7 nəfəri 1 milyona görə öldürən qatillər - dördü də güllələnib
Maqazin11 yanvar 2020 23:13
Statistik göstəricilərə görə, 1960-cı illərin əvvələrində SSRİ-də milli münaqişə zəminində baş verən cinayət hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Təkcə 1963-cü ildə ölkədə bu qəbildən olan cinayət hadisələrinin sayı 130-a çatıb. Elə 1964-cü ildə Sverdlovsk şəhərində 7 nəfərin vəhşicəsinə qətlə yetirilməsini də hüquq-mühafizə orqanları əməkdaşları milli münaqişə ilə bağlı baş verdiyini zənn ediblər. Amma sonrakı araşdırmalardan məlum olub ki, bu səsli-küylü cinayət işinin törədilməsində başqa məqsədlər olub.
1964-cü ilin yanvarın 29-da "Amerikanın səsi” radiosunun gecə xəbərlərində siyasi çaxnaşmaya səbəb ola biləcək bir xəbər səsləndirilib: "SSRİ-də yəhudiləri qətlə yetirirlər...”
Nə baş verirdi, xəbərin mənbəyi haradan gəlirdi?
Əvvəlcə qayıdaq hadisədən 5 ay öncəyə. 29 avqust 1963-cü ildə Sverdlovsk şəhərinin avtovağzalında milis starşinası Mixail Şaronov qətlə yetirilib. Starşinanı qətlə yetirməkdə məqsəd onun tabel silahını ələ keçirmək olub. Bu cinayətin üstü 5 ay açılmayıb və oğurlamnış silahın heç bir yerdən səsi eşidilməyib.
29 yanvar 1964-cü ildə 13 saylı yanğınsöndürmə hissəsinə şəhərin Krılov küçəsi 66A ünvanında yerləşən həyət evində yanğın baş verməsi ilə məlumat daxil olub. Hadisə yerinə çıxan yanğınsöndürənlər ən qısa müddətdə yanğını söndürüblər. Yanğın söndürüldükdən sonra qonaq otağında kişi meyidi aşkar olunub. Daha sonra döşəmə taxtalarının altından daha 6 meyit tapılıb.
Mənzil milliyyətcə yəhudi olan, Sverdlovskinin Şartaş bazarının direktoru Aron Axinblitə məxsus olub.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Məlum olub ki, yanğından əvvəl Aron Axinblit, onun həyat yoldaşı Riva Axinblit, qayınanası Sara İvkina, 13 yaşlı oğlu Marik, iki yaxın qohumu və sahə həkimi Kopılov qətlə yetirilib və izi itirmək üçün qəsdən yanğın törədilib. Meyitlərin müayinəsi zamanı müəyyənləşib ki, qətldən əvvəl onlara kəsici və deşici alətlərlə işgəncələr verilib, bədən üzvlərinin ayrı-ayrı hissləri xüsusi alətlərlə kəsilib.
Mənzildən üzərində "Bütün yəhudilərə belə olacaq” yazılmış karton parçası da tapılıb. Bu yazıya görə əməliyyatçılar elə düşünüblər ki, cinayət milli münaqişə zəminində baş verib.
Səhər rəhbərliyi hadisə ilə bağlı birbaşa Nikita Xruşova məruzə ediblər. Xruşovun ilk göstərişi o olub ki, qətlə yetirilənlərin milli mənsubiyyətləri heç bir yerdə hallanmasın. Və o, dərhal SSRİ-nin hüquq-mühafizə orqanlarının yüksəkçinli əməkdaşlarını Sverdlovsk şəhərinə ezam edib.
Əməliyyatşılar isti-isti hadisənin izinə düşüblər. Hadisə yerindən 5 ay əvvəl qətlə yetirlmiş milis starşinasının tabel silahı da tapılıb. İki həftəlik gərgin fəaliyyətdən sonra DTK agenturasının köməyi ilə Vladimir və Georgi Korovin qardaşları şübhəli şəxs qismində saxlanılıblar.
Qardaşların birinin əl izi ilə silahdakı əl izləri uyğun gəlib. Amma əməliyyatçılar onu da anlayıblar ki, 7 nəfəri qətlə yetirmək, özü də çox arxayınlıqla işgəncə verərək bu hadisəni törətmək bir nəfərin işi deyil. Əməliyyatçılar bu məsələ üzərində çox da baş sındırmayıblar. Vladimir Korovin cəzasının yüngülləşdiriləcəyini düşünərək istintaqla əməkdaşlığa gedib və cinayətdə iştirak edən digər üç nəfərin, qardaşının, Pastuşevin və Şeqelyovun adlarını açıqlayıb.
İstintaq zamanı məlum olub ki, cinayət heç də milli münaqişə zəminində baş verməyib. Vladimir Korovində belə bir məlumat olub ki, Sverdlovsk şəhərində sinaqoqun açılması üçün böyük pullar yığılıb və onlar Aron Axinblitin evində saxlanılır. Hətta Korovin bu məbləğin bir milyondan çox olduğunu da düşünüb. Məqsəd həmin pulları ələ keçirmək olub.
Korovin qardaşları bir müddət evi nəzarətə götürüblər. Evdə kinin nə vaxt olub-olmadığını da dəqiqləşdiriblər. Onların hesabına görə hadisə günü evdə təkcə Aron Axinblitin qayınanası olmalı imiş. Ancaq Axinblitin həyat yoldaşının xəstə olmasından həmin gün evə həkim çağırılıb və ailə üzvləri, qohumları da evdə olublar. İstintaqa verdiyi ifadədə Korovin bildirib ki, evə daxil olandan sonra geri dönmək mümkün olmayıb. Onlar içəri keçdikdən sonra ev sahibindən milyon rubl tələb ediblər. Aron Axinblit heç bir müqavimət göstərmədən quldurların birinin müşayiəti ilə qonşu otağa keçib və oradan gətirdiklərini stolun üstünə qoyub. 980 rubl pul, bir neçə zinət əşyası və əmanət kitabçası. Sonra qarətçilər evi alt-üst ediblər. Xəyalları boşa çıxdıqdan sonra quduzlaşan qatillər evdəkilərə olmazın işgəncə verərək oldürüblər. Daha sonra isə stolun üstündəkiləri götürüb evi yandırıblar.
Cinayəti törətməzdən əvvəl Korovin qardaşları özlərinə saxta DTK vəsiqəsi də düzəltdiriblər. Bəli, cinayətkar qrup milyonu əldə etmək üçün bütün vasitələrə əl atıb. Milyon rubl isə heç də Aron Axinblitin evində saxlanılmayıb.
Beləliklə, cinayətkar qrup milyon eşqi ilə 980 rublun güdazına gediblər.
Məhkəmənin hökmü ilə Korovin qardaşları, Pastuşev və Şeqelyov ən ağır cəzaya, güllələnmə hökmünə məhkum ediliblər.
Qeyd edək Sverdlovsk şəhər sakinləri olan dörd cinayətkar əvvəllər də cinayət əməllərinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayıblar.
Cinayətin açılmasında xüsusi rolu olan Sverdlovsk şəhər daxili işlər idarəsinin ənəkdaşı Nikolay Kalumulin "Xidmətdə fərqləndiyinə görə” medalla təltif olunub və üçotaqlı mənzillə mükafatlandırılıb. Bununla yanaşı, baş leytenant rütbəsində olan Nikolay Kalumulinə birbaşa mayor rütbəsi verilib. Həmin ərəfədə Kalumulini "Sverdlovsk Qaqarini” adlandırıblar. Medalı isə ona həmin dövrdə SSRİ-nin ikinci şəxsi sayılan Leonid İliç Brejnev təqdim edib.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- MASAZIRDA hoteldə qadını 150 manata görə öldürübmüş - 19 il cəza
22 mart 2024 09:10
- Türk xalqlarında Novruz adətləri
20 mart 2024 17:53
- Azərbaycanda ŞOK: 17 milyona nömrə satılır - FOTO
16 mart 2024 22:30
- 2 polis işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həlak oldu
13 mart 2024 09:30
- Azərbaycanda qohum evliliyi qadağan oluna bilər
12 mart 2024 13:19
- Aldığım məlumatlara görə, məni İLİŞDİRMƏK istəyirlər
12 mart 2024 10:42
- Əhmədlə bağlı şok detal: Onunla maraqlanan şəxs kimdir?
12 mart 2024 09:59
- TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
11 mart 2024 16:04
- Əhmədin işini ört-basdır edirlər - Xalq artistindən İTTİHAM dolu açıqlamalar
28 fevral 2024 20:44
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya