“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu
Həyata keçirdiyi sosial əhəmiyyətli layihələri ilə seçilən “Nar”, böyük uğura imza ataraq Azərbaycanı təmsil edən ilk şirkət kimi beynəlxalq səviyyəli müsabiqədə mükafata layiq görülüb.
NUH.az-ın məlumatına görə, noyabrın 12-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsinin mükafatlandırma mərasimində “Nar”ın “Təlim Məktəbi” layihəsi “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. Qeyd edək ki, bu nominasiya uğrunda mübarizədə mobil operator “Nestle” və “Volkswagen” kimi nüfuzlu şirkətlərin layihələrini geridə qoyaraq birincilik əldə edib.
“Müştəriyönümlü mobil operator olaraq KSM strategiyamızın təməlində cəmiyyət üçün dəyər yaratmaq və sözün həqiqi mənasında faydalı olmaqla insanların həyatında müsbət dəyişikliklərə səbəb olmaq dayanır. “Təlim Məktəbi” layihəsi ilə biz fiziki məhdudiyyətli insanların peşəyə yiyələnməsinə və cəmiyyətə inteqrasiyasına öz töhfəmizi veririk. Şadam ki, bu layihə öz missiyasını uğurla yerinə yetirdi və ilk dəfə olaraq Azərbaycanı təmsil edən bir şirkət bu nüfuzlu platformada yüksək qiymətləndirildi”, - deyə mükafatlandırma mərasimində çıxış edən “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.
Müsabiqə yüksək standartlara, innovativ yanaşmaya, planlaşdırma və həyata keçirilmə keyfiyyətinə görə ən yaxşı kommunikasiya layihələrini dəyərləndirir. Bu il Rusiya, MDB, Şərqi Avropa və Mərkəzi Asiyadan 13 ölkəni təmsil edən dövlət və ictimai təşkilatlar, eləcə də özəl şirkətlərin ictimaiyyyətlə əlaqələr sahəsində layihələri yarışıb. Qeyd edək ki, bütün layihələr müsabiqənin Ekspertlər Şurası tərəfindən qiymətləndirilir. Burada iri beynəlxalq şirkətlərdən, nüfuzlu universitetlərdən və dövlət qurumlarının PR şöbələrindən peşəkar mütəxəssislər təmsil olunur.
Bildirək ki, bu, “Nar”ın davamlı olaraq inkişaf etdirdiyi KSM strategiyasının ilk uğuru deyil. Belə ki, 2014-cü ildə Fransada keçirilmiş ənənəvi “Cannes Lions” festivalında “Nar Donor” layihəsi “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görülmüşdü.
Mobil operatorun həyata keçirdiyi digər sosial layihələr haqda daha ətraflı nar.az səhifəsindən, “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsi haqqında məlumatı isə buradan əldə edə bilərsiniz.
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06