Bu Tiqran o Tiqran deyil: Paşinyan tarixi qarışdırdı
Region17 fevral 2020 22:22
Bizim eradan əvvəl. Dünya böyük imperiyaların aramsız zəfər yürüşlərinə şahid olur, bəzi fatehlər yenilərək, özləri və səltənətləri tarix səhnəsindən silinir, digərləri isə qalib gələrək, torpaqlarının hüdudlarını ağılasığmaz miqyasda genişləndirirlər. Həmin təlatümlü dövrün məşhur sərkərdəsi, ermənilərin “Böyük Tiqran” adlandırdıqları, guya “Böyük Ermənistanın” çarı olduğunu iddia etdikləri I Tiqran yəqin ki, dünya tarixində ən çox haqsızlığa məruz qalmış sərkərdələrdən biridir.
Əhəmənilər sülaləsindən fars Artabanın oğlu olan bu hökmdarı öz saxta tarixinə alət edən ermənilər onu "Böyük Ermənistanın" müzəffər çarı kimi bütün dünyaya yalanla tanıtmağa çalışırlar. “Tiqran” sözünün özü belə, ermənicə deyil, “Tiqr” (Dəclə) çayının adından götürülüb ki, bu da midiya dilində “tiqris”, yəni “ox kimi”, “sürətli axın” deməkdir. Yəqin ki, nə Tiqran, nə də onun münəccimləri ağıllarına belə gətirməzdilər ki, əsrlər sonra saxtakar bir tayfanın törəmələri onu öz saxta tarixlərinə alət etməkdən çəkinməyəcəklər. 2020-ci ildə məzlum Tiqran saxta erməni propoqandasının aləti olmaqla Bavariyada xatırlanacaq, özü də ermənilərin ulu babası qismində.
"Tarixin atası” Herodot indiki Qafqazın ərazisini nəzərdə tutaraq yazırdı ki, “Hərbi müttəfiq olan farslar və midiyalılardan başqa, burada hökmranlıq etmək iqtidarında olan üçüncü bir dövlət yox idi”.
Strabon isə burada yaşayan iyirmi altı tayfanın adını çəkir ki, onların sırasında ermənilərə rast gəlinmir.
Yəqin ki, Herodot və Strabon tarixin və coğrafiyanın bu dərəcədə saxtalaşdırılmasını bilsəydilər, qəbirlərində fırlanardılar. Roma imperiyası guya ermənilərin imperiyası olan Great Armenia ilə "döyüşdüyünü" bilsəydi, barbarların hücumunu gözləmədən süqut edərdi.
Diplomat, tarixçi İlham Əliyev Bavariyanın paytaxtında dünyanın ən saxta ölkəsinin hələ də populizm canından çıxmayan jurnalist baş nazirinə təkzibolunmaz faktlarla tarix dərsi keçdi. İlham Əliyev haqlı olaraq qeyd etdi ki, "Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub!"
Söz alan Paşinyan isə görək, nə deyir: "Erməni kralı Böyük Tiqran romalı hərbi lider Pompeylə danışıqlar aparan zaman bütün Cənubi Qafqazda və bütün dünyada Azərbaycan adlı ölkə olmayıb. Düşünürəm ki, çox uzağa getmək o qədər də düzgün deyil. Çünki mən daha uzağa gedə bilərdim və misal üçün, eramızdan əvvəlki 400-cü ildən başlaya bilərdim. Lakin mən bunu etməyəcəyəm. Çünki bunun düzgün yol olduğunu düşünmürəm".
Doğrudur, düzgün yol deyil, çünki debatın əvvəlində opponentinin tarix bilgisini görən və uduzacağını jurnalist intuisiyası ilə hiss edən Paşinyan söhbətin məcrasını dəyişməyə çalışır, amma yenə özünü dolaşığa salır və növbəti dəfə nokauta düşür. Niyə?! Qayıdaq, Paşinyanın xatırladığı eramızdan əvvəlki 400-cü ilə. Bu coğrafiyada nə baş verirdi?!
Qədim tarixə malik ölkə kimi görünmək üçün ermənilər hər vəchlə özünü qədim dövlətlərə, o cümlədən, Roma imperiyasına calaşdırmaq istəsələr də, bir çox tarixi mənbələr, o cümlədən, Roma tarixçilərinin, məsələn, Korneliy Tatsitin əsərlərində qeyd edilir ki, “Bu xalq istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daim romalılara nifrətdən, parfiyalılara isə hikkədən az qala partlayırlar”.
Erməni tarixçiləri isə belə cəfəng fikirlər səsləndirlər ki, guya “Böyük Ermənistanın” nümayəndələri Qədim Roma Senatında romalılarla yanaşı əyləşmək hüququna mailik yeganə əcnəbi xalq olublar. Hətta Romada Kolizeyin yaxınlığındakı qədim dünyanın xəritəsində “Armenia” Romanın yaxın müttəfiqi kimi göstərilir. Lakin həmin Armenianın indiki ermənilərlə, yəni haylarla heç bir etnik-dövlətçilik bağlılığı yoxdur. Bu, ona bənzəyir ki, Misirdə mumiyası ehramlardan tapılmış fironları, məsələn Tutanxamonu kopt xalqının nümayəndəsi kimi təqdim edəsən.
Qədim Roma pullarının üstündə bizim eradan əvvəl I əsrdə Romanın Armenia üzərində qələbələrinin şərəfinə Armenia Roma imperatorunun dizi altında əyləşmiş qadın obrazında, itaətkar öküz, imdad diləyən döyüşçü şəklində təsvir edilib. VI əsr erməni tarixçisi Zelob Qlakın əsərlərində onların skif işğallarından sonra Hindistanın Pəncab əyalətindən Bizansın şərqinə (indiki Suriya-Livan ərazisinə) qaçıb gəlmiş siqin (qaraçı) tayfalarının bir şəcərəsi olduqları qeyd edilir. Bunu “Большая советская энциклопедия” da təsdiqləyir. 1984-cü ildə Moskvada nəşr edilən “Народонаселение стран мира” kitabında qeyd edilir ki, erməni, qaraçı, sinq, pəncab dilləri bir-birinə çox yaxındır.
Digər bir ilkin orta əsr erməni tarixçisi Moisey Xorenasi yazır ki, “Biz haylar kiçik, azsaylı, zəif və başqalarının hakimiyyəti altında yaşayan xalqıq”. Paşinyan isə bir çox xəstə təxəyyüllü erməni kimi utanmazcasına iddia edir ki, Qafqazda qədim dövrlərdə guya azərbaycanlılar olmayıb, yalnız ermənilər və gürcülər olub. Halbuki, XIX əsr məşhur tədqiqatçısı İ.Şopen yazır ki, “Ermənilər Ərməniyyənin qədim sakinləri deyillər, onlar Assuriyadan gəlmədirlər”.
Bu coğrafiyada azərbaycanıların gəlmə olduğunu iddia edən Paşinyan guya gürcülərin və ermənilərin köklü xalq olduğunu deməklə öz savadsızlığını ortaya qoyub, növbəti dəfə Herodotu və Strabonu qəbirdə fırlanmağa məcbur elədi. Halbuki, onlar saxta tarix yaratmaqla gürcü tarixini də mənimsəməyə cəhd göstərirlər. Ermənilərin xəstə təxəyyülünə görə, onların hətta eramızdan əvvəl üçüncü minillikdə (b.e.ə. 2492/2107 – b.e. 325-ci il) dövlətləri olub. Lakin bu, əfsanədən başqa bir şey deyil. “Dörd erməni çarlığı”ndan biri olduğu iddia edilən Baqratidlərin də kökünü ermənilər Bibliyada adı çəkilən Qədim İsrail çarı Davidə (Davud) və onun oğlu Solomona (Süleyman) bağlamağa cəhd göstərir və bununla da özlərinin müqəddəs kitabda adı çəkilən qədim xalq olduqlarını sübuta yetirmək istəyirlər. Erməni tarixçilərinin uydurmalarına görə, guya, Baqratuni tayfası Ermənistana gətirilmiş yəhudi mənşəli əsir, hansısa Şambotdan (ermənicə Smbat və ya Sumbat) başlayır. Lakin Baqrationların mənşəyi ilə bağlı gürcülərin də öz versiyası var. Onlar ermənilərdən fərqli olaraq sülalənin kökünü eramızdan əvvəl III əsrdə hökmranlıq etmiş Parnavazianilərə - İberiya çarları sülaləsinə bağlayırlar.
Göründüyü kimi, ermənilər qədim xalq olduğunu sübut etmək üçün öz köklərini gah parfiyalılara, gah qədim Urartuya, gah Bibliya əfsanələrinə, gah qədim gürcü knyazlarına, albanlara və s. xalqlara calaq etməyə çalışırlar. Onlar özlərinin hansı soy-kökə mənsub olduqlarını hələ də dəqiqləşdirə bilməyiblər və ya bunu aydınlaşdırmaq onlara sərf etmir. Qrossmeyster İlham Əliyevin mat vəziyyətinə saldığı Nikol Paşinyanın tarixə qayıtmaqdan imtina etməsi də bununla bağlıdır.
Paşinyanın utanmadan danışdığı yalanlar heç bir ciddi tarixi mənbələrə əsaslanmır. Herodotun və digər tarixçilərin əsərlərində Qafqazın yerli xalqlarından geniş bəhs edildiyi halda, ermənilərin adına heç yerdə rast gəlinmir. Tarixi mənbələr sübut edir ki, indiki Suriya ərazisində olan Selevkilər dövlətində iki erməni sərkərdəsi romalılara qarşı müharibədə qalib gəldikdən sonra hakimiyyəti ələ keçirərək, Suriyanın əsas hissəsini Ermənistan ölkəsi elan edib və kənarda yaşayan erməniləri kütləvi surətdə ora köçürüblər. Strabonun yazdığına görə, sonradan həmin sərkərdələr arasında yaranmış ziddiyyətlər nəticəsində onlardan biri bizim eradan əvvəl II əsrdə Qafqaza gəlib və qədim Azərbaycan dövləti olan Midiyaya məxsus bir sıra vilayətləri işğal edərək, burada ikinci kiçik erməni dövləti yaradıb. Ermənilərin uydurduqları “Böyük Ermənistan” isə Qafqazda deyil, Suriyada, Fərat çayı vadisində, Selevkilər dövlətinin yerində yaradılmış həmin birinci erməni padşahlığıdır. “Böyük Ermənistan” Fərat çayının yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud olmuş “Kiçik Ermənistan”ı fərqləndirilmək üçün tarixçilər tərəfindən işlədilən coğrafi termin olsa da, ermənilər sonradan onu siyasiləşdirərək, guya tarixən indiki Qafqazın da daxil olduğu Qara dənizdən Aralıq dənizinədək ərazini əhatə edən qüdrətli dövlətləri olduğunu iddia ediblər.
Qafqaza köçüb gələn ermənilərin hökmdarı Tiqran isə sadəcə Əhəmənilərin hökmdarı ilə adaşdır. Məsələn, Nikol Paşinyan və Nikola Sarkozi, Robert de Niro və Robert Köçəryan kimi. Tiqran eramızdan əvvəl 69-cu ildə Roma dövləti tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra buradakı erməni dövləti zəifləməyə başlayır. Ermənistanı isə Parfiya çarının oğlu Artsax idarə edirdi. Göründüyü kimi Artsax vilayəti tarixdə heç zaman Ermənistanın tabeliyində və tərkibində olmayıb, əksinə, Ermənistan ona tabe olub.
Bizim eradan əvvəl IV əsrdə Sasanilər dövlətinin Roma üzərində qələbə çalmasından sonra Suriyadakı birinci erməni dövləti farsların nəzarəti altına keçir. Bundan sonra ermənilər Kiçik Asiyaya - indiki Türkiyə ərazisinə köç edirlər. Bu hadisədən otuz il sonra Qafqazda parfiyalılardan və albanlardan (qədim azərbaycanlılardan) vassal asılılığı olan kiçik erməni dövləti Roma və Sasanilər arasında bölüşdürülür. Beləliklə, tarix elmi də Azərbaycan Prezidenti İlham Əliyevin dediyini təsdiqləyir: “İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “Böyük Ermənistan” dövləti yaratmaq idi”.
Azərbaycan adlı dövlətin tarixən bu coğrafiyada guya mövcud olmadığını inkar edən ermənilər deyirlər ki, guya onların ilkin vətəni məhz Qafqazda mövcud olmuş “Böyük Ermənistan” olub və onun hüdudlarından kənara səpələnmələrinin səbəbi Bizans və Sasani imperiyalarının sərhədlərini qorumaq, Bizansın əhali yaşamayan ərazilərində demoqrafik balansı təmin etmək olub. VII-VIII əsrlərdə Ərəb xilafəti və Bizans imperiyası arasındakı qarşıdurma zamanı onlar əhalisi boşaldılmış Kilikiyada (indiki Suriyanın şimalındakı kiçik dağlıq ərazidə) yerləşdiriliblər. Lakin heç bir sanballı tarixi mənbələrdə hayk tayfalarından ibarət silahlı dəstələrin fəaliyyəti barədə məlumata rast gəlinmir.
XI əsrdə Ermənistan Bizansın tərkibinə qatıldıqdan sonra Anadolu səlcuq türkləri tərəfindən zəbt edilib, Kilikiyada məskunlaşan ermənilər isə XIV əsrdə orada erməni çarlığı yaradıblar. Onlar dünyanın bir sıra ölkələrinə də məhz buradan yayılıblar. Yəni Ermənistan qətiyyən ermənilərin tarixi vətəni deyil. Tarixi mənbələrdə adı çəkilən “Armenia”, “Armina”, “Armini”nin özlərini “hayk” adlandıran bugünkü ermənilərlə və Hayastanla heç bir bağlılığının olmadığı tarixçilər tərəfindən təsdiqlənib. Bu, etnik yox, coğrafi məfhumdur.
Nəzakət Məmmədova
Azvision.az

Oxşar xəbərlər
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya