“Doğmaların həyatdan köçür, sən isə hələ də yaşayırsan...”
Bu gün Xalq rəssamı, heykəltaraş, “Şərəf”, “İstiqlal”, 1-ci dərəcəli “Əmək” və “Heydər Əliyev” ordenlərinin sahibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov 95 illik yubileyini qeyd edir.
Bu münasibətlə “Qafqazinfo” sənətkarla söhbətləşib. Həmin müsahibəni təqdim edirik:
- Ömər Eldarov - 95. Gözəl səslənir, elə deyilmi?
- Doxsan beş... Deyirlər ki, qocalıq sevinc deyil. Vaxtanq Kikabidze oxuyur ki, mənim illərim mənim sərvətimdir. Yəqin aldığı pensiyanı nəzərdə tutur. Böyük xidmətlərinə görə böyük pensiya alır (gülür-red.). Mənim də pensiyam yaxşıdır. Bu mənada hər şey qaydasındadır.
Bilirsiniz, yenə də cavanlıq hamısından yaxşıdır, hətta uşaqlıq. Mən uşaqlığımı bayram kimi xatırlayıram. Uşağa hər şey maraqlıdır, onun üçün hər şey yenidir. Uşaq gördüyü hər şeyə sevinir. Uşaqlıq bütün insanların ən xoşbəxt dövrüdür. Təkcə insanların uşaqlığı deyil, bütün canlılarınkı həmişə şən və sevinclidir. Təbii ki, əgər o uşağa əzab verməsələr... 95 digər tərəfdən, az qala 100-dür.
- Uzunömürlülük sirriniz var?
- Sovet İttifaqı dövründə AMEA-nın nümayəndə heyəti uzunömürlülər diyarı Dağıstana (Ö. Eldarov Dərbənddə anadan olub-red.) gəlmişdi. Görürlər ki, yaşlı bir kişi evinin qarşısında oturub. Yaxınlaşıb soruşurlar ki, neçə yaşınız var? Deyir ki, 90. Soruşurlar ki, necə belə uzunömürlü olmusunuz? Evli olmusunuz? Cavab verir ki, bəli, bir dəfə. Soruşurlar ki, siqaret çəkir, spirtli içki içirsiniz? Deyir ki, yox, çəkmirəm, içmirəm. Onlar da hər şeyi yazır. Elə bu anda evin ikinci mərtəbəsindən kişi və qadının qışqır-bağırı eşidilir. Soruşurlar ki, bu nə səs-küydür? Deyir ki, mənim böyük qardaşımdır, yenə içib və yeni arvadını döyür. Bu əlbəttə ki, lətifədir (gülür-red.).
Sizə deməliyəm ki, mən həqiqətən çoxdan siqaret çəkmirəm. Əslində içki içmişəm, amma qədərində, yalnız inqilabla bağlı bayramlarda. Siqaret çəkməyi tez tərgitdim. Qərara gəldim ki, sağlamlığımı qorumalıyam.
- Uzunömürlülüyün pis tərəfi var?
- Bilirsiniz, bir tərəfdən çox yaşayırsan, yaxşıdır, digər tərəfdən isə nə qədər çox yaşayırsan, o qədər çox itki yaşayırsan. İnsanlar, yaxınlar, doğmalar dünyadan köçür... Sən isə dözürsən. Bu, uzunömürlülüyün əks üzüdür. Onlar həyatdan köçür, sən isə hələ də yaşayırsan.
- Doğulduğunuz Dərbənddə sonuncu dəfə nə vaxt olmusunuz?
- Xatırlamıram, çoxdan olmuşam. Heç bilmirəm, Dərbəndi tanıyaram, ya yox. Ora gedən yola baxdıqda çox şeyin dəyişdiyini görmək olar.
- Gününüz necə keçir?
- Emalatxanam evimdədir. Evimi özüm tikmişəm, dörtmərtəbəlidir. İndi emalatxanada bir az soyuqdur. Emalatxana şüşəlidir, tavanı çox hündürdür. Ona görə də isitmək çox çətindir. Bu səbəbdən bir az az işləyirəm. Amma normalda, demək olar, emalatxanada yaşayıram.
- Teatra gedirsiniz?
- Bir müddətdən sonra teatra getmədim, televizorla kifayətlənməyə başladım. Ona qədər həmişə teatra gedirdim, teatrı çox sevirdim. Və uzun illər keçdi, yenidən teatra getmək qərarına gəldim və çox kədərləndim. Teatrların çoxunda, hətta pərdəni qaldırmırlar. Məsələn, “Maskarad” çox bərbad tamaşa idi. Tamaşa deyilən şey yox idi. Səhnədə bir küncdə gəzirdilər, Arbenin nəsə deyirdi, rəqs edirdilər. Bu nədir axı?!
- Nəvə-nəticələriniz haqda danışmamısınız...
- İki qız nəvəm var. Oğlan nəvəm də var idi, amma... Çoxlu nəticəm var. Hamısı İngiltərədə yaşayır. Təəssüflər olsun ki, onları görmürəm. Bir qız nəvəm ABŞ-də yaşayır, orada ailə həyatı qurub.
- Ümummilli lider Heydər Əliyevin abidəsini həm sağlığında, həm də əbədiyyətə qovuşandan sonra hazırlamaq imkanınız olub. Onunla hansı xatirələriniz qalıb?
- Heydər Əliyev sağlığında heykəlinin hazırlanmasını sevmirdi. Bir dəfə, hətta qışqırdı. Tahir (mərhum Xalq rəssamı Tahir Salahov-red.) yaxşılıq etmək istəyirdi, heykəltaraş dəvət etmişdi. Heydər Əliyev çox hirsləndi. O, həyatda ikən heykəl hazırlanmasını düzgün hesab etmirdi. O halda bu ondan asılı deyildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı və ya Sosialist Əməyi Qəhrəmanı almış şəxslərin büstü qoyulurdu. Onlardan soruşan da yox idi. O, Vətənində büstünün qoyulması işinə töhfə verməli idi, əgər poza vermək lazım idisə, verməli idi. Heydər Əliyev əvvəlcə oturaraq poza verirdi. Sonra üzr istədim, dedim ki, Heydər Əliyev, zəhmət olmasa, ayağa qalxın. O ayağa qalxdı, bir az dayandı. Mən də onun büstünü hazırladım. Həmin fotolar qalıb. Tahir orada idi, çəkirdi.
Büst balaca, şəxsiyyət isə böyük... Düşünürdüm ki, büstü necə böyük göstərək? Ona görə dedim ki, qayanın sonunda qoyaq. Etirazlar var idi. Heydər Əliyevin köməkçisi Rafael Xanəli oğlu dedi ki, Heydər Əliyevə necə deyə bilərik ki, get ora... Ona görə təklif etdi ki, büstü Şəhidlər xiyabanında “Əbədi məşəl”in yanında qoyaq. Dedim ki, görək Heydər Əliyev nə deyəcək. Heydər Əliyev gəldi. Rafael Xanəli oğlu dedi ki, burada qoymaq istəyirik. Heydər Əliyev ona etiraz etdi, dedi ki, qayanın sonunda qoymaq lazımdır. Fikirlərimiz üst-üstə düşdü.
Bu işbirliyimizdən sonra münasibətlərimiz yaxınlaşdı, təbii ki, yalnız işlə bağlı. Onunla ova, balıq ovuna getməmişəm. İşlə bağlı görüşlərimiz olurdu. O, mənim yaxşı heykəltaraş olduğuma inandı. Həyat yoldaşı Zərifə Əliyeva vəfat edəndə çox narahat idi. O vaxt hələ Moskvada idi. Hətta danışa bilmirdi, boğulurdu. Görünür həyat yoldaşını çox sevirdi. Mən Zərifə Əliyevanın heykəlinin eskizlərini hazırlayır, ona göstərirdim. Variantlar fərqli idi, həyata keçirdiyimiz variantda qərarlaşdıq.
Görüşlərin birində söhbət düşdü ki, kimi şəhərin baş memarı təyin edək? Heydər Əliyev ovaxtkı mer Hacıbala Abutalıbovu çağırdı. O da soruşdu ki, kimi baş memar təyin edək? Heydər Əliyev bildirdi ki, qoy Ömər Eldarov söyləsin. Mən dedim ki, Akif Abdullayevi. Dedi ki, eşitdin də? Dedi hə. Heydər Əliyev gedəndən sonra Hacıbala Abutalıbov dedi ki, düşünərəm. Mən də söylədim ki, artıq gecdir.
- Doğma insanların itkisini də yaşamısınız... Onlardan biri həyat yoldaşınız Erna Eldarovadır. Bu yaxınlarda Xalq artisti Fəxrəddin Manafov müsahibəsində mərhum həyat yoldaşı haqda danışarkən ondan çox şey öyrəndiyini etiraf etdi. Bəs Ömər Eldarov nələri etiraf etmək istərdi?
- Həyat yoldaşımla ideal münasibətlərimiz olub. Deməkdən utanmıram. Adətən kişilər qadınlar barədə söhbət düşəndə özlərini qartal, qəhrəman kimi təqdim edirlər... Həyat yoldaşım sağ olduğu müddətdə ona heç vaxt xəyanət etməmişəm. O, mənə çox şey öyrətdi. İtkilər, nailiyyətlər zamanı necə davranmalı, sevinc və kədəri necə paylaşmağı öyrətdi.
- Mədəniyyət naziri və nazirlik haqda nə deyə bilərsiniz?
- Mədəniyyət nazirimiz UNESCO-dan gəlib. Hər şeyin qaydasında olduğunu gözləmək olardı... Tam məlumatlı deyiləm. Onun nədə günahkar olduğunu bilmirəm. Yəqin ki, nəsə olub, elə-belədən olmaz ki... Ona nazir olaraq iradım yoxdur. Görünür ki, yeni insandır. Bu işin tam fakturası ilə tanış deyil - kim kimdir, nə nədir. Aydın məsələdir, belə də olmalıdır.
- Bəs keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevi nazir kimi necə xatırlayırsınız?
- Əbülfəs Qarayevi uşaqlıqdan tanıyıram. Bağ evlərimiz yanaşı idi. Onu, böyük qardaşını çox yaxşı tanıyıram. Onunla çoxillik dostluq münasibətlərimiz yaranıb. Vəzifədən azad edildikdən sonra da çox səmimi şəkildə görüşdük, qucaqlaşdıq. Mən onunla böyük məmnuniyyətlə görüşürəm, onunla yaxşı münasibətlərimiz qalıb və olacaq.
- Bu yaxınlarda sizin hazırladığınız və açılışı olan Müslüm Maqomayevin heykəli bir qədər tənqid olundu...
- Müslüm Maqomayevin heykəlini məhz o yer üçün hazırlamaq lazım idi. Biz heykəli hazırlamaq üçün onun adi çıxış pozasından başqa heç nə tapa bilmədik: hər iki əli açıq, bir ayağı bir qədər bükülmüş vəziyyətdə. Bunu, yeri gəlmişkən, onun həyat yoldaşı dedi. İncəsənətdə hər zaman daha yaxşısını etmək olar, hədd yoxdur. Yəqin ki, daha yaxşı etmək olardı. Mən əlimdən gələni etdim.
- Mərhum heykəltaraş Tokay Məmmədovun “Koroğlu” heykəlini bəyənmədiyinizi açıqlamışdınız. Demişdiniz ki, başqasını hazırlayacaqsınız.
- Bu, geriyə yolu olmayan prosesdir. İki heykəl hazırlamaq olmaz axı. Əgər heykəl varsa, onu bir də kimdir oradan götürən?!
- Hazırda üzərində çalışdığınız işləriniz varmı?
- Bəli, var. Bunlar sifarişli işlər deyil. Sadəcə özüm üçün, öz yaradıcılığım üçün işləyirəm. Həm etüdlarım, həm qadın fiqurlarım, həm də simvolik fiqurlarım var.
- Gənclərə tövsiyəniz...
- Gənclərə demək istədiyim əsas şey – sağlam olsunlar. Alkoqol içməsinlər, sağlam həyat tərzi sürsünlər. Çünki sağlamlıq hər şeydir. Sağlam olmayan insan optimist ola bilməz. Yalnız sağlam insan həyata sevincli baxır, yaşamaq istəyir. Ona görə də, ilk növbədə, sağlamlığı qorumaq lazımdır. Bu, birincisi.
İkincisi, bütün cavanlara arzu edərdim, həyatlarını elə yaşasınlar ki, geridə qalan günləri xatırlamaq xoş olsun. Təəssüf ki, 100% mümkün deyil. Hamının həyatında elə hadisələr olur ki, baş verməməsini istərdi. Məndə belə şeylər olub. Əgər onları etməsəydim, daha yaxşı olardı, amma etmişəm. Günahım var. Kiminsə xətrinə dəymişəm, lakin bu, doğru deyil.
- Ömər müəllim, dəyərli vaxtınızı bizə ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirəm.
- Buyurun. Jurnalistlərlə ünsiyyət qurmağa həmişə çox şadam. Sizə uğurlar arzu edirəm.
Hüseyn Məmmədsalahov
Video-Fotolar: Pərvin Zeynal
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
3 may 2024 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15