Marketlərdə satılan konfet və şokoladların üzərində istehsal və son istifadə tarixinin olmamasının səbəbi nədir?
Konfetlərin üzərində son istifadə vaxtı niyə göstərilmir? - ARAŞDIRMA
Böyük marketlər şəbəkəsində şokoladların istehsal tarixinin görünməməsi ilə bağlı vətəndaş narazılıqları ilə qarşılaşırıq.
Bunu deputat Kamilə Məmmədova Milli Məclisdə "Qida Təhlükəsizliyi ilə bağlı qanunun müzakirəsi zamanı deyib.
"Marketlərdəbir kiloqramı 6 manatdan 80 manata kimi satılan konfet növləri var ki, onların istehsal və son istifadə tarixi üzərində yoxdur, bəzən isə onların içərisindən qurdlar çıxır", - Məmmədova deyib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, ərzaq məhsullarının mühüm göstəricilərindən biri onun istehsal, son istifadə tarixi və saxlanma şəraitidir.
"Bəzi ərzaq dükanlarında bir çox malların, o cümlədən konfetlərin qutuya töküldüyünü, buraxılma və son yararlanma tarixinin olmadığını görürük. Əlbəttə hər bir konfetin etiketinin üstünə bunu yazmaq mümkün deyil. Bu cür malların buraxılma və son yararlanma müddəti qutusunda olur. Lakin istehlakçı bunu görmədən alır və belə qutuları axtaranda bəzən içindən qurtların çıxmasını müşahidə edirik. Bununla bağlı Azad İsteklaçılar Birliyinə müxtəlif müraciətlər daxil olur. Demək olar ki, həftədə 1-2 dəfə telefon zəngi və müxtəlif yazılı müraciətlər olur. İstehlakçılar narazılıqlarını bildirirlər. Nazilər Kabinetinin 94 saylı qərarına görə, ölkə bazarlarında satılan bütün mallar, o cümlədən konfetlərin etiketində buraxılma tarixi, son yararlanma müddəti və digər istehlakçı rekvizitləri göstərilməlidir. Lakin biz görürük ki, marketlərdə belə deyil. Əksər hallarda peçeniyelər, vaflilər və s. yenidən salofana bükülür, üzərinə qiymət qoyurlar, bununla da iş qurtarır. Bu ciddi məsələlərdən biridir. Bu cür şokoladlar da var. Bəzən şokolodların içərisindən qurd çıxır. Bəzən yararlılıq müddəti olan malların saxlanma şəraiti pis olduğundan xarab olduğu barədə şikayətlər olur. Məsələn, yoqurtlar göyərib. Bu onun saxlanma şəraitinin düz olmadığını göstərir”, -Hüseynov qeyd edib.
Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi apardığı siyasət əsasında hələ də hədəflərinə nail ola bilməyib.
"Qida Təhlükəsizliyi Agentliyi siyasət aparır ki, mallar istehsal müəssisəsindən istehlakçının masasına qədər bütün zəncir -daşıyan, saxlayan, əkən, biçən kim varsa, izlənsin və agentlikdə reyesterdə olsun. Lakin agentlik hələ ki, bu hədəflərə nail ola bilməyib. Marketlərdə bu cür malların satılması, əlbəttə ki, istehlakçıların sağlamlığına mənfi təsir göstərir”, - o deyib.
Sədr bildirir ki, bəzi istehsalçılar məhsulların son istifadəsini ömürlük etmək istəyirlər.
"Onlar istəyirlər ki, nəticədə mal satılsın. Bunun üçün istehsalçılar bütün dünyada standartlara təsir edirlər. İstehlakçıların hüquqlarını qoruyan təşkilatlar da bu tendensiya ilə barışmır. Daim bununla mübarizə aparılır. Azərbaycanda da bu məsələ tənzimlənməlidir ki, insan sağlamlığı zərər görməsin. Azərbaycan orta ömür uzunluğuna görə, 190 ölkə arasında 115-ci yerdədir. Bu bizi narahat etməyə bilməz, bunun səbəbi də qidalardır. Biz monitorinq aparsaq, görərik ki, spirtli içkilərin 90%-nin üzərində istehsal və son yararlanma tarixi yoxdur. Bu doğru deyil. Hər bir mal satışa çıxarılanda mütləq yararlılıq müddəti olur. Uzun müddət saxlanılan içkilər isə xüsusi şəraitdə saxlanan içkilərdir. Onlar xüsusi qablarda, xüsusi temperaturda və səs rejimində saxlanır. Düzdü Azərbaycanda spirtli içkilərin etiketində istehsal və son istifadə tarixini yazan firmalar mövcuddur. İstehlakçılar yalnız belə içkilərə üstünlük verməlidir. Araqların satış şəbəkələrində saxlanma müddəti 1 ildən, şərabların 6 aydan, konyaklar 3 ildən artıq deyil. Bu kimi amillərə gərək istehlakçılar da üstünlük versinlər”, - Hüseynov əlavə edib.
Milli Məclis Aqrar siyasət komitəsinin üzvü, deputatı Aydın Hüseynov hesab edir ki, Qida Təhlükəsizlik Agentliyinin böyük market şəbəkələrinin hamısını nəzarətə götürməsi qeyri-mümkündür.
"Ərzaq məhsullarının müddəti ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi daima monitorinqlər keçirir. Biz özümüz də şahidi olmuşuq ki, onlar bununla bağlı ciddi tədbirlər görür. Ancaq qanunu pozanlar var. Çox sayda böyük şəbəkələr – supermarketlər, marketlər və s. var. Bunların sayı minlərlədir. Qida Təhlükəsizlik Agentliyinin bütün bu şəbəkələri bütövlükdə nəzarətə götürməsi isə qeyri-mümkündür. Ona görə də, düzgün variant odur ki, vətəndaşlar məhsulların üzərində istehsal tarixini görmədiyi hallarda Qida Təhlükəsizlik Agentliyinə mütləq xəbər versinlər. Onlar xəbərdar olan zaman fakt varsa, qanunun tələb etdiyi tədbirləri görür. Bu məsələlərdə - möhtəkirlik, suistifadələr, gəlir götürmək istəyən əqidədə olan insanlara qarşı mübarizədə dövlət orqanları ilə yanaşı vətəndaşlar da xidmət göstərməlidir. Nə edək ki, belə insanlar var. Vətəndaşın özünün də konkret mövqeyi olmalıdır”, - deputat söyləyib.
Ekspert vətəndaşları konfet alarkən ayıq olmağa çağırıb.
"Qanunu pozaraq məhsulların satışı ilə məşğul olan şəxs birinci növbədə məsuliyyət daşıyır. Bunu alan isə vətəndaşdır. Vətəndaşın özü məhsul alarkən məhsulun saxlama müddəti keçibsə, almamalıdır. Əgər məhsulun üstündə tarixi yoxdursa, vətəndaş onu niyə almalıdır? Burada aldatma prosesi gedir. Ona görə, ilk növbədə vətəndaş özü ayıq-sayıq olmalıdır”, - o deyib.
Qida mütəxəssisi Vahid Həsənov bildirir ki, çəki ilə satılan məhsulların istehsal tarixləri qutuların üzərində yazılır.
"Ədədlə satılan məhsulların üzərində tarixlər olur. Çəki ilə olan şokaladların istehsal tarixləri qutuların üzərində olur. Onu götürüb marketdə qablara boşaldırlar, piştaxtaya tökürlər onların hər birinin üstündə isə tarixlər olmur. Bu satıcıların vicdanına qalıb. Onlar da bəzən bu tarixi məhsulun üstünə yazmırlar. Bu əvvəldən belədir. Açıb tökürlər ora vəssəlam. Vətəndaş məhsulun istehsal tarixi olmayanda uyğunluq sertifikatı ala bilər. Burada məhsulun istehsal tarixi qeyd edilir”, - o qeyd edib.
Məsələ ilə bağlı böyük market şəbəkələrindən məlumat almağa çalışsaq da, sorğumuzu cavablandırmayıblar.
Oxşar xəbərlər
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 2024 10:50
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 2024 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 2024 23:22
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 2024 21:40
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 2024 18:04
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 2024 13:22
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 2024 13:28
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 2024 11:42
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 2024 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
Xəbər lenti
- Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
21 may 12:19
- Tut yuyulmalıdırmı?
21 may 11:55
- Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 may 23:20
- Türkiyədə matəm elan edildi
20 may 23:08
- Qarabağ Universitetinə rektor təyin olundu
20 may 20:33
- İran Prezidenti və heyəti həlak olub - Mehr Agentliyi
20 may 12:06
- Bu xəbər bizi ciddi şəkildə narahat etdi - İlham Əliyev
20 may 11:57
- Fotoda Tağı Əhmədov...
19 may 16:14
- İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar
19 may 12:33
- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
18 may 16:46
- Prezidentlə xanımı AĞALI hotelinin açılışında iştirak edib
18 may 16:32
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 13:52
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 10:00
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 22:09
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 19:55
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 18:09
- Ərdoğan bu generalları əfv etdi
17 may 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
Video & Fotoqalereya
Video
Fotoqalereya