Mübariz İbrahimovun müəllimi danışır..
Günün sitatı20 iyun 2020 15:35
"Mübarizi həmişə məktəb pilləkənlərinin yanında görərdim və o pilləkənin qarşısında olan pəncərədən saatlarla çölə baxardı”.
Bunu "MediaPost”a açıqlamasında Milli Qəhrəman Mübariz İbrahimovun məzun olduğu şəhid Malik Piriyev adına Əliabad kənd tam orta məktəbinin direktoru Bəsirə Rüstəmova deyir.
O həm də Mübariz İbrahimovun müəllimi olub:
"Mən ona 10 il dərs demişəm, rus dili fənnini tədris edirdim. Çox sakit uşaq idi, öz aləmi vardı elə bil. Çox danışmağı sevməzdi. Dərslərini orta qiymətlərlə oxuyurdu, həvəsli uşaq idi. Mən heç vaxt onun kiminləsə mübahisə etdiyini görmədim, əksinə, qrupda kimsə dalaşardısa, o, həmişə uşaqları sakitləşdirər, imkan verməzdi biri digərini vursun. Bənzərsiz, təmkinli uşaq idi. Nizam-intizamına isə söz ola bilməzdi”.
"Həmişə Mübarizə "ağıllım” deyirdim...”
"Bir dəfə məndən soruşdu ki, müəllimə, mənə həmişə nə deyirsiniz? Mən onda bilmədim nə cavab verim, çünki nəyi nəzərdə tutduğunu bilmirdim... Ancaq mən ona həmişə "ağıllım” deyirdim.
Mənimlə rahat söhbət edə bilirdi, tez-tez yanıma gəlib suallar verirdi. Günü bu gün də yadımdadır. Birinci siniflərin ilk tədris günü idi, balaca Mübariz yaxınlaşıb dedi ki, müəllimə, baxın, köynəyim yenidir. Dedim nə gözəl köynəkdir, o da qol hissəsinə fərqli parçadan tikilmiş iki xətti göstərib dedi ki, lap "soldat” geyiminə oxşayır. Təsəvvür edin, onda hələ 6 yaşındaydı...”, - Bəsirə xanım söhbətini davam etdirir.
O, öz sevimli şagirdinin şəhidlik zirvəsinə yüksəldiyi xəbərini aldığı anı belə xatırlayır: "Mübarizin şəhid olma xəbərini eşidəndə onun öz məqsədinə çatdığını düşündüm. Elə qəribə hissdir ki... Çünki mən ona ilk sinifdən dərs demişəm, onu illərlə tanıyan insanam. İşğal olunmuş torpaqlarımız, əsirlərimiz, şəhidlərimiz haqqında danışanda deyirdi ki, qisasını alacağam. Elə bil qarşısına məqsəd qoymuşdu. Dedi və etdi! Sonradan dəftərlərinə baxanda da gördük ki, işğal olunmuş torpaqlarımızı qələmlə haşiyəyə alıb. Sanki o, millət eşqindən yoğrulmuşdu”.
Mübarizin boya-başa çatdığı həyətdə muzey yaradılıb. Muzeydə Mübariz İbrahimovun məktəb illərindən qalan kitab və digər dərs ləvazimatları, şəkilləri var. Şəhidin ailəsi də Milli Qəhrəmanın bəzi əşyalarını muzeyə hədiyyə edib.
Bundan başqa, onun hərbi formadakı böyük şəkli ikimərtəbəli məktəbin girişində, hündür yerdə asılıb. Guşə, Mübariz İbrahimovun təhsil aldığı sinif otağı, oturduğu parta xüsusi diqqət ilə qorunur.
Şəkil çəkdirmək ayrılıq deyilmiş, elə olsaydı...
"Həmişə şəkil çəkdirməkdən qaçırdı, istəmirdi kimsə onu çəksin. Onunla bircə dənə də olsa, şəklimiz yoxdur. Məncə, az adam tapmaq olar ki, Mübarizlə şəkli olsun. Həm ciddi uşaq idi, həm də mehriban”.
"Bu, Mübarizin son gəlişi idi məktəbə”
B.Rüstəmova Milli Qəhrəmanın oxuduğu məktəbə sonuncu gəlişini belə xatırlayır: "Sonuncu dəfə məktəbimizə gəlib bütün müəllimləri ilə bir-bir görüşdü, halallaşdı. Bilmirdik ki, onu nə gözləyir. Sonra sizin eşitdiklərinizi biz də eşitdik...Atası Ağakərim kişi oğlunun arzusunu yerinə yetirdi. Mübariz demişdi: "Mən şəhid olandan sonra Azərbaycan bayrağı evimizin önündən asılsın”. Bəli, Mübariz arzusuna çatdı”.
O qeyd edib ki, M.İbrahimovun ailəsi yaşadıqları rayonda, kənddə həmişə böyük hörmətə sahib olublar: "Burada yaşayan, onların ailəsini tanıyan hər kəs bilir ki, İbrahimovlar ailəsi necədir. Hər kəsə əl tuturlar, ətraflarındakı imkansız ailələrə kömək edirlər. Ailəlikcə zəhmətkeşdirlər. Siz min ailəyə yaxınlaşsanız, hamısı eyni sözü deyəcək. Ailəlikcə təsərrüfatla məşğuldurlar. Tək dəyişiklik Mübarizin o evdə olmaması, ancaq hər bir azərbaycanlının qəlbində yaşamasıdır.
Məktəbimizin məzunu özünə bu yolu seçdi. Vətənə, Torpağa qarşı olan məhəbbəti onu ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucaltdı.
Prezident İlham Əliyevin söylədiyi kimi: "Mübariz bilirdi geri qayıda bilməyəcək və Mübariz bilirdi onu nələr gözləyir, ancaq Vətənə, Torpağa qarşı olan məhəbbəti onu şəhidlik zirvəsinə ucaltdı”.
Heç vaxt unudulmayacaqsan və həmişə yaddaşımızda qalacaqsan, mənim cəsarətli, qorxmaz, qayğıkeş, səmimi şagirdim, ağıllım”.
Oxşar xəbərlər
- 26 ildir restoranda yemək yeyən qarğa insan kimi danışır - VİDEO
23 mart 2024 21:35
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Çexiyalı qız dünya gözəli seçildi
10 mart 2024 17:35
- İranda ibtidai sinif müəllimi 2 aylıq maaşı ilə avtomobil ala bilr. Bəs bizdə ?
10 mart 2024 13:15
- SSRİ-də edam edilən yeganə yeniyetmə: Niyə ölümə məhkum olundu? - ŞOK SƏBƏB
9 mart 2024 17:02
- Mübariz Qurbanlının yerinə nə vaxt təyinat olacaq?
29 fevral 2024 16:17
- Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
20 fevral 2024 11:34
- Nazim İbrahimovun həbsdə olan qardaşının külli miqarada borcu var - ABB niyə susur?
19 fevral 2024 17:36
- Nə cəza verirsiz verin, elə işlər var, mütləq həll olunmalıdır - Fazil Mustafaya qarşı terror törədəndən şok sözlər
19 fevral 2024 09:27
- Məzahir Pənahov da gedir ? Yeni MSK sədri kim olacaq..?
18 fevral 2024 13:06
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya