Azərbaycanda qədim dillərdə danışan qeyri-adi qadın - Video
“9 il bundan əvvəl evdə oturmuşdum, televizordan güclü xışıltı gəldi. Elə bil ki, kimsə mənə "danış" dedi. Qəribə dillərdə danışmağa başladım. Ərəb, hind, türkmən dilində danışıram. Maraqlısı isə odur ki, qədim dillərdə danışıram. Bəzən özümün də anlamadığım 20-yə yaxın dildə söhbət edirəm”.
Bu sözləri Axşam.az-a açıqlamasında parapsixoloq-bioenergetik Sədaqət Nəsib deyib. O bildirib ki, qeyri-adi istedad ona Tanrı tərəfindən verilib:
“Seyid nəslindənəm. Əlimdə qeyri-adi enerji var. Bu vergi mənə veriləndə həyat yoldaşıma dedim. Bu qeyri-adi bacarığımı insanlara çatdırmağa icazə vermədi. Dedi ki, ayıbdır, utanıram. Falçı, görücü, cadugər deyiləm. Bəxt bağlamıram, qara magiya ilə məşğul olmuram. Sadəcə, qədim dillərdə danışıram. Parapsixoloq kimi fəaliyyət göstərirəm. İnsanlardakı pis, mənfi auranı təmizləyir, onları müsbət ab-havaya kökləyirəm. Qədim dillərdə dualar oxuyuram.
Pasientim olub ki, uşaq yeriyirdi, ancaq danışa bilmirdi. Onu bioenerji ilə müalicə etdim. İndi uşaqda o qədər irəliləmə var ki... Xərçəng, böyrək və ya digər xəstəlikləri sağaltmıram. Bunlar həkim işləridir. Gendə olan xəstəliyi bioenergetik sağalda bilməz. Biz sadəcə, insandakı ağırlığı əlimizdəki enerji ilə götürürük. Mən isə pasientlərim üçün xüsusi şamlar yandırır, surələr oxuyuram və əlimlə enerji verirəm. Yorğunluq, halsızlıq, depresiv əhval-ruhiyyəyə kömək edirəm. Ruhi pozuntusu olan və daim dərmandan asılı qalanlara parapsixoloq kimi yardım edə bilərəm”.
Sədaqət Nəsib son günlər artan intihar hallarından bəhs edib:
“İnsanlarda son ildə depresiyaya daha çox düşür. Bunlar hamısı yaşam tərzindən irəli gəlir. Sosial şəbəkədə hər şey paylaşılır. Kimlərinsə dəbdəbəli həyatına baxıb, onu arzulayırlar. Edə bilməyəndə isə depresiyaya düşürlər. Daha çox zəif ruhlu adamlar bu hala qalır, intihara cəhd edirlər. İnsan özündə istəklərini boğmalıdır. Pozitiv ab-havaya köklənsinlər. Adi şamı yandırıb, yanında oturub, arzularını onunla bölüşə bilərlər. Bu, adamı bir az rahatladır.
Bir pasientim var, özünə çox qapanır. Başlayır bütün günü özü ilə danışır, işləri yolunda getməyəndə özünü zəif hiss edir, günahlandırır. Onunla daim söhbət edir, çalışıram önəmli və uğurlu olduğuna inandırım. O, seanslara ara verən kimi yenə pessimist olur. İnsanlara məsləhət görürəm ki, parapsixoloqlara müraciət etməkdən çəkinməsinlər.
Mənim müalicələrim efir yağları, şam və surələrdən ibarətdir. "Qara xətt" deyilən bir aura var. İnsan özü hər şeyi proqramlaşdırır. İnsanın energetikasına toxunan bəd qüvvələr var. Bunları özünüzə yaxın buraxmamalısınız. Çalışıb, hər zaman müsbətə özünüzü kökləyin. Auranızı bəd qüvvələrdən təmizləmək üçün seanslara qatılmaqdan çəkinməyin”.
Parapsixoloq ailəsi ilə bağlı başına gələn hadisəni də əməkdaşımızla bölüşüb:
“Bəzən özümlə bağlı nələrisə hiss edirəm. Amma öncəgörücü qabiliyyətimdən istifadə etmirəm. Rusiyada qalırdıq. Bir gün elə bil kimsə dedi ki, ananı götür apar Azərbaycana, 10 gün ömrü qalıb. Yoldaşım mənə inanmadı. Öz avtomobilimi satıb, anamı Azərbaycana gətirdim. Tam 10 gün olanda anam rəhmətə getdi”.
S.Nəsib bildirib ki, dəfələrlə danışdığı dillərlə bağlı araşdırmalar aparıb:
“Azərbaycanda mənim kimi qədim dilləri danışmağı bacaran insan yoxdur. Hər dəfə danışdığım dillərdə araşdırma aparmışam, xaric saytlarda məlumatlar oxumuşam. Bununla bağlı heç bir informasiya yoxdur. Bəzi sözlərdən bilmişəm ki, Qədim Yunan dilində danışa bilirəm. Bir rus saytında yazılmışdı ki, bu "Allahın dilidir". Bu bacarıq hər adama verilmir”.
Parapsixoloq-bioenergetik Sədaqət Nəsiblə əlaqə: 070 612 30 00 (www.ekstrasens.az)
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
8 may 2024 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
8 may 2024 12:50
- İşdən çıxarılan məşhur cərrah danışdı
8 may 2024 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Putin and içdi - Video - Yenilənib
7 may 2024 16:18
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
7 may 2024 08:55
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
7 may 2024 01:30
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
7 may 2024 00:42
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25