Məmurların maşınları - Nazirlər “BMW”ni, deputatlar “Mercedes”i seçir
Cəmiyyət Fotoqalareya 25 may 2017 12:22

2016-cı ildə prezident İlham Əliyev məmurlara xarici avtomobillərdən düşüb, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "LİFAN”a minməyi tövsiyə etdi. Həmin ərəfədə bir çox məmurlar açıqlama verərək, yerli istehsal olan avtomobilə keçəcəyini bildirsə də, zavodun fəaliyyəti ilə bağlı məlumatlardan görünür ki, məmurlar sözlərini əmələ çevirməyiblər.
Yeni müsavat qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir kii, ötən ay Dövlət Statistika Komitəsinin rəsmi məlumatında qeyd olunub ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı bir neçə ay öncə dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib.
Son məlumata görə, sözügedən zavod may ayında məhdud sayda avtomobil istehsalına başlayıb.
Bir çox dünya ölkələrində məmur avtomobillərinin markalarına və ucuzluğuna diqqət çəkilən yazıda qeyd olunur ki, Azərbaycanda məmurların əksəriyyətinin xidməti avtomobili mövcuddur. Ölkədə daha çox Almaniya istehsalı olan avtomobillərə üstünlük verilir. Xüsusilə də bu, bahalı "BMW”lərdir. Lakin statistikaya baxdıqda görmək olur ki, neftin qiymətinin ucuzlaşması, manatın dollara nisbətdə dəyərdən düşməsi bu məsələyə də təsir edib. Belə ki, 2012-ci ildə yayılan statistikaya görə, 2006-cı ildən 2011-ci ilədək Azərbaycanda xidməti avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib.
2016-cı ildə nəqliyyat vasitələrinin alınması üçün dövlət büdcəsindən cəmi 6.5 milyon manat ayrılıb. Statistik rəqəmlərdən aydın olur ki, ölkədə məmurların istifadə etdikləri avtomobillərin qiyməti 70-100 min manat arasında dəyişir. Yalnız məmurların xidməti avtomobillərinə çəkilən xərclər təkcə onların alınması zamanı xərclənən vəsaitlə bitmir, il ərzində də bu avtomobillərin təmiri üçün büdcədən pul ayrılır...
Milli Məclisin 11 komitə sədrinin xidməti avtomobili "Mercedes E-Class”dır. Onların əvvəlki xidməti avtomobilləri "Nissan Maxima” olub. Bu avtomobillərin qiyməti 80-100 min manatdır. İcra başçılarının əksəriyyəti isə "BMW”lərdə gəzirlər. SOCAR-ın rəhbər şəxslərinin xidməti avtomobilləri "Audi” və "Mercedes”dir.
Nazirlərimiz də əsasən "Mercedes” və "BMW”lərdən istifadə edir.
Nuh.az
Oxşar xəbərlər
- YAP Heydər Əliyevin məzarını ziyarət edib - Fotolar
11 dekabr 2019 11:59
- Xəbəriniz olsun: Bazar günü iş günü elan edildi
6 dekabr 2019 23:29
- Deputatların əlavələrlə birlikdə aldığı məvacib: maaş, bayrampulu, tətilpulu, pensiya
6 dekabr 2019 18:56
- Türkmənistanın keçmiş DİN nazirinə 15 illik həbs cəzası
6 dekabr 2019 08:49
- Nazir işdən çıxarıldı — Başı qırxıldı, üzr istədi (VİDEO)
5 dekabr 2019 19:05
- “Əli İnsanovun yeganə amacı qisasdır” - Natiq Cəfərli
4 dekabr 2019 16:58
- Konstitusiya Məhkəməsi parlamentin buraxılması ilə bağlı qərar verdi
4 dekabr 2019 14:57
- “Mən sizin işinizdən həmişə razı olmuşam” - Fotolar
2 dekabr 2019 17:14
- Arif Alışanovla bağlı ilginc iddia... - Belə deyirlər...
1 dekabr 2019 12:45
- Rusiya və Belarus birləşir: ilkin razılaşma əldə olundu
30 noyabr 2019 23:28
Xəbər lenti
- YAP Heydər Əliyevin məzarını ziyarət edib - Fotolar
11 dekabr 11:59
- “Azərpaşa Nemətovun qabağında əyilirdilər...”
11 dekabr 10:59
- Azərbaycanda vəzifəli şəxs ölkədən qaçdı
11 dekabr 10:49
- “EuroHome”un qarşısında bədbəxt hadisə, iki tələbə öldü
11 dekabr 09:17
- “KUKLAOYNADANLARDAN QURTULMUŞUQ...”
11 dekabr 09:05
- Müsəlman qadınlar üçün “kupalnik” hazırlandı - Video
11 dekabr 08:53
- Yeganə oğlu Ermənistana aparılan ananın faciəsi (VİDEO)
10 dekabr 22:20
- Yanvarın 1-dən bütün pensiyalar 13-14% artacaq
10 dekabr 21:58
- “Uşaqları özləri döyüb” - Ögey ana ilə ata efirdə+Video
10 dekabr 21:07
- Çexiya xəstəxanasında insanlara atəş açıldı - 6 ölü, 2 yaralı
10 dekabr 20:43
- Yuri Lujkov vəfat etdi
10 dekabr 20:36
- Kəmaləddin Heydərov 51 yaşlı generalı işdən çıxardı (FOTO)
10 dekabr 17:03
- Prezident İordaniya Kralı ilə işçi naharında
10 dekabr 16:56
- “Anar Ələkbərov mənə zəng vurdu...”
10 dekabr 16:45
- Azərbaycanın Xalq artisti vəfat etdi
10 dekabr 12:34
- Naxçıvan 3-cü Dünya Müharibəsinin başlanmasına necə səbəb ola bilərdi?
10 dekabr 12:28
- “Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”
10 dekabr 12:18
- Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
10 dekabr 12:08
- Bakıda ticarət mərkəzi yanır
10 dekabr 10:13
- Azərbaycanlı rəssam xorvatiyalı səfirə ərə getdi - Fotolar
10 dekabr 09:58
- İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul etdi
09 dekabr 21:52
- “Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü
09 dekabr 21:39
- REAL bu dairələrdə mübarizə aparacaq - Siyahı
09 dekabr 21:19
- Vasif Talıbov da parlamenti buraxdı
09 dekabr 16:53
- Erkin Qədirli seçkiyə gedir
09 dekabr 16:44
- Anar Əsədlinin millət vəkilliyinə namizədliyi ilə bağlı təşəbbüs qruipu yaradıldı (MÜRACİƏT)
09 dekabr 16:23
- Atası ilə ögey anası tərəfindən döyülən qardaşlarla bağlı - Rəsmi açıqlama
09 dekabr 16:12
- “Azərbaycanın Mehriban siması”...
09 dekabr 15:36
- İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı
09 dekabr 11:55
- İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış
09 dekabr 11:23
Video & Fotoqalereya
Video
Fotoqalereya