Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?
Xəbər verdiyimiz kimi beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara yaxın dəyərində mülklərini, obyektlərini və digər aktivlərini aşkar edib.
Beynəlxalq araşdırmaçı jurnalistlər qrupunun araşdırmasında keçmiş milli təhlükəsizlik nazirinin qızı Xuraman Mahmudova ilə bağlı maraqlı epizod yer alır. Bildirilir ki, 2013-cü ildə Xuraman Mahmudova Mayorkada yaşayan rəssam qadından müəllifi olduğu uşaq nağılları kitabına illüstrasiyalar çəkməyi xahiş edir.
İspaniyalı rəssam jurnalistlərə danışarkən anonimliyinin qorunmasını xahiş edib. Bildirib ki, həmin xahişə müsbət cavab verib. Deyib ki, yeni müştərisi-Eldar Mahmudovun böyük qızı haqda o vaxta qədər eşitməmişdi, amma Azərbaycana getmək və nağılların müəllifi barədə daha yaxından öyrənmək təklifini qəbul edib. Müəllif istəyirdi ki, rəssam-illüstrator Mahmudov qardaş və bacılarının obrazında hazırda böyümüş olan üç uşağın fantastik əhvalatlarını təsvir etsin.
Bakıda illüstratoru hər gün görməli yerlərə və muzeylərə aparıblar, rəssam daim mühafzəçilərin əhatəsində olan Xuramanla gəzib dolaşıb. O, Xuramanın uşaqlıqda yay tətilini keçirdiyi babasının və nənəsinin evinə baş çəkib. İllüstrator öz personajları barədə informasiyaları və fotoları cəmləyərək Mayorkaya dönüb. Növbəti il o, Xuramanla adada görüşüb. Deyir ki, Mahmudovlar ailəsi hər il hökmən öz tətillərinin bir hissəsini Mayorkada keçirirdi.
Kitabın təqdimatı 2015-ci ilin martında xarici diplomatların da iştirakı ilə teatr tamaşası kimi keçirilib. Bunun ardınca mərmər döşəməli zalda banket olub, orada Eldar Mahmudov çıxış edib, nüfuzlu Azərbaycan məmurları və onların qlamur xanımlarından ibarət qonaqlara kitabı tərifləyib.
Bütün bunlardan sonra rəssam öz əməyinin qarşılığında, aylarla işləyərək kitaba hər illüstrasiyanı çəkməsinin əvəzində çox aşağı qonorar alanda sarsılır. Xuraman ona deyir ki, pulu öz cibindən verir və daha artıq ödəməyə imkanı çatmır. Ötən il, yəni 2019-cu ildə Xuraman rəssamla yenidən əlaqə saxlayıb və növbəti kitabına illüstrasiyalar çəkməyi xahiş edib. Amma rəssam daha onunla işləmək istəməyib.
Araşdırmada rəssamın Eldar Mahmudovun qızının nağıllar kitabına çəkdiyi illüstrasiyalardan biri təqdim olunur. Burada üç azyaşlı uşaq –iki qız və bir oğlan taxtda əyləşmiş zəhmli orta əsrlər hökmdarının və onun başında tac olan xanımının qarşısında dayanıb.
Yəni rəssama verilən sifarişdən çıxış etsək həmin uşaqlar Eldar Mahmudovun qızları və oğludur, taxtda əyləşənlər isə onların hökmdar obrazına təsəvvür etdikləri atası və anasıdır.
Virtualaz.org qeyd edir ki, gənc yazar kimi təqdim olunan Xuraman Mahmudovanın “Sehrli Səyahət” adlı nağıllar kitabının təqdimat mərasimi onun atasının “taxt-tacdan aşırılmasından” cəmi bir neçə ay əvvəl-2015-ci il martın 13-də İçərişəhərdə yerləşən "Muğam-klub"da keçirilib. Mərasimdə dövlət və ictimaiyyət xadimləri, diplomatik korpusun nümayəndələri, müəllifin ailə üzvləri, qohumları və dostları iştirak ediblər.
Orada deyilib ki, Xuraman Mahmudovanın uşaq ədəbiyyatında yeni söz olan "Sehrli Səyahət" kitabı planlaşdırılan böyük layihənin bir hissəsidir. Müəllif deyir ki, bu kitab Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş uşaqların istifadəsinə veriləcək böyük kitabxananın yaranmasının başlanğıcıdır. Bu kitabxanada məşhur əsərlərlə yanaşı, müasir Azərbaycan uşaq ədəbiyyatının nümunələri də olacaq. "Sehrli Səyahət" İçərişəhəri uşaqlığa xas xəyallar dünyası ilə reallıq arasında körpü kimi təsvir edən nağıldır.
X.Mahmudova 1988-ci ildə anadan olub, İsveçrədə biznes və maliyyə təhsili alıb. Hobbi kimi yazıçılıqla məşğul olur.
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05