Daha 4 tələbə zəhərləndi: ali məktəb, yoxsa “virus yataqxanası...”
İqtisadiyyat4 dekabr 2019 09:51
Bakı Dövlət Universitetinin yataqxanasında daha iki tələbənin vəziyyəti pisləşib. Səhiyyə Nazirliyindən bildirilib ki, tələbələrlə bağlı təcili yardıma müraciət dekabrın 3-də səhər saat 08.15-də daxil olub.
Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Maraqlıdır ki, daha sonra belə xəbər yayılıb ki, tələbələrin halı universitetin yataqxanasında deyil, Zahid Xəlilov, 54 ünvanında yerləşən kirayə mənzildə pisləşib. "Hər halda, onlar aparıldıqları xəstəxanada belə deyiblər. Məlum olub ki, halı pisləşənlər xala qızlarıdır və onların biri BDU-nun tələbəsidir” deyə, bildirilib.
Təəssüf ki, elə həmin gün Qazaxda da kollec tələbələrinin zəhərlənməsi xəbəri yayılıb. Hasdisə Qazax Dövlət Sosial İqtisad Kollecində qeydə alınıb. Kollecin tələbələri - 19 yaşlı Əfsanə Mətləb qızı Səfərli, 19 yaşlı Güləndam Sadiq qızı Həsənova, 19 yaşlı Xavər Fikrət qızı Məmmədova, 18 yaşlı Arzu Azər qızı Əlizadə və Mahizər Akif qızı Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Tələbələrin kollecdəki dizel yanacağı ilə işləyən sobanın tüstüsündən zəhərləndiyi ehtimal olunur.
Bir neçə gün əvvəl isə Nizami rayonu, Qara Qarayev prospektində kirayədə yaşayan 6 tələbə də zəhərlənmişdi. Tələbələr müxtəlif ali təhsil ocaqlarında - Xəzər, Bakı Dövlət və İqtisadiyyat universitetlərində təhsil alan qızlar olublar. Bundan sonra da zəhərlənmə xəbərləri səngiməyib. Belə ki, yenə Nizami rayonu NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənib. Səhiyyə Nazirliyindən bildirilib ki, ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımi tibbi yardım göstərilib.
Xatırladaq ki, bundan əvvəl BDU-nun 2 saylı yataqxanasında 3 tələbə qız hələ də müəyyən edilməyən səbəblərdən zəhərlənib, onlardan biri həyatını itirib. Həmin yataqxana olduca bərbad vəziyyətdədir, istismara yararsız haldadır və zirzəmisi siçovullarla doludur. Siçovullar yataqxananın dəhlizlərində dolaşır və sosial şəbəkələrdə yayılan məlumatlara görə, zəhərlənmənin səbəbi də məhz onlar ola bilər. Belə ki, yataqxanaya siçvullara qarşı zəhərli preparatlar səpilir və gəmiricilər bu zəhəri otaqlara, tələbələrin əşyalarına və ərzaqlarına yaya bilərdilər. Nəticədə isə təhlükəli infeksiya baş qaldırması mümkündür. Həyatını itirən tələbə qızda müşahidə olunan simptomlar da zəhərlənmə ilə uyğun gəlmirdi, gənc qızın ağzından qan gəldiyi məlum olmuşdu. Hansı ki, qida zəhərlənməsində belə simptom müşahidə olunmur.
Fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Amma hələ ki istintaqla bağlı konkret məlumat yoxdur.
BDU-nun rektoru Elçin Babayev son zəhərlənmə ilə bağlı report.az-a bildirib ki, məsələləri şişirtmək lazım deyil: ‘’Çünki bu, hamı üçün psixoloji təsirdir. Onlardan biri bizim, digəri isə başqa universitetin tələbəsidir’’. Elçin Babayev noyabrın 21-i BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib.
O bildirib ki, zəhərlənmə hadisəsinin universitetdə tələbələrin qidalanması üçün verilən kartla, universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur: ‘’Birmənalı olaraq bunu inkar edirəm. Istintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir. Məhsulları da keyfiyyətlidir. Bunları bağlamaq qəzərli xarakter daşıyır. Tələbələrlə görüşlərdə yeməklərinə diqqət etmələrini deyirik’’.
Yeri gəlmişkən, E.Babayev zəhərlənmə olayından bir neçə gün əvvəl yerli mediaya müsahibəsində bu təhsil ocağında tələbə yataqxanası ilə bağlı məsələdən də danışmışdı. Rektor demişdi ki, vəzifəyə təyin olunan günün səhəri BDU-nun yataqxanasına baş çəkib: "Orada qəhərləndirici bir mənzərə vardı. Nəinki şərait pis idi, heç şərait yox idi. İlk işimiz yataqxanada minimal şərait yaratmaq oldu. Hazırda yataqxana probleminin həlli ilə ciddi şəkildə məşğuluq. Artıq hiss olunur ki, universitet oranın sahibidir. Bir neçə gün qabaq yataqxana ərazisində Nəsiminin xatirəsinə 650 yeni ağac əkdik. Bu aksiya davam edəcək. Həmin ərazidə modern tələbə şəhərciyinin salınması bizim ən böyük arzularımızdan biridir. Hazırda əvvəlki yataqxanalardan birinin bərpası gedir. Biz onu təhvil versək, kifayət qədər tələbənin ehtiyacını ödəyə biləcəyik. Orada oxu zalı, kitabxana, asudə vaxt üçün yer, mətbəx, kiçik tibb məntəqəsi, dükan olacaq. Hətta tələbələr üçün paltaryuyan maşınlara qədər qoyulacaq. Tələbə özünü cəmiyyətin layiqli nümayəndəsi hesab etməsi üçün bütün şəraitlərə malik olmalıdır. Tələbə yaxşı yaşamalı, istirahət eləməli, həyatdan, tələbəlik illərindən zövq almağı bacarmalı, problemləri az olmalıdır ki, yaxşı təhsil ala, əsl vətəndaş ola bilsin. Yataqxananın universitetə yaxınlığı da önəmlidir”.
Rektor deyib ki, onun təşəbbüsü ilə noyabrın 1-dən BDU-da təhsil alan aztəminatlı və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik biri 3 manat civarında pulsuz yemək kuponu verilir.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya