişi canlandırır, sənə əziz olan insanları yaddaşında yaşada bilirsən...
Ulu Öndər haqqında cild-cild kitablar yazılıb, filmlər çəkilib, minlərlə yazılar, məqalələr... O, dahi siyasətçi, Ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndərdir.
Özümü çox şanslı hesab edirəm ki, Heydər Əliyev kimi dahi insanla şəxsən tanış idim. Bu tanışlıq düz 33 il əvvəl başladı.
1990-cı ilin may aıynda mərhum rejissor, dostum Eldar Quliyevin ağlına bir ideya gəldi - Heydər Əliyevin Vətənə qayıtması haqqında sənədli film çəkmək. O, bu ideyanı mənimlə paylaşdı və mən onu dəstəkləyib, filmin maliyyələşdirilməsini üzərimə götürdüm. Eldar Quliyev Moskva mehmanxanasındakı ofisimizdən dərhal Heydər Əliyevlə telefon əlaqəsi yaratdı. Bir neçə vaxtdan sonra operator Vladimir Konyakin başda olmaqla çəkiliş qrupu Naxçıvana yola düşdü. Eldar Quliyev ofisimdən tez-tez Heydər Əliyevlə telefonla danışırdı, sonra isə planları bir yerdə müzakirə edirdik.
Təəssüf ki, filmin çəkilişinə imkan vermədilər. Məlum qüvvələr Heydər Əliyevin gəlişinə hər yolla mane olmağa çalışırdı. Avqustun 8-də mənə qarşı sui-qəsd cəhdi oldu. Mən yaralandım, Eldar Quliyev isə həyəcandan ürək tutması ilə xəstəxanaya düşdü. Beləliklə, filmin çəkilişi bu hadisədən sonra dayandırıldı. Cinayət işi uzun müddət açılmamış qaldı.
Və yalnız Prezident Heydər Əliyevin şəxsi tapşırığından sonra sabiq respublika baş prokurorunun birinci müavini İsa Nəcəfovun başçılığı ilə cinayət işi yenidən açıldı və cinayətkarlar layiqli cəzalarını aldılar. Bu hadisə haqqında “Naşirin ölümü” (müəllifləri İsa Nəcəfov və Elmira Axundova ) kitabında geniş yazılıb.
1991-ci ilin noyabr ayında Ulu Öndər məni Naxçıvana dəvət etdi. Mənim Heydər Əliyevlə ilk əyani görüşüm 3 saatdan çox davam etdi. Dahi insanla söhbətdən doymurdum. O dövrün çətinliklərindən, vəzifə, iş, çörək verdiyi insanların xəyanətindən xeyli danışdı. Məni çox maraqlandıran suallara da təmkinlə cavab verdi.
O zaman rabitə nazirinin müavini olan mərhum Nadir Əhmədov Naxçıvanla rahat əlaqə saxlamaq olsun deyə ofisimə özəl telefon xətti çəkdirdi. Bunun sayəsində Ulu Öndərlə tez-tez telefonla danışa bilirdim.
Növbəti dəfə Heydər Əliyevlə 1992-ci ilin yayında İstanbulda görüşdüm. Çox maraqlı keçən bu görüşümüzdə Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev, kiçik qardaşım Əbülfəz də iştirak edirdilər. Həmin anları heç vaxt unutmayacağam - divanda yanaşı oturmuşduq. Heydər Əliyev məni çiynimdən qucaqlayaraq dedi: “Bir çoxları mənə vəfasızlıq edib, sən etmə!”
1993-cü ilin fevral ayında Heydər Əliyevlə Moskvadakı evində növbəti görüşüm oldu. Yaşadığı bina “Politbüro evi” adıyla tanınırdı. Mənzilin, mebellərin sadəliyi, təm-təraqsız olmağı məni sözün yaxşı mənasında təəccübləndirdi, çünki Heydər Əliyev vaxtilə SSRİ rəhbərliyinin birinci şəxslərindən idi. Həmin gün söhbət Azərbaycanda yaranan vəziyyətdən, erməni işğalından, yəni onu ən çox narahat edən məsələlərdən gedirdi... Heydər Əliyev kimi dahinin evində olmaq, onu qeyri-rəsmi, tam fərqli mühitdə görmək, dinləmək mənim üçün olduqca maraqlı idi.
Hər görüşümüzdə Heydər Əliyevin nə qədər dahi, müdrik şəxsiyyət olduğu ilə bərabər, onun çox sadə insan olduğunun şahidi olurdum.
Ulu Öndər zarafatı da sevirdi. 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilmişdi. Günlərin bir günündə ofisimdəki hökumət telefonuna zəng gəldi. Telefonla 1-2 dəqiqə danışmağıma baxmayaraq, qarşı tərəfi tanımadım və israrla kim olduğunu soruşdum. Ulu Öndər ona xas olan yumorla “Böyük adam olmusan da, tanımazsan, Heydər Əliyevdir” dedi.
Həqiqətən səsi fərqli idi, tanımamışdım. İkimiz də xeyli güldük. Sonra söylədi ki, dostun Mətləb Mütəllimovla oturmuşuq, səni yada saldıq...
1995-ci ildə indiki Heydər Əliyev sarayında mərhum Xəlil Rza Ulutürkün xatirə gecəsi keçirilirdi. Tədbirdə Heydər Əliyev iştirak edirdi. 2-3 gündən sonra isə mənə həmin gecədə çəkilmiş bir foto gətirdilər - fotoda Heydər Əliyev “Günay” qəzetinin Xəlil Rza Ulutürkə həsr olunmuş xüsusi buraxılışını oxuyurdu. Bu şəkillə bərabər Ulu Öndər zarafatyana xəbər də göndərmişdi ki, qəzetini reklam edirəm...
1997-ci ildə Prezident Heydər Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının toplantısında iştirak etmək üçün İstanbula getmişdi. O zaman mərhum rejissor, professor Tofiq İsmayılov, tanınmış rəssam, professor Teymur Rzayev və digər çoxsaylı həmvətənlərimizlə İstanbul hava limanında Ulu Öndəri təntənə ilə qarşıladıq. Sabahısı gün isə dövlət başçılarının qaldığı Çirağan otelinin qarşısında, dənizdə, gəmilərdə o vaxtkı Ermənistan prezidenti Ter-Petrosyana qarşı etiraz aksiyasını təşkil etdik...
1998-ci ildə Ümummilli liderin 75 illik yubileyində onu təbrik etmək şərəfi mənə qismət oldu. Və həmin gün Ulu Öndərin ünvanıma dediyi sözlər, rəhbəri olduğum partiyaya, təsis etdiyim “Günay” qəzetinə verdiyi yüksək qiymət ən qürurverici xatirələrimdəndir.
Ən acı xatirəm isə bütün xalqımızı sarsıdan, yaddaşımızda qara rəqəmlərlə yazılan 12 dekabr 2003-cü il tarixidir. Mənə hər zaman dəstək olan, dəfələrlə təzyiqlərdən, təxribatlardan qoruyub müdafiə edən doğma insan, Ümummilli Lider bizi cismən tərk etdi. Amma biz çox şanslı millətik ki, Ulu Öndər, onun işini davam edən, xalqa möhtəşəm qələbə səadətini yaşadan, milli qeyrətimizi, Qarabağımızı bizə qaytaran lideri – Prezident İlham Əliyevi xalqa miras qoydu.
Zamanın öz hökmü var. Onun hökmü ilə nəsillər dəyişir, insanlar dünyasını dəyişir. Amma Əlahəzrət Zamana qalib gələnlər də var. Onlar əsrlərdə yaşayır. Bizə miras qoyduğu, ölçüyə gəlməz qədər böyük əməlləri, yaxşılıqları ilə...
Bəzən əlçatmaz bir zirvə kimi deyil, nəfəsi duyula biləcək qədər yaxın, doğma insan kimi. O, təkcə kitablarda, filmlərdə, dildə deyil, həm də şükranlıqla onun üçün ayırdığımız, ürəyimizin gözəgörünməz bir yerində, dualarımızda yaşayır.
Həmçinin oxuyun: Кто он, новый имам мечети Мешади Дадаш?
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
3 may 2024 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
3 may 2024 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
3 may 2024 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
3 may 2024 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18