700 min köhnə maşın istifadədən çıxarılarsa...
Müsahibə2 yanvar 2020 09:18
"Köhnə maşınlar yığışdırılmalıdır deməklə iş bitmir, mexanizm də olmalıdır”.
Bu sözləri Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Ekologiyanın zəhərli qazlardan xilas olunması üçün edilən təşəbbüslər son illər daha da aktuallaşıb. Təşəbbüslərdən biri ili köhnə olan avtomobillərin utilizasiyasıdır. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə dizel mühərrikli avtomobillərin istismardan çıxarılmalı olduğunu bildirib. Şöbə müdiri həmçinin yeni nəsil hibrid avtomobillərinin ölkəyə gətirilməsi üçün stimullaşdırıcı tədbirlərin də mühüm rol oynayacağını qeyd edib.
Fərhad Eyyubov məsələ ilə bağlı fikirlərini Lent.az -la bölüşüb. Ekspert ekologiyanın təmizlənməsi üçün irəli sürülən təkliflərin mexanizm olmadan həyata keçirilməyəcəyini qeyd edib:
"Nazirliyin şöbə müdiri deyib ki, Azərbaycanda dizel mühərrikli avtomobillərin istifadəsinə qadağa qoyulmalıdır. Elə bu sözü deməklə iş bitmir. Həm dizel mühərrikli maşınları, həm də köhnə avtomobilləri sıradan çıxarmaq və utilizasiya üçün mexanizm olmalıdır. Ancaq hələ ki, hər hansı mexanizm yoxdur. Hazırda ölkədə 1 milyon 400 min istifadədə olan avtomobil var. Onların da əksəriyyəti 30 ildən çox olan və 30 ilə yaxın istifadədə edilən nəqliyyat vasitələridir. Bu qədər avtomobil yükdaşıma və sərnişindaşıma üzrə əhalinin tələbatını yerinə yetirir. Tutaq ki, heç bir mexanizm olmadan bu qədər avtomobilin içərisindən qeyd etdiyimiz avtomobilləri çıxarıb 700 min maşın saxlamaqla kifayətlənmək olar. Bu isə böyük iqtisadi ziyandır. Təbii ki, bu zaman ekoloji böhran ortaya çıxan iqtisadi böhranın yanında kölgədə qalacaq. Ancaq bu rəqəm sərnişindaşıma və yükdaşıma fəaliyyətində tələbatı ödəməyəcək. Elə etmək lazımdır ki, balans pozulmasın. Bundan əlavə, hibrid və ya elektromobillərlə həmin tələbatı minimum 10 ilə ödəmək mümkün ola bilər”.
Fərhad Eyyubov hibrid avtomobillərinin Azərbaycanda aktiv istismarı üçün bir neçə problemlər olduğunu vurğulayıb:
"Azərbaycanda hibrid və ya elektromobillərin aktiv istifadəsi üçün bir neçə problem həllini tapmalıdır. Birincisi, yanacaqdoldurma məntəqələrində benzin və dizeldən əlavə alternativ enerji növü də olmalıdır. Özü də bu təkcə Bakıda yox, digər rayonlarda da. İkincisi, hələ də nəinki hibridlər, heç digər ekoloji cəhətdən təmiz olan maşınlar üçün də texniki servis mərkəzləri kifayət qədər deyil. Düzdür, ekoloji cəhətdən sərfəli olan avtomobillər gəldikdən 4-5 il sonra digərləri kimi təmir mərkəzləri olacaq. Üçüncüsü isə hibrid avtomobillərin idxalı üçün gömrük rüsumları endirilməlidir. Alqışlanası addımdır ki, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı qəbul edilib. Ancaq həmin proqramın da konkret icra mexanizmi yoxdur. Bütün bunların hamısını həyata keçirmək və hibrid avtomobillərindən istifadə etmək bizə 10 ilə başa gələcək”.
Oxşar xəbərlər
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- İranda ibtidai sinif müəllimi 2 aylıq maaşı ilə avtomobil ala bilr. Bəs bizdə ?
10 mart 2024 13:15
- AZADLIQ AŞIXI-nın 17 000 vergi borcu var..?
16 fevral 2024 20:53
- Həmişə deyirdi ürəyimdə sirr var, deyə bilmirəm - Təfəkkür Universitetinin prorektorunun qətli
31 yanvar 2024 17:57
- Eybəcər davranışlı məmur övladları, nəvələri - onlar kimlərdir...
30 yanvar 2024 14:22
- Gəncədə maşın ağaca çırpıldı, iki nəfər öldü
28 yanvar 2024 23:38
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya