Nazirlik rəsmisi bu qurumları ittiham etdi: “Səhlənkarlıqları danılmazdır”
Qusar rayonu, Aşağı Xuc kəndinin ərazisində, Qusarçay çayının sahilində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.
Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Qusarçay çayının sahilinə məişət tullantılarının atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.
Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Aşağı Xuc bələdiyyəsi tərəfindən tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə tullantıların idarə olunmasına cavabdeh olan Aşağı Xuc bələdiyyəsinə xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, bu gün tullantıların pərakəndə şəkildə atılması, düzgün idarə olunmaması ən aktual məsələlərdən biridir və bu, çox narahatedicidir:
"Çayların vadilərinin, dəniz kənarlarının, meşəliklərin tullantılarla çirkləndirildiyi hamıya bəllidir. Bəziləri hələ də məişət tullantılarını çaya, dənizə atmaqdan çəkinmir. Ona görə dənizdən, çaylardan daim sellofan torbalar, plastik və müxtəlif tullantılar sahilə çıxır, yaxud çayların vadilərində zibillər qalaqlanır.
Xüsusilə vurğulamaq lazımdır ki, təbiət qoynuna istirahətə gedənlər, istirahət mərkəzlərində dincələnlər və istirahət-iaşə obyektlərini idarə edənlər yaranan tullantıları pərakəndə şəkildə atır. Yəqin, mənimlə razılaşarsınız ki, özümüz təbiəti bu günə qoyuruq.
Problemin özəlliyi də odur ki, məsələnin mərkəzində hamımız dayanırıq. Məncə, bu problemi birlikdə həll etməliyik. Yalnız cərimə ilə iş bitmir. Tərəfimizdən tez-tez məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur, ərazi təmizlənir. Ancaq bu, o demək deyil ki, ərazi çirkləndirilməli və biz məcburi göstəriş verməliyik, cərimə etməliyik, onlar da təmizləməlidir”.
İ.İbrahimova bildirib ki, təmizlənən əraziyə müəyyən vaxtdan sonra yenə də tullantılar atılır:
"Düzdür, bu tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı danılmazdır, amma zibili atan da özümüzük axı... Evimizin içindəki zibili çıxarıb, evimizin kandarına atırıq, nəfəs aldığımız havanı, üstündə gəzdiyimiz torpağı çirkləndiririk. Görəsən, niyə təbiətimizə bu qədər laqeydlik göstəririk?
Bir sözlə, hamılıqla təbiətə qayğı ilə yanaşaq ki, o, bizdən üz döndərməsin. Hər kəsin işi ekologiyaya, təbiətə zərər vurmaq yox, təbiəti qorumaq olmalıdır.
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya