Siqaret - travmanın nəticəsi və fiziki asılılığa aparan yol
İdman20 iyun 2019 14:12
Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, siqaret çəkmək kimi ziyanlı vərdiş orta hesabla ildə 7 milyon insanın ölümünə səbəb olur. Siqaret arteriyaların tutulmasına, ürək xəstəliklərinə, ürək döyüntüsünün dəfələrlə artmasına səbəb olur. Siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə də gətirib çıxarır. Siqaret çəkən insanlarda pnevmoniya, xroniki bronxit və emfizemaya tez-tez rast gəlinir. Müasir dünya praktikasında tütün çəkmək narkotik asılılıq yaradan xəstəlik kimi qiymətləndirilir. 2017-ci il üzrə statistik məlumata görə, Azərbaycan əhalisinin 33.1 faizi siqaret çəkir. 15-65 yaş həddində olan Azərbaycan kişisinin hər 3 nəfərdən biri siqaret aludəçisidir. Ölkədə siqaret çəkən qadın orta hesabla gündə 3, kişi isə 15,2 ədəd siqaret çəkir.
BAKU.WS siqaretin sağlamlığa vurduğun ziyanla bağlı mütəxəssislərin rəyini öyrənib.
Qulaq, burun, boğaz və baş-boyun cərrahı Elnur Əkbərov bildirir ki, siqaret çəkənlərin burnunun tutulması, siqaret tüstüsündə olan kül mikro hissəciklərinin burun selikli qişasının üzərinə oturaraq yerli qıcıqlandırması nəticəsində baş verir:
"Bu səbəbdən siqaret çəkənlərdə tez-tez burun tənəffüsünün pozulması müşahidə olunur. Tüstünün tərkibində qatran və nikotin olmaqla əsas iki zərərverici maddə var. Nikotin asılılıq yaradır və aktiv maddə olaraq orqanizmdə asetilxolin reseptorlarını bloklayır, orqanizmin asetilxolinə olan tələbatını azaldır, bununla onu əvəz etmiş olur. Belə olduğu halda, orqanizmə asetilxolin lazım olduğu üçün mütəmadi olaraq nikotini istəyir. Bu siqaretin fiziki asılılığıdır”.
LOR-un sözlərinə görə, siqaret çəkənlər adətən xroniki ağciyər xəstəliyindən əziyyət çəkirlər:
"Bildiyimiz kimi, tütünün tərkibindəki qatran orqanik maddənin yanması nəticəsində əmələ gələ bilir. Tütün çəkmə zamanı tənəffüs yollarında, xüsusilə alt tənəffüs yolları yəni ağciyərlərin alveollarında, traxeyada, bronxlarda divarlarına oturaraq mübadiləni pozur. Bəhs etdiyimiz orqanları içəridən örtən seliyin ifrazını azaldır və üzərini qartmaq şəklində örtür. Belə olduğu üçün ağciyərlərin tənəffüs həcmi azalır və gələcəkdə xroniki ağciyər xəstəliyi inkişaf etmiş ola bilir. Adətən də siqaret çəkənlər bundan çox əziyyət çəkirlər. Qatran kanserogen maddədir və toxumalarla təmas etdiyi üçün üst və alt tənəffüs yollarında bəd xassəli törəmələrin inkişafına zəmin yaradır. Bu patologiyanın verə biləcəyi fiziki zərərlərdir.
Tütünün yanması prosesi müddətində əmələ gələn həmən bu qatranı ətrafındakılara da uddurur. Belə olduğu halda tütün çəkən özündən nisbətən az ehtimalla olsa belə ətrafındakılarin da kanserogen maddələrlə təması çoxalır və bəd xassəli törəmələrin əmələ gəlmə şansı yüksəlir.
Tütün çəkmə nəticəsində həm alt, həm üst tənəffüs yolları zərərçəkmiş olur. Bu şəxslərdə xroniki rinit, xroniki faringit, xroniki laringit kimi xəstəliklər müşahidə edilir.
Xüsusilə uşaqların ətrafında tütün çəkmə bu vərdişin uşaqlarda yaranması ilə bərabər adi hal almasına səbəb olur və normal qəbul edilir. Ayrıca olaraq nikotinin, qatranın təsiri nəticəsində əqli gerilik, fiziki inkişafın və qan dövranının pozulması müşahidə olunur”. Siqaret fiziki sağlamlıqla yanaşı, psixolojı təsirlərə də malikdir. Siqaret çəkənlər daha əsəbi olurlar. Nəticədə insan psixolojı tarazlığını itirir, hər xırda hala görə özündən çıxa bilir.
Psixoloq Vəfa Rəşidovanın fikrincə, siqaretə meylli insanların əksəriyyəti təklikdən əziyyət çəkir: "Xəyanətə uğramış qadınlar, maddi problem yaşayan kişilər, uşaqlıqda travma alan, sevgi münasibətlərində problemi olan, uşaqları ilə konflikt yaşayan insanlar siqaretə daha çox meylli olurlar. Bunun əsas səbəbi həmin şəxslərin problemlərini bölüşməyə yoldaşları olmamasıdır.
Bəlkə də əsas problem bu insanların bölüşməyi sevməməsidir. Buna görə də siqareti çəkərkən özlərində bir sakitlik tapırlar. Amma bu iki dəqiqəlikdir. Bundan sonra həmin vəziyyət təkrarlanır. Nəticə etibarı ilə yenidən siqaretə aludə olurlar.
İnsan adətən gərgin, narahat, əsəbi, qorxu anında siqaretə əl atır. Adi və ya gözəl günlərdə isə bir çox hallarda siqaret yada düşmür. Siqaret çəkən yeniyetmələrin, qadın və kişilərin diqqət etmədiyi məqam budur. Bu, məhz psixoloji problemdir.
Psixoloqa müraciət edən əksər pasiyent anlayır ki, siqaret sakitləşdirici deyil, sadəcə stressdən yaranan davranışdır. Problemlər bölüşülən andan isə siqaretdən əl çəkməyə başlayırlar. Siqaretin bir oyuncaq olduğunu və bununla özlərini aldatdıqlarını dərk edirlər”.
Psixoloq siqaret çəkməyin insanların özünü cəzalandırmasının bir növü olduğunu vurğulayıb: "Ümumiyyətlə, həyatında suallarının cavabını tapmayan insanlar siqaretə meylli olurlar. Bunun hamısı psixoloji sarsıntıların, travmaların nəticəsidir. Siqaret çəkmək insanın özünü cəzalandırmasıdır. Bundan sonra vərdiş yaranır. Vərdişdən uzaqlaşmaq isə kifayət qədər çətin prosesdir.
Xanımlarda daha çox ailədə problemlər yaşandığı zaman siqaretə meyllilik yaranır. Onlar özlərini aciz görəndə siqaret çəkirlər.
Bu, ailədə seksual həyatın zəifləməsinə gətirib çıxarır. Xanımlar həyat yoldaşları ilə rahat münasibət yaşaya bilmirlər. Özünə güvən azalır, gizlənməyə çalışırlar.
Kişilərin situasiyasında isə əksər halda xanımlarda kişilərə istəyi azaldır. Bu, hətta ailənin dağılması ilə belə nəticələnir. Sağlamlığını, özünü sevən insan siqaretə əl atmır”.
Oxşar xəbərlər
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Samir Adıgözəllini vəhşicəsinə döydülər
22 mart 2024 17:10
- 102 xidmətinin operatorunu təhqir edən şəxs həbs edildi
22 mart 2024 16:26
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya