Gəncə üsyanının 100-cü ildönümüdür
Sovet işğalına qarşı 1920-ci ilin mayın 25-də başladılan Gəncədəki xalq üsyanının ildönümüdür.
Qaynarinfo-nun məlumatına görə, üsyandan 100 il ötür. Üsyana rəhbərliyi Azərbaycan Cümhuriyyətinin hərbçiləri edib. Araşdırmaçılara görə, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra XI Qırmızı Ordu hissələrinin quldur hərəkətləri, sovetləşmə prosesində cəlb olunmuş ordu hissələrində etnik ermənilərin çoxluğu Azərbaycan türkləri arasında qırğnıların miqyasını artırıb və bu da haqlı olaraq kəskin mübarizə və etiraz dalğaları ilə müşayiət olunub. Üsyana başçılığı Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov və Cahangir bəy Kazımbəyli ediblər. Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, bəstəkar Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli 1952-ci ildə nəşr edilmiş "Azərbaycan" jurnalında Gəncə üsyanı haqqında belə yazırdı: "Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü”. Üsyan mayın 31-də xüsusi amansızlıqla yatırılıb. Tədqiqatçılara görə, bir həftə ərzində hər iki tərəfdən ümumilikdə təxminən 20 min adam ölüb. Minlərlə gəncəli ana yurdundan köçməyə məcbur qalıb. Əgər 1916-1917-ci illərdə Gəncədə 60 291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38 880-dək azalıb. ABŞ-ın nüfuzlu "New York Times" qəzeti bu üsyan haqqında belə yazırdı: "Yelizavetpolun tatar əhalisi bolşeviklər tərəfindən vəhşicəsinə qırğına məruz qalmışdır", Şəhəri tərk etmək imkanları olmayan üsyançılar, habelə dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələnib. Üsyan yatırıldıqdan sonra general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı, Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələnib. Azərbaycan Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə Gəncə üsyanından belə bəhs edirdi: "Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər”. Gəncə üsyanı ölkə boyu zəncirvari şəkildə ayaqlanmalara səbəb olub. Sonradan Tərtər, Lənkəran, Qarabağ, Zaqatala, Quba və digər bölgələrdə müxtəlif üsyanlar baş tutsa da, 1924-cü ildə qədər heç bir üsyan Gəncə üsyanı qədər böyük olmayıb.
- Sifarişlə fermanı yandırdılar - 230 heyvan tələf oldu
21 mart 2024 12:44
- Azərbaycanda ŞOK: 17 milyona nömrə satılır - FOTO
16 mart 2024 22:30
- Bu məktəblərə yeni direktor TƏYİN OLUNDU - RƏSMİ
11 mart 2024 13:13
- Rusiyada 9 milyarda otellər tikən azərbaycanlı deputat kimdir?
29 fevral 2024 16:21
- Aybəniz Haşımovanın qardaşı həbs edildi
23 fevral 2024 22:44
- NAR Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
23 fevral 2024 16:33
- İcra başçısının qardaşı müsadirə olunmuş əmlakları geri istəyir
20 fevral 2024 13:55
- DOST-un 5,4 milyonluq tender verdiyi şirkət kimindir?
19 fevral 2024 20:22
- İlkin Süleymanov: Əsl cinayətkarı tapmaq istəmirlərsə, kiminsə yerinə cəzanı mən çəkməliyəm
15 fevral 2024 21:14
- Nərminin valideynləri qanuni nəticə istəmir - İlkin Süleymanov səbəbi AÇIQLADI
14 fevral 2024 21:49
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41