Qarabağ əlili DSMF rəhbərliyinin Mehriban Əliyevanın göstərişinə əməl etmədiyini bildirir
İkinci dərəcəli Qarabağ müharibəsi əlili, ehtiyatda olan gizir Əzizzadə Rəhman Həsən oğlu tərəfindən NUH.az-a şikayət məktubu daxil olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Sahil Babayevə, eləcə də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
Azərbaycan Respublikasın birinci vitse-prezidenti hörmətli Xanım Mehriban Əliyevaya.
Surəti : Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Anar Ələkbərova.
Surəti : Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə.
Surəti : Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova.
İkinci dərəcəli Qarabağ müharibəsi əlili, ehtiyyatda olan Gizir Əzizzadə Rəhman Həsən oğlu tərəfindən 050-897-09-14
“Çox hörmətli Mehriban xanım!
Bildiyimiz kimi Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Siz, hər zaman Vətənimizin müdafiəsi zamanı sağlamlıqlarını itirərək əlil olmuş hərbiçilərimizə xüsusi diqqət və qayğı göstərmisiniz. Siz, həmin şəxslər ilə mütəmadi olaraq görüşür, problemlərini dinləyir və həlli istiqamətində yerindəcə tapşırıqlar verirsiniz.
03.04.2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüş zamanı məhz Sizin iştirakınzda hərbçilərimizə, qazilərimizə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.
Həmin görüşdə iştirak etmək mənə də nəsib olmuşdur. Görüş zamanı Sizinlə söhbət etmək imkanım da oldu. Söhbət zamanı Siz, mənim problemlərim ilə yaxından maraqlandız və nə çətinliyim olduğuna dair sual verdiniz. Mən də öz növbəmdə məni narahat edən sıxıntılar haqqında Sizə danışdım. Söhbət zamanı, mənim artıq 28 yaşıma keçməyimə baxmayaraq müəyyən problemlər səbəbindən ailə qura bilməməyimi sizin diqqətinizə çatdırmışdım. Həmin zaman anamın gözdən əlil, atamın da Qarabağ müharibəsi əlili olduğunu sizə bildirdimişdim . Mən bu günə qədər də kirayədə yaşayıram. Buna görədə ailə qurmaqda çətinlik çəkirəm. Sizdən xahiş etmişdim ki, məni öz humanist prinsiplərinizə uyğun olaraq bu çətinlikdən qurtarasınız.
Siz, həmin zaman problemlərimi əks etdirən məktubumu məndən qəbul edərək keçmiş köməkçiniz olan hörmətli Anar müəllimə təqdim etdiniz. Anar müəllimə tapşırıq verdiz ki, məni dərhal mənzil ilə təmin etsinlər. Anar müəllim də sağ olsun, dərhal məsələnin həlli istiqamətində “DSMF”-yə tapşırıq verdi. Həmçinin də mənimlə “DSMF”-nin şöbə müdiri, Vüqar Behbudov ilə görüşümüzü təşkil etdilər. Sizinlə görüş zamanı verdiyiniz tapşırığı bir daha Vüqar Behbudovun diqqətinə çatdırdım. Vüqar Behbudov isə öz növbəsində Sizin verdiyiniz tapşırığdan xəbərdar olduğunu bildirdi. Mənə söylədi ki, Sən narahat olma, biz məsələni həll edib sənə məlumat verəcəyik. Bu da mənim əlaqə nömrəm. Mənimlə istədiyin zaman əlaqə saxlaya bilərsən.
Artıq bir ildir ki, “DSMF”-nin şöbə müdiri Sizin verdiyiniz tapşırığı hələ də icra etməyib. Onunla əlaqə saxlayıb problemin nə zaman həll olunacağını soruşanda hər dəfə bir bəhanə ilə bu-gün sabah edə-edə, artıq vaxtı bir ilə kimi uzadıb. V.Behbudovun Sizin veridyiniz tapşırığa biganə yanaşmasının səbəbini heç cürə anlaya bilmirəm.
Sizdən xahiş edirəm ki, “DSMF”-nin şöbə müdiri olan Vüqar Behbudovun, Sizin verdiyiniz tapşırığa biganə yanaşmasının səbəbinin araşdırılmasına və Sizin mənim mənzil məsələmin həlli istiqamətində verdiyiniz tapşırığın icra olunmasında qətiyyətli tapşırıqlarınızı verəsiniz”.
NUH.az
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05