“Ramal Trans”ı Səfər Mehdiyevə nə bağlayır?
İqtisadiyyat6 avqust 2020 09:29
Bir neçə gün əvvəl Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Gömrük sistemində qarşılaşdığı yersiz problemlə bağlı məsələni ictimailəşdirmişdi.
Yeni Sabah xatırladır ki, o xüsusilə gömrükdəki "Ramal-Trans” adlı broker şirkət üzərindən sahibkarlar üçün qurulmuş tələdən danışmışdı. Bildirmişdi ki, xaricdən kimin yükü gəldisə, aparıb salırlar həmin şirkətin anbarına və yükün həcminə uyğun pul alırlar: "Bizdən bəzən 500-600 manat qopardırdılar. Heç bir sənəd də vermirlər. Bir dəfə gömrüyün sədrinə şikayətlə müraciət etdim, rəsmi cavab gəldi ki, bu, bizlik deyil. Deyən lazım, ay qardaş, əgər, bu sizlik deyilsə, onda adımıza gələn yükü o tələyə niyə salırsız? Malımızı "Ramal-Trans” ərazisinə girmədən deklarasiya edin, çıxıb gedək də”.
Eyni problemi "Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli də səsləndirmişdi. Nigar Köçərlinin sözlərinə görə, sahibkarlar "Ramal Trans”a 500-600 civarında pul ödəməlidir. Bu pulun nəyə görə ödənildiyini isə heç kim bilmir: "Qəbzlər də qəribədir. Deyilir ki, guya bu məbləğ yükün boşaldılması üçündür. Amma bizi də məcbur edirlər ki, 200 manat ödəyək. Gömrüyün mətbuat xidməti deyir: "Özünü "Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyətı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?”.
Bildirək ki, uzun illər Azərbaycanda broker monopoliyasına Əbülfəz Məlikova məxsus olan Broker MMC liderlik edib. Son vaxtlar isə onun bu sahədən sıxışdırlıdığı, DGK sədri Səfər Mehdiyevə yaxın şirkətlərin avtoritetə çevirildiyi bildirilir. Və görünən odur ki, yeni brokerlər Ə. Məlikova rəhmət oxutmaqdadır. Bəs Gömrük Komitəsi yaranmış bu duruma necə izah verə bilər? "Ramal Trans”ı Səfər Mehdiyevə nə bağlayır?
Komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov "Virtualaz.org”a müsahibəsində deyib ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 119.1-ci maddəsinə əsasən malları gömrük ərazisinə gətirən şəxs həmin malları göndərən gömrük orqanı tərəfindən müəyyən edilmiş marşrutla və müddətdə təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırmalıdır.
"Bu yerlər gömrük nəzarəti zonaları adlanır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 93.1-ci maddəsinə uyğun olaraq, gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.
Bir qayda olaraq, saxlanc anbarı statusuna malik bu zonalar şəxslər tərəfindən yaradılır və orada yerləşdirilmiş mallara gömrük nəzarətinin həyata keçirilməs üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunur. Adıçəkilən şirkətə məxsus saxlanc anbarı da gömrük nəzarəti zonası statusuna malikdir. Ümumiyyətlə, biz dəfələrlə bəyan etmişik və bir daha nəzərə çatdırırıq ki, həmin dayanacaqlar Komitənin sisteminə daxil olan qurum deyil, orada yalnız gömrük nəzarəti həyata keçirilir və burada göstərilən xidmətlərin növü, dəyəri sahibkarla dayanacaq sahibi tərəfindən tənzimlənir. Yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən məcburi qaydada həmin dayanacağa yönləndirilməsinə dair iddialar isə tamamilə cəfəngiyyatdır.
Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük rəsmiləşdirilməsi başa çatdırıldıqdan sonra onlar idxalatçının, sahibinin sərəncamına verilir.
Bununla belə, gömrük sərhədini keçən bütün mal və nəqliyyat vasitələri gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün təyinat gömrük orqanlarına yönləndirilmir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunmuşdur. Bu qaydalarla xarici ticarət iştirakçılarına verilmiş üstünlüklər sırasında həm də idxal olunan malların gömrük sərhəd buraxılış məntəqəsindən birbaşa şəxslərin öz anbarına aparılması və gömrük rəsmiləşdirilməsi elektron qaydada, mallar və nəqliyyat vasitələri gömrük orqanlarına gətirilmədən həyata keçirilir.
Xüsusilə vurğulamaq istərdik ki, idxal-ixrac əməliyyatları üzrə qeyd olunan sadələşdirilmədən istifadə etmək hüququ 616 xarici ticarət iştirakçısına verilmişdir. Cari ilin 6 ayı ərzində ümumi ticarət dövriyyəsinin idxalda 35 faizi məhz "Yaşıl dəhliz” iştirakçılarının payına düşür.
Bu baxımdan, öz idxal-ixrac əməliyyatlarını sadələşdirilmiş qaydada yerinə yetirmək istəyində olan xarici ticarət iştirakçılarına tövsiyə edirik ki, "Yaşıl dəhliz” sisteminin üstünlüklərindən yararlanmaq üçün qanunla müəyyən edilmiş qaydada Dövlət Gömrük Komitəsinə müraciət etsinlər”.
Oxşar xəbərlər
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Samuxa yeni DYP rəisi təyin edilib
22 mart 2024 15:58
- Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA
22 mart 2024 15:48
- Ərdoğanın nümayəndəsi İrəvana gedir – Zəngəzur planı işə düşdü
22 mart 2024 14:30
- Bu ölkədə prezident və nazirlər maaşdan imtina ediblər
21 mart 2024 21:58
- Türk xalqlarında Novruz adətləri
20 mart 2024 17:53
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
Xəbər lenti
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya