Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı (FOTOLAR)
İqtisadiyyat17 may 2020 17:36
Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərin çox zaman müəyyən məbləğ qarşılığında verildiyini və ya ümumiyyətlə kənar şəxslərə satıldığını bildirib və bununla "Qaçqınkom”un sabiq rəhbərinin korrupsiya ilə məşğul olduğuna işarə edib: "Bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər".
Əslində Əli Həsənovun keçmiş fəaliyyətilə bağlı deyilənlər ictimaiyyətə çoxdan bəllidir və onun "Qaçqınkom"dan mənimsədiyi və ailə üzvləri tərəfindən xaricə daşıdığı milyonlarla vəsait çoxdan burnundan gətirilməli idi. Amma hələ ki, gətirilməyib. Əli Həsənov 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 2018-2019-cu illərdə baş nazirin müavini olub, hazırda YAP sədrinin müavinidir. Hələ 2017-ci ildə Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin harınlıqdan törətdiyi qəza, nəticədə iki nəfərin ölümü və iki nəfərin yaralanması ciddi rezonans doğurmuşdu. Amma yüksək vəzifə sahibi olan babasının sayəsində iki il sonra azadlığa buraxıldı. Nail Allahverdiyevin bahalı avtomobillər kolleksiyası və yüksək sürət həvəskarı olduğu heç kimə sirr deyil.
Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Nail Allahverdiyevin atası Elman Allahverdiyev də 2017-ci ildə Almaniyada milyonlarla avroya aldığı otellə bağlı Qərb mətbuatının "qəhrəmanına" çevrilmişdi. Mətbuatda onu Əli Həsənovun kürəkəni kimi təqdim edirlər, amma atasının adı qrafasında keçmiş "Qaçqınkom" sədrinin adı yazılıb..
O hələ Əli Həsənov qaçqın çörəyini görməmişcəsinə yeyəndə Almaniyanın Hamburq şəhərində ilk şirkətini - LOHIMEX GMBH-ni 2014-cü ildə qeydiyyatdan keçirib. Bu şirkət hazırda logistika sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyev 2015-ci ilin martında Almaniyanın Lüneburg ədliyyəsində GLORIOUS HOTELS RESORTS GMBH şirkətini qeydiyyatdan keçirərək Bad Bevensen kiçik kurort şəhərində, Lerchenweg 1-də yerləşən və bir neçə miyon avro dəyərində olan Kieferneck otelini satın almışdı. 2016-cı il maliyyə ilini şirkət 300 min avro zərər vurduqdan sonra Elman Allahverdiyev oteli dəyər-dəyməzinə satıb. Qaçqınların pulu idi, nə vecinə... C.Həsənli yazır ki, Azərbaycanda da Elman Allahverdiyevin və Əli Həsənovun qızı Roza Allahverdiyevanın çoxşaxəli biznesi var və bu şirkətlər vasitəsilə keçmiş "Qaçqınkom" sədrinin əziz xələfləri hələ də büdcəyə yol tapırlar.
Məsələn, Elman Allahverdiyevin 2004-cü ildə təsis etdiyi "GARDENİA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (hüquqi ünvanı AZ1069, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ, ev 134) yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı sahəsində ixtisaslaşıb, Hollandiya, İtaliya, Almaniya, İsrail, Türkiyə, Rusiyadan müvafiq sistemlərin, gübrələrin, dekorativ ağac və güllərin idxalını həyata keçirir. Şirkət Əli Həsənovun nüfuzu sayəsində iri dövlət sifarişlərindən külli-miqdarda vəsait əldə edib.
Hazırda paytaxtın Atatürk prospektində, Novxanıda və Sumqayıtda hektarlarla ərazidə yaşıllaşdırma sahələri və 3 satış mərkəzi var. Onun 2007-ci ilin aprelin 3-də təsis etdiyi "SEMARİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də (hüquqi ünvanı YASAMAL RAYONU, MƏHƏMMƏD İBN HİNDUŞAH, ev 618 MƏH.10, m. 16) bitkiçilik və yaşıllaşdırma sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyevin təsiçiliyi ilə daha bir şirkət - "C.T.S. AUTOMOTİV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2006-cı ilin iyulunda qeydiyyatdan keçib, hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MƏHƏMMƏD İBN HİNDUŞAH, ev 618 MƏH.10, m. 16. Əli Həsənovun qızı ROZA ƏLİ qızı ALLAHVERDİYEVA "GARDENİA" MMC-nin maliyyə direktorudur. Əli Həsənovun qızı həmçinin 2016--cı ilin mayında qeydiyyatdan keçmiş "GOLDEN HOUSE" MƏNZİL TİKİNTİ KOOPERATİVİnin təsisçisidir. Şirkət tikinti sektorunda fəaliyyət göstərir və dövlət sifarişlərinin icrasında iştirak edir. Bunlar hələ bəlli olanlardır.
Mənbə: Demokrat.az
Oxşar xəbərlər
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...
23 mart 2024 22:09
- Moskvadakı terrorda şübhəli bilinənlər belə həbs edildi –Saxlanılan zaman çəkilən FOTOLAR /VİDEO
23 mart 2024 14:36
- Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
23 mart 2024 14:05
- Emindən ilk - Reaksiya
23 mart 2024 08:04
- Araz və Emin Ağalarovlar hadisə yerində - Fotolar
23 mart 2024 07:54
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- 10 ildir uşaqlara təcavüz edən şəxslə bağlı ŞOK detallar ortaya çıxdı - FOTO
22 mart 2024 09:40
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya