“Şuşanı diqqət mərkəzinə gətirməklə ermənilər öz mövqelərini sərtləşdirir”
Tofiq Zülfüqarov:“Xarici İşlər Naziriliyinin ən böyük səhvi ondan ibarətdir ki, real vəziyyəti xalqa çatdırmır”
Ermənistan Şuşanın işğalını rəsmiləşdirmək üçün son vaxtlar bir sıra addımlar atır. Mayın 21-də Dağlıq Qarabağdakı qondarma rejimin yeni rəhbəri Araik Arutunyanın andiçmə mərasimini Şuşada keçirməklə Ermənistanın Azərbaycanın mədəniyyət paytaxtını geri qaytarmaq niyyətində olmadığını nümayiş etdirdi.
Bundan sonra Araik Arutunyan işğal rejimin uydurma parlamentinin Şuşaya köçürüləcəyini bəyan etdi. Bu isə ermənilərin Şuşa şəhərini özlərinə ikinci paytaxt etmək planını ortaya qoydu. Baş verənlər Ermənistanla danışıqlarda Şuşa şəhərinin də digər işğal olunmuş ərazilər kimi qaytarılması tələbinin gündəliyə salınmasını zəruri edir. Şuşa məsələsinin sonrakı mərhələlərə saxlanılmasından istifadə edən ermənilər isə bu şəhəri Azərbaycana unutdurmağa çalışır.
Qeyd edilən problemlə bağlı son günlər meydana çıxan sualları Bizimxeber.az-a müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırır.
- Ermənilərin Şuşa ilə bağlı son günlər sərt mesajlar verməsi bəlkə bu şəhərin qaytarılması ilə bağlı məsələnin danışıqlarda qaldırlmaması ilə bağlıdır? Yəni Dağlıq Qarabağın ətrafındakı yeddi rayon kimi Şuşanın qaytarılması tələbinin müzakirələrin gündəminə salınmaması ermənilərin belə addımlar atmasına şərait yaradır.
- Minsk prosesi məhz Şuşanın və Laçının işğalından sonra başlanıb. ATƏM-in Helsinkidə keçirilən sammitində dağlıq Qaranbağ probleminin həlli prosesi üzrə konfransın çağırılması barədə qərar qəbul olunub. Həmin qərara görə, danışıqlar Minsk şəhərində aparılmalı idi. Amma ondan sonra Şuşanın, Laçının i.ğalı baş verib və həmin ərazilərdə etnik təmizləmə aparılıb.
Azərbaycan əhalisi oradan didərgin salınıb. Nəticədə, məsələ qaldırılıb ki, belə vəziyyətdə Dağlıq Qarabağın gələcək statusunu müzakirə etmək mümkün deyil. Ona görə də işğalları aradan qaldırmaq və əhalini Şuşaya və Laçına qaytarmaq təklif olunub. Bu məsələlər gələcək mərhələdə konfransın keçirilməsini mümkün edəcəkdi. Amma danışıqlar getdiyi bir vaxtda ermənilər danışıqları davam etdiriblər.
Ermənilər bu işğal siyasətini təhlükəsizlik məqsədilə etdiklərini bildirirdilər. Sonra həmin əraziləri bufer zona adlandırmağa başladılar. İndi isə birmənalı şəkildə ilhaq ediblər. Əvvəl bu ərazilərin, o cümlədən Şuşanın Dağlıq Qarabağdakı qondarma rejimə aid olduğunu iddia edirdilər. Son zamanlar isə demək olar ki, Ermənistana birləşdiriblər.
Yəni proses tamamamilə dəyişib. Mən özüm bu danışıqlarda iştirak etmişəm. Heç kimə elə gəlməsin ki, Şuşa məsələsi danışıqlarda qaldırılmayıb. Sadəcə olaraq, biz deyirdik ki, məsələlərin ardıcıl şəkildə həll olunması məntiqi yanaşmadır və işğal edilmiş ərazilər qətnamələrə uyğun olaraq azad edilməlidir. Həmsədrlər əvvəl bu mövqeyi əsas tutdular. Sonra isə dedilər ki, təhlükəsizlik məsələsini də həll edək.
Bunu ona görə təklif etdilər ki, Ermənistan qoşunları işğal etdiyi ərazilərdən çıxartsa, hərbi əməliyyatların yenidən başlanmaması üçün təhlükəsiliyə hansı təminatların verildiyini müəyyənləşdirsinlər. Kimsə elə düşünməsin ki, Şuşanı danışıqlarda heç kim yada salmırdı. Mən bu fikirlə razı deyiləm. Siyahıya baxsaq, orada onlarla problem var. Təhlükəsizliyin təminatı, əhalinin qayıtmasının şərtləri, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ağır silahlardan istifadə etməməsi, onların nəzarətə götürülməsi və sairə. Ermənilər mövzunu addım-addım sərtləşdiridilər. Məsələn, 1992-ci ildə Azərbaycanın xarici işlər naziri Tofiq Qasımov 1992-ci il mayın 28-də Lissabonda ABŞ-ın dövlət katibi Uorren Kristoferlə görüşdə Şuşanın qaytarılmasına dair razılıq əldə edib.
Bir həftədən sonra ABŞ-ın təşəbbüsü ilə həmsdrlərin Romada xüsusi görüşləri təşkil olunub. Həmin görüşlərdən etibarən Mİnsk prosesi baş verib. Amma hər görüşdə Ermənistanın mövqeyi daha da sərtləşirdi. Çünki işğallar, azərbaycanlıların etnik cəhətdən təmizlənməsi davam etdirilirdi. Əfsuslar olsun ki, Azərbaycanın o zaman hərbi imkanları çox zəif idi və bu işğalların qarşısını almağa imkan vermirdi.
Danışıqlar prosesində həmsədrlərin öz arasında da gərginlik yaranıb. Yəni bu prosesi idarə etmək uğrunda Rusiya və Qərb arasında siyasi rəqabət var idi. Neft müqavilərinin imzalanması və “Trans-Xəzər” layihələrinin həyata keçirilməsi də ktual məsələ idi. Rusiya “Trans-Xəzər” boru kəməri layihəsinin reallaşmasından və bu halda Mərkəzi Asiyadakı mövqelərini itirəcəyindən narahat idi.
Son günlər Şuşanı diqqət mərkəzinə gətirilməsi ermənilərin öz mövqelərini sərtləşdirməsi ilə bağlıdır. Çünki əvvəl Şuşanın işğaldan azad edilməsinin qrafiki var idi. Qoşunların Şuşadan nə vaxt çıxması, məcburi köçükünlərin nə zaman qayıdacağı orada əksini tapmışdı. İndi isə ermənilər Şuşanı ikinci paytaxta çevirib. Azərbaycan Ermənistana layiqli cavabını verənə qədər işğal prosesi davam edəcək.
- Qrafikdə Şuşanın hansı tarixdə azad olunması nəzərdə tutulub?
- Qrafik 1993-cü ilin payızına qədər mövcud olub. Əvvəl bəzi kəndlər, mayın 8-də Şuşa, 14-də isə Laçın rayonu işğal olunub. Sonra da işğallar davam edib. Yəni bu mövzular müzakirə olunurdu, amma sonra Kəlbəcər və digər rayonlar işğalı baş verdi. Hamı başa düşürdü ki, ərazilərin azad edilməsi reallıq baxımından, hissə-hissə həyata keçirilməldir. İlk növbədə, təmas xəttinə yaxın olan ərazilər azad olunmalıdır.
- Yəni, münaqişənin mərhələli şəkildə həll variantının meydana çıxması Şuşanın arxa plana keçməsinə səbəb oldu?
- Əslində, mərhələli və paket məsələsi çox müzakirə olunur. Amma heç bir saziş paket şəklində həyata keçirilmir. Çünki məntiqi baxımdan, hansısa addımlar bir-birinin ardınca hjəyata keçirilməlidir. Məsələn, sülh sazişi imzalansa gərək əvvəlcə beynəlxalq sülhməramlı qüvvələr gəlməli, bazalar qurmalıdır. Sonra ağır silahlar toplanmalı və onlara nəzarət güclənməlidir. Ermənilərin hansısa mövqeləri tərk etməsi nəzərdə tutulurdu. Bu da xəritənin üzərində qurulmuş plan idi. Bu, ilk baxışdan bizə çox sadə görünən məsələdir.
Amma danışıqlarda ciddi şəkildə müzakirə olunurdu. Ərazilər işğaldan azad edilsə, həm məcburi köçkünlər öz evlərinə qayıtmalı, həm də təhlükəsizlik təmin olunmalıdır. Onların tabeçiliyi hansı formada olacaq, lokal yerdə meydana çıxan texniki problemlər necə həll olunacaq və sairə. Yalnız sülhməramlı əməliyyatın konsepsiyası 400 səhifəlik bir sənəddir.
Bu sənədin üzərində təxminən 50-55 ölkənin zabitləri Vyanada üç ildən artıq işləyib. Bizim hərbçilər ora gedib-gəlirdilər. Bəzi adamlara bunlara sadə görünsə də belə deyil. İstək olsa, bu konsepsiyanı həyata keçirmək olar. Amma indi məlum olur ki, ermənilərdə belə bir istək yoxdur. Deməli, danışıqlara çəkilən bu vaxt tərəflərə, o cümlədən Azərbaycana öz mövqelərini gücləndirmək üçün lazım imiş. Biz də vəziyyətdən istifadə edib vaxt udmalı idik. İndi də təbii ki, vəziyyət dəyişib.
- Bu günlərdə qondarma rejimin yeni rəhbəri Araik Arutunyan bəyan etdi ki, oyuncaq Dağlıq Qarabağ Respublikasının parlamenti Şuşaya köçürüləcək. Bu addım Şuşanın tamamilə ermənilərin nəzarətində qalmasını rəsmiləşdirə bilərmi?
- Ermənilər bu sayaq bəyanatları çoxdan mövcuddur. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan müəyyən əraziləri öz nəzarətinə qaytara bilib. Ermənilər danışıqlarda bilirsiniz necə danışırdılar? Onlar deyirdilər ki, siz “Artsax” deyilən respublikanın sərhədlərini pozmusunuz və ərazilərini işğal etmisiniz. Ona görə siz bu əraziləri azad eməlisiniz.
Yalnız bundan sonra biz danışıqlara qayıda bilərik. Yəni söhbət təkcə Şuşadan getmir. Dağlıq Qarabağın ətrafında olan və ermənilərin heç vaxt yaşamadığı rayonları öz torpaqları adlandırırdılar. Deyirdilər ki, biz orada dövlət qurmuşuq, siz isə bizim əraziləri azad etməlisiniz. Təsəvvür edirsiniz, necə absurd fikirlər söyləyirdilər?
- Bir sıra hallada ekspertlər, siyasətçilər tərəfindən mediada və sosial şəbəkələrdə yaranmış vəziyyətə görə Azərbaycan Xarici İşlər Nazirliyi tənqid olunur. Bildirlir ki, Azərbaycan xarici İşlər Nazirliyi sərt mövqe nümayiş etdirmədiyinə görə ermənilər belə arxayın addımlar atır…
-Kəskin bəyanatlar verməyin faydası yoxdur. Mətni dəyişib bu və ya digər şəkildə yazmağın nəticəsi olmur. Prezident də, müdafiə naziri də sərt bəyanatlar verir. Amma ermənilər buna məhəl qoymur. Doğrudur, Xarici İşlər Nazirlyinin bəyanatlarının keyfiyyəti aşağıdır. Peşəkar gözlə baxanda orada səhvlər yol verildiyini görmək olar. Amma indiki mərhələdə səhvlərin düzəldiyini görmək olar. Problem bəyanatla bağlı deyil. Sadəcə, Azərbaycan cəmiyyəti artıq anlayır ki, danışıqlar nəticə verməyəcək.
Xarici İşlər Naziriliyinin ən böyük səhvi ondan ibarətdir ki, real vəziyyəti xalqa çatdırmır. Kiminsə tərəfindən qurulmuş və danışıqların qapalı olması barədə oyuna riayət etmək lazım deyildi. Ermənilər bu məsələləri açırlar. Bizim də ictimaiyyt başa düşməlidir ki, danışıqlar orada nəticə vermir.
- Xarici işlər naziri Elmar Məmmədyarovun natiqlik qabiliyyətinin zəif olduğu iddia edilir və belə fikirlər var ki, o diplomatik fəallıq göstərə bilmir. Əks halda ermənilər belə cəsarətli ola bilməz.
- Məsələyə səmimi yanaşsaq, səhvlər çoxdur. Əsas günahkar təbii ki, ermənilərdədir. Amam bizdə çox çevik siyasət yürütməli idik. Yoxsa, yalandan görüşə gedib sonra da deyirlər ki, ümidlər var. Hansı ümidlər? Jurnalistləri yığmaq, ictimaiyyəti məlumatlandırmaq lazımdır ki, xalq həqiqəti bilsin.
Azad Əliyev
Bizimxeber.az
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06