Tanınmış jurnalist uşaq qətlləriylə bağlı: “Böyük cinayətin üstünə çıxmışdıq, amma…”
Müsahibə16 yanvar 2020 23:04
"Nərminin anasının məlum müraciəti mənə bir neçə il əvvələ apardı. Yadınızdadırmı, Dəvəçidən olan iki bacının - Nailə və Reyhanənin müammalı şəkildə itməyi...”
Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış reportyor Səbuhi Məmmədli sosial şəbəkədəki statusunda qeyd edib. O, çox vaxt jurnalistlərin araşdırdığı işlərdə cinayətin üstünü açmaq üzrə olduqları bir vaxtda valideynlərin jurnalistlərə qarşı çıxmasından, şübhəliləri müdafiəyə qalxmalarından söz açıb.
Jurnalist keçmiş zamanların məşhur bir cinayət hadisəsini xatırlatmaqla fikirlərinə davam edib:
"Həmin vaxt "Yeni Müsavat”da işləyirdim. Onların yaşadığı Dağ Bilici kəndinə, hadisə baş verən əraziyə azı 6-7 dəfə getmişdim. Onlardan başqa yoxa çıxmış Diləfruz adlı bir qızın da izinə düşmüşdüm.
Skandal dolu araşdırmalar idi. Bütün izlər o vaxtkı rəis müavini Məmmədmusa adlı birinin üstünə aparıb çıxarırdı. Sonradan bu hadisəylə bağlı həbs edilən İsmayılov qardaşları da uşqaları oğurlayıb Məmmədmusaya vermələri barədə məhkəmədə ifadə vermişdilər.
Məmmədmusa məni xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Vəkilim Elçin Sadıqovla bərabər – sabiq iş yoldaşım Elşad Məmmədli xatırlayar – onun arqumentlərini darmadağın etmişdik. Məhkəmə onun iddiasını rədd etmişdi.
Təvazökarlıqdan uzaq da olsa, böyük bir cinayətin üstünə çıxmışdıq. Amma…
Amma bu zaman nə baş verdi?
Qızların Zamir adlı ataları nə oldusa - əslində bilirəm nə oldu – "Reytinq” qəzetində mənim əleyhimə müsahibə verib, Məmmədmusanın müdafiəsinə qalxdı. Məni şərdə, böhtanda suçladı. Az qala baş verənlərdə məni günahkar çıxardı.
Düzü, araşdırmanı davam etdirəcəkdim. Amma sındım… Çox pis sındım. Həmin vaxt Nailənin meyitinin Samur kanalından tapıldığı iddia edildi. Reyhanədən isə indiydək xəbər yoxdur.
Mən bir də bu araşdırmaya bir yazıdan sonra yenə davam etmək istəyirdim. Elə öz qəzetimizdə - "Yeni Müsavat”da çıxmışdı bu yazı: "Qara-qara qarışqalar, Reyhanəyə neylədiniz”. Famil Cəfərli yazmışdı səhv etmirəmsə. Mənim kimi soyuqqanlı birisi, Rey Kərimoğlunun redaksiyadakı otağına keçib zar-zar ağlamışdım. Amma bacarrmadım. O müdhiş cinayətin sonuna çıxa bilmədim.
Mən Zamirlə Nərminin anasının hərəkətlərini eyniləşdirmək istəməzdim. Amma lənətə gəlsin Aristotelin əsasını qoyduğu məntiq elmini. Hə, bir də qatillərə allah lənət eləsin…
Qızlar isə necə də bir-birinə oxşayırlar...”
Səbuhi Məmmədli Qaynarinfo-ya açıqlamasında bunun səbəbini Azərbaycanda araşdırmaçı-jurnalistika, repartyorun olmamasında görür: "Demək olar ki, yoxdur. Ölkədə araşdırmaçı-jurnalist qıtlığı var və bu birmənalıdır. İkincisi, niyə belə məsələlərdə jurnalistlər müdafiəsiz qalır. Çünki jurnaıistlər müdafiəsizdir. Jurnalistlərin müəyyən bir hadisənin araşdırması üçün maddi imkanları yoxdur, texniki vəsaitləri zəngin deyil. Müəyyən mənbələr axtarmaq üçün onlara bələdçilər lazımdı. Bu da puldu, hamısı maddi vəsaitə bağlıdır. Onların heç biri yoxdur. Azəbbaycanda jurnalist cüzi qonorar və yaxud da maaşla işləyir. Jurnalist təşkilatları yoxdur ki, bizlərin arxasında dursun”.
Səbuhi Məmmədli təəssüf hissi ilə hazırda jurnalistlərin yetişmədiyini vurğulayıb:
"Bunu xüsusu vurğulamaq lazımdı. İstər Bakı Dövlət Universiteti, istər Bakı Slavyan Universiteti, istərsə də Azərbaycan Dillər Universitetinin hər birində junalistika fakültəsi var. Son illərdə cəmiyyətdə imzası ilə tanınan bir jurnalistin adını deyin. Yoxdur. Çünki Azərbaycan jurnalistikası 1990-cı illərin üstündədir. Biz də qocalıb gedirik. Hamı şou arxasnca düşüb, hamı kabinet jurnalistikası ilə məşğuldur”.
Oxşar xəbərlər
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
Xəbər lenti
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya