İki gün qaldı - 4 kəndimiz qaytarılır...
Baş nazir Nikol Paşinyanın Azərbaycanın 4 kəndi ilə bağlı bir neçə gün qabaqkı məlum açıqlaması ətrafında qonşu ölkədə siyasi intriqa səngimir. Gözlənildiyi kimi, əsasən Rusiyayönlü qüvvələr, o sırada Qarabağ klanı, həmçinin Moskvaya bağlı “5-ci kolon”çular və təbii ki, daşnaklar əməlli-başlı əl-ayağa düşüb.
Hələ harasıdır, sabiq müdafiə naziri, Xocalı hərbi canisi Seyran Ohanyan ordunu N.Paşinyanın əmrinə tabe olmamağa çağırıb. Sanki söhbət beynəlxalq miqyasda təsdiqlənmiş qanuni ərazilərimizin qaytarılmasından yox, Azərbaycanın Ermənistana hücum hazırlığından gedir...
Revanşist-radikalların, “müharibə partiyası”nın həşiri, qara-qışqırıq salması məntiqlidir. Ən azı o baxımdan ki, kəndlərin öz halal sahibinə təhvil verilməsi əslində erməni cəmiyyəti üçün çox ciddi test olacaq. Erməni toplumun nə dərəcədə Azərbaycanla sülh və barışıq içində yaşamağı arzuladığını, yoxsa yenə müharibə istədiyini üzə çıxaracaq. Eyni zamanda, Ermənistan konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırılmasına onun razı olub-olmayacağını göstərəcək. Hər halda dəniz suyunun dadını bilmək üçün damla da yetərli.
Destruktiv müxalifətin ayaqlanmasında Moskvanın ənənəvi “barmağı” da unudulmamalıdır. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Nikolun 4 kəndlə bağlı bəyanatına reaksiyası yadınızda? Zaxarova baş nazirin açıqlamasını pisləməklə faktiki kəndlərin qaytarılması əleyhinə çıxmış, “5-ci kolonçu”ları daha da qızışdırmışdı...
Bu gün isə Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri – Sahibə Qafarova və Alen Simonyan arasında görüş gözlənilir. Əlbəttə, tərəflər arasında yüksək səviyyəli istənilən ikitərəfli, vasitəçisiz görüş təqdir olunmalıdır. Çünki hər necə olmasa, ümumi işə daha tez faydası dəyə bilər, nəinki çoxtərəfli təmaslar. Dəfələrlə yazmışıq, vasitəçi nə qədər qərəzsiz olsa da, yenə öz vasitəçiliyindən nəsə umur. Xüsusən də Güney Qafqaza “dal qapı”dan girmək istəyənlər.
Ancaq birbaşa təmaslar o vaxt faydalı olar ki, iki tərəf sülh müqaviləsində və ya hansısa çərçivə sənədində bərabər dərəcədə maraqlı, sülh gündəminə eyni səviyyədə sadiq olsun. Bakının beynəlxalq hüquqa əsaslanan mövqeyi, sülh gündəliyi çoxdan bəlli. Əfsus ki, rəsmi İrəvan analoji konstruktiv yanaşmanı sərgiləmir.
Əksinə, “daşlaşmaqda” olan qənaət belədir ki, Ermənistan iqtidarı danışıqlarına bacardıqca vaxt udmaq və revanşa hazırlaşmaq fürsəti kimi baxır. Kapitulyant ölkənin son vaxtlar ABŞ, Fransa, Avropa Birliyi timsalında Qərbdə etibarlı “təhlükəsizlik çətiri” axtarması da müstəsna olaraq, bu bəd niyyətdən qaynaqlanır.
Halbuki Ermənistana belə bir qarantı məhz region ölkələri, özəlliklə Azərbaycan və Türkiyə verə bilər. Bundan ötrü iki qonşu ilə sülh müqavilələrinin imzalanması, onlara qarşı ərazi iddiasından imtina kifayətdir. Amma İrəvanın rəsmi şəxsləri 4 ildir bu əlçatan və asan variantı qoyub, Bakı və Ankaranın ona uzatdığı barışıq əlini havada saxlayıb, “dağda-daşda”, Qərbdə (ABŞ və Avropada) sülənirlər.
Deməli, hədəf heç də müharibə səhifəsini həmişəlik qapatmaq, böyük barışıq deyil...
Doğru, Alen Simonyan sülh prosesində əsas sima sayılmır. Amma o, ölkədə Azərbaycanla bağlı ovqata təsir edən, rəy yaradanlardandır. Amma baxın, ermənilərin bizimlə barışıqda, dinc-yanaşı yaşamaqda maraqlı olduğuna necə inanaq ki, həmin bu Simonyan S.Qafarova ilə görüşdən bir gün öncə (!) Brüsseldə Avropa Parlamentinin üzvləri, Azərbaycan əleyhinə şər-böhtan kampaniyasının önündə gedən Fransua Ksavye Bellami və Viola fon Kramon-Taubadeli Ermənistan parlamentinin “Şərəf” ordeni ilə təltif edib. Daha bir anti-Türkçü deputat, slovakiyalı Miriam Leksman da həmin ordenlə təltif olunacaq.
İndi buna nə ad qoyaq? Sülh prosesini baltalayanları mükafatlandırmaq nə demək? “O nə pəhriz, bu nə turşu”?
İki gün də gözləyək. Paşinyan “həftəsonu” söyləmişdi...
Musavat.com
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19