"Qarabağ BMT idarəçiliyinə verilsin..." – SENSASİYA
Hərbi toqquşma təmas xəttində deyil, Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verib. Niyə indi olub, cavablandırılmamış əsas sual budur.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə Ermənistan-Azərbaycan sərhədində yaşanan son hərbi eskalasiyasını şərh edərkən söyləyib.
Hoqland ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiklə qeyri-rəsmi söhbət etdiyini bildirib:
“Hazırda onlar gərginlik zonasında müşahidə missiyası həyata keçirə bilmirlər. Minsk Qrupu gərginliyi azaltmaq və status-kvoya qayıtmaq üçün çox səy göstərib. Ancaq mən hiss edirəm ki, o, problemi həll etmək iqtidarında deyil”.
Keçmiş vasitəçi-diplomat hesab edir ki, Minsk Qrupu ən xoş niyyətlə, münaqişəyə cəlb olunan tərəflərin və Rusiya kimi böyük bir dövlətin dəstəyi ilə belə problemi yoluna qoya bilməz. O, Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, bir sıra həllər təklif edən “Madrid prinsipləri”ini mövcudluğunu xatırladıb.
“Hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirmişdi ki, bu vaxtadək tərəflər məsələni qarşılıqlı kompromislər əsasında həll etməyə hazır deyil. Belə vəziyyət davam edəcək və təəssüf ki, vətəndaş cəmiyyətləri də buna cəlb oluna bilər”, – deyə amerikalı diplomat xəbərdarlıq edib.
Doğrudur, sabiq səfir əl yeri də qoyur və bildirir ki, bu, onun şəxsi nöqteyi-nəzəridir:
“Şəxsən mən hesab edirəm ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına verməkdir. Gələcəkdə, illər sonra, emosiyaların soyuduğu zaman hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcəklə bağlı öz istəklərini ifadə edə biləcəklər”.
Qarabağ münaqişəsinin həllində Rusiyanın roluna toxunan Hoqland hesab edir ki, Rusiyanın konfliktin səbəbkarı olduğunu iddia etmək məsuliyyətsizlik olardı:
“Ancaq dayanıb geriyə baxsaq, bir sıra açıq-aydın halları görəcəyik. Birincisi, Rusiya Prezidenti Vladimir Putin əvvəllər SSRİ-nin dağılmasının ötən əsrin ən böyük fəlakəti olduğunu söyləyib. O, vaxtaşırı postsovet məkanı ölkələrinin – güman ki, Ermənistan və Azərbaycanın da – Rusiyanın xüsusi diqqət mərkəzində olduğunu bəyan edir. Şərti olaraq bu zonanı həll olunmamış münaqişələrin bol olduğu imtiyazlı bölgələr adlandıra bilərik. Şəxsi fikrim belədir ki, Rusiya həqiqətən də bu münaqişəni həll etmək istəsəydi, yəqin ki, bu istiqamətdə daha fəal addımlar atardı”, – sabiq həmsədr vurğulayıb.
Türkiyənin Qarabağ tənzimlənməsində rolundan danışan Hoqland Ankaranın birbaşa münaqişəyə cəlb olunmasına dair heç bir dəlil-sübutun olmadığına diqqət çəkib:
“Əlbəttə, biz hamımız bilirik ki, Azərbaycan və Türkiyə yaxın müttəfiqdir, lakin Ermənistan və Rusiya da müttəfiqdir. Bölgədə bu vəziyyətdən bəhrələnə biləcək başqa aktorlar var”, – deyə amerikalı diplomat sonda əlavə edib.
Əlavə edək ki, Dağlıq Qarabağın BMT idarəçiliyinə verilməsi Azərbaycan tərəfdən bölgənin bəri başdan mübahisəli ərazi kimi tanınması anlamına gələrdi. Ondansa BMT TŞ elə özünün 27-28 ildir kağız üzərində qalan və erməni işğalçı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrinin icrasına nail olsa, daha məntiqlidir.
Hər halda, biz 80-ci illərin sonunda Dağlıq Qarabağda Arkadi Volskinin rəhbəri olduğu xüsusi idarəçiliyin nə ilə bitdiyinin şahidi olmuşuq. Bölgənin Azərbaycanın nəzarətindən çıxarılması erməni separatçılarını daha da şirnikləndirdi və azğınlaşdırdı, nəticə etibarilə işğal rejimi uzandı…
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- MƏN BUNU DEMƏKLƏ MÜKƏLLƏFƏM QISAQAPANMA-REKLAMLAR
7 aprel 2024 21:05
- 7 ay komada qalan zabitimiz bu gün şəhid oldu - Foto
7 aprel 2024 20:49
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10