Adı külli miqdarda korrupsiyada hallanan məmura yeni vəzifə verildi
Vaxtilə Azərbaycanın ən korrupsiyalaşmış qurumlarından olan “Aqrolizinq” ASC-nin sabiq sədri Əli Bayramov yüksək vəzifəyə təyin olunub.
Bununla bağlı mətbuatda yayılan məlumatlara görə, Ə.Bayramov 1 saylı Şərab Zavodunun İdarə Heyətinin sədri təyin edilib.
Xatırladaq ki, Ə.Bayramov 2007-ci ildən 2014-cü ilə kimi “Aqrolizinq” ASC-nin sədri vəzifəsində çalışıb. İsmət Abbasovun Kənd Təsərrüfatı naziri vəzifəsini tutduğu dövrdə işləmiş Ə.Bayramov onun ən yaxın kadrlarından biri sayılıb.
Lakin İ.Abbasov 2013-cü ildə nazir vəzifəsindən gedəndən və Baş nazirin mavini təyin olunandan sonra Ə.Bayramovun da “kitabı bağlanıb”. 2014-cü ildə öz ərizəsilə “Aqrolizinq” ASC-nin sədri vəzifəsindən getməli olan Ə.Bayramov bunu səhhətilə izah etməyə çalışsa da, hamıya bəlli idi ki, əsas səbəb təşkilatdakı külli miqdarda yeyinti faktlarının üzə çıxmasıdır.
Belə ki, Əli Bayramovun işdən getməsindən cəmi bir neçə gün sonra Hesablama Palatası “Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı üzə çıxardığı faktları cinayət işinin qaldırılması üçün Baş Prokurorluğa göndərib.
Hesablama Palatasının həmin vaxt yaydığı məlumata görə, “Aqrolizinq” ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materialları Baş Prokurorluğa təqdim olunub. Hətta həmin vaxt Ə.Bayramovun istintaqdan yayınmaq üçün Türkiyəyə qaçdığına dair məlumatlar da yayıldı.
Hər kəsə məlum idi ki, bu qurumun keçirdiyi tenderlərdə öz maraqlarına uyğun şirkətləri cəlb eləmək, onları qalib elan etmək, onların vasitəsi ilə ölkəyə cins mal-qara, texnika, gübrə və digər məhsullar gətirmək, məhz Əli Bayramovun idarəçiliyi altında baş verib.
Lakin maraqlıdır ki, 100 milyonlarla dollar büdcə vəsaitinin talanması faktlarını araşdıran Zakir Qaralovun idarəsi “Aqrolizinq”-in “xırda kalibrli” məmurlarına qarşı cinayət işi qaldırıb, onların bir neçəsini həbs etməklə məsələni ört-basdır edə bildi. Nə Əli Bayramov, nə də onun himayədarı İsmət Abbasova talanan 100 milyonlara görə “gözün üstə qaşın var” deyən olmadı.
İndi isə məlum olur ki, “köhnə qvardiyanın” samballı üzvlərindən biri sayılan İ.Abbasov Ə.Bayramovun sədaqətini unutmayıb və adı aşçıq-aşkar külli miqdarda korrupsiya faktlarında keçən bu şəxsə yenidən etimad göstərib.
Məsələ ondadır ki, “Bakı Şərab 1” ATSC Baş nazirin sabiq müavini, keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun zavodu kimi tanınır. Mətbuatdakı məlumatlarda vaxtilə "Bakı 1 saylı Şərab Zavodu" adlanan bu müəssisədə direktor müavini işləmiş İsmət Abbasovun, Kənd Təsərrüffatı naziri olduğu dövrdə ATSC-ni öz nəzarətinə keçirdiyi bildirilir. Yəni, bu ATSC-nin gəlirləri əsasən İsmət Abbasovun şəxsi büdcəsinə daxil olur. Hələlik bu məlumatlar nə İ.Abbasov, nə də zavod tərəfindən rəsmən təkzib edilməyib.
Ə.Bayramovun İ.Abbasovun zavoduna rəhbər gətirilməsi həm də onu təsdiqləyir ki, “köhnə qvardiya”nın üzvlərinin nə “iş prinsiplərində”, nə də malik olduqları biznes şəbəkələrində heç nə dəyişməyib... /Azpolitika
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06