Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
Mustafa Vəliyev: “Ondan yaxşı qardaş yox idi”
Fevralın 22-si çağdaş elm və jurnalistika tarixində öz imzası, izi, yeri olan BDU-nun jurnalistika fakültəsinin keçmiş dekanı, professor, mərhum Şamil Vəliyevin doğum günüdür.
“İndi o boşluğu doldura bilmirəm, gözüm hər yerdə onu axtarır”
Yaşasaydı, 64 yaşını qeyd edəcəkdi. Yanvarın 18-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Şamil Vəliyevi qardaşı Mustafa Vəliyevlə xatırlayırıq...
- Şamil müəllim alim idi, jurnalist idi, ictimai xadim idi, ziyalı idi, bunlar öz yerində. Bəs qardaş kimi necə qardaş idi? O sizin üçün kim idi?
- Ondan yaxşı qardaş yox idi. Bizim üçün böyük qardaş olmaqla bərabər, həm də bütün nəslin ağsaqqalı idi. Ailəmizdə böyük oğul olduğu üçün həmişə ona böyük kimi baxmışıq.
- Şamil müəllim elm aləmində çox tez parladı. Bu ona nələr hesabına başa gəldi? Bunlara necə nail oldu?
- O, cavanlıqdan özünü elmə həsr edib. 29 yaşında filologiya elmləri namizədi olub, 42 yaşında da doktorluq işini müdfiə edib. O, müsahibələrindən birində özü haqda daha dəqiq danışıb. Məqsədinə nail olmaq üçün əziyyətlərdən keçdiyini dilə gətirib: “ Əziyyət çəkməkdən çəkinməmişəm. İnsana cəfa verən məşğuliyyəti xoşlayırdım. Şahmat oynamağı sevirdim. Yüngül əyləncəli oyunları sevmirdim. Düşündürən, vaxt aparan işlərə meylli idim. Uşaqlıqdan birinci olmağı, seçilməyi qarşıma məqsəd qoymuşam. Orta məktəb illərində yaxşı oxuyurdum. 7-8-ci sinifdən komsomol təşkilat katibi olmuşam. Hansısa işi görürdümsə, fərqlənməyə çalışmışam. Hətta doktorluq dissertasiyası yazanda belə heç kimin işləmədiyi mövzunu götürmüşdüm. Sovet dövründə qadağan olunan mövzuda doktorluq yazmışam. Mənim işimi nəinki yaşıdlarım, məndən böyüklər də təqdir etdi. Yavaş-yavaş atamın uşaqlıqda mənə öyrətdiklərinə əməl edərkən uğur qazandığımı görürdüm və bu, mənə özündənrazı olmaq hissi bağışlayırdı. Hətta yoldaşlarım, dostlarım dəfələrlə mənə deyirdilər ki, özündən çox razısan. Həmişə birinci olmaq istədiyimə görə elə təsir bağışlayırdım”. Hesab edirəm ki, bu cümlələr onun məqsədinə yetişmək üçün keçdiyi yolu aydın şəkildə təsvir edir.
- Şamil müəllim elmi yaradıcılığa, tədqiqata o qədər aludə olmuşdu ki, bəlkə də özünü unutmuşdu. Siz necə düşünürsünüz?
- Bəli, elmə dəhşət aludə idi. Fikrimcə, özünü də, gözünü də elmə qurban etdi.
- Yəqin, oxucularımızın əksəriyyətinin xəbəri olmaz ki, Şamil müəllim uzun illər yataq xəstəsi oldu və onun cəfasını siz, sizin həyat yoldaşınız çəkdi. Bir qardaş kimi böyük alimin qayğısını çəkdiniz. Siz onun ən ağır günlərində yanında oldunuz...Bu borc idi, yoxsa bir qardaş məhəbbəti?
- Mən bunu həmişə bir mənəvi borc kimi qəbul edirəm. Uşaqlıqdan bir-birimizə çox bağlı olmuşuq, onun qolları üstündə yatırdım. Böyük qardaş kimi həmişə onu özümə örnək bilmişəm. Mən uşaq olanda o mənim qulluğumda durmuşdu, hər işimə kömək edirdi. Ailədə beş uşaq idik - iki bacı, üç qardaş. O məndən dörd yaş böyükdü. Böyük qardaş kimi həmişə yanımda olub, başımı sığallayıb, qayğıma qalıb, qulluğumda durub, məni qəbul imtahanına gətirib. Qardaş olmağımızdan əlavə həm də dost idik, o bütün sirrini, sözünü mənə deyərdi. Ümumiyyətlə, elə adam idi ki, hər kəsin sözünü qəbul etməzdi, özündən kiçik olmağıma baxmayaraq ondan nə isə xahiş etsəm sözümü yerə salmırdı, qəbul edirdi.
- Dediniz ki, sizə çox dəstək olurdu, söhbət maddi, yoxsa mənəvi dəstəkdən gedir?
- Maddi cəhətdən onun elə də güclü imkanı yox idi, söhbət mənəvi dəstəkdən gedir. Yaxşı söhbətləri, yaxşı məsləhətləri, tövsiyələri vardı. Çox uzaqgörən adam idi. Onun məsləhətlərindən faydalanmaq mümkün idi.
- O xaraktercə qapalı adam idi. Hər halda kənardan belə görsənirdi. Əslində necə idi?
- O uşaqlıqdan xaraktercə qapalı idi. Çox adamı özünə yaxın buraxmazdı, nə də özü çoxları ilə yaxınlıq etməzdi. Həmişə məsafə saxlamağı bacarırdı. Onun içində təkəbbür yox, qürur vardı. O uşaqlıqdan qürurlu idi.
- Əslində, bəlkə də tənha adam idi...
- Bəli.
- Sizin iki övladınız Şamil müəllimin yolunu davam etdirir, qızlarınız jurnalistdirlər. Onların jurnalistika peşəsini seçməsinə onun münasibəti necə oldu?
- Eşidəndə çox sevindi, sevindi ki, bu sahədə davamçıları gəlir. Amma bir balaca da tərəddüd etdi ki, bunlar özlərini doğrulda biləcəklərmi? Amma çox sevinirdi...
- 8 il ona baxmısınız. Hara getsəydiniz mütləq evə tələsirdiniz. Sizin evdə onun yeri, nəfəsi vardı. Bu gün onu evdə axtarırsızmı?
- (Kövrəlir) Hər gün işdən evə gələndə birinci onun otağına keçirdim, hal-əhval tuturdum, ondan sonra əynimi dəyişib, əl-üzümü yuyurdum, birgə çörək yeyirdik. İndi o boşluğu doldura bilmirəm, gözüm hər yerdə onu axtarır. Hər axşam evə qaçırdım ki, məni gözləyir. Çünki mən gəlməmiş o nə çörək yeyirdi, nə də dinclik tapırdı... Bu hissləri ifadə etmək çətindir.
- Şamil müəllimin dostları da vardı. Sağlığında onu axtarırdılarmı?
- Allah onun əsl dostlarına can sağlığı versin. Amma “dost” dediyi, yaxşılıq etdiyi müəyyən adamlar vardı ki, axır vaxtlar onu unutdular. Vaxt vardı onun telefonu susmurdu, zəng zəngin üstündən gəlirdi, hərə bir iş üçün ağız açırdı, o da bacardığı qədər kömək edirdi, edə bilməyəndə də açıq şəkildə “bu mümkün deyil” deyirdi. İndi onun telefon nömrəsini mən işlədirəm...Yeri gəlmişkən, bir neçə gün əvvəl nömrəsinə zəng gəlmişdi, əsgərlik dostu zəng etmişdi, telefonu götürdüm, salamlaşdıq, soruşdu ki, danışan Şamil deyil yəqin, mənə Şamil lazımdır. Dedim indən belə çətin Şamil müəllimi eşidərsiniz. Ona rəhmətə getdiyini dedim, telefonun o başında dondu, sağollaşıb telefonu qapatdı. Amma elm aləmində dost dediyi adamlardan professor Asif Rüstəmlidən başqa onun haqqında yazı yazan olmadı. Allah onun canını sağ eləsin. Onlar Asif müəllimlə Akademiyada bir yerdə işləmişdilər, dostluqları vardı. Xəstə vaxtlarında da Asif müəllim onunla əlaqə saxlayırdı. İş yoldaşları da əvvəllər zəng edirdi, amma axır vaxtlarda zəngləri kəsildi.
- Doğulduğu Körpülü kəndinin adını da özünə təxəllüs götürmüşdü. Uzun illər Azərbaycan televiziyasında və radiosunda Şamil Körpülü imzası ilə proqramlar aparırdı. Kəndinizin adını yaşadırdı...
- Bəli, Şamil də Körpülü təxəllüsünü götürmüşdü. Ümumiyyətlə, bizim kənddən çıxanların əksəriyyəti Körpülü təxəllüsü götürmüşdü. “Füyuzat ədəbi məktəbi” kitabını da Körpülü (Şamil Körpülü-Vəliyev) imzası ilə çap etdirmişdi. Şamilin bir-iki bayatısı da vardı. Bayatılarını sinə daşına da yazdırmışam.
Körpülü bir ocaqdı,
Gülü qucaq-qucaqdı.
Hər yadıma düşəndə
Qəlbim sızlayacaqdı.
Bir yanı Babakərdi,
Eşq verib, can çəkərdi.
Fələyin üzü dönsün
Dərd əkib, qəm becərdi...
- Demək Şamil müəllim şeir də yazırdı...
- Bəli, onun bədii yaradıcılığı da vardı. Bir neçə şeirinə mahnılar da bəstələnib. Şeirilərini Şamil Körpülü imzası ilə yazırdı. Sağlıq olsun, ömrüm çatsa onun çap olunmamış şeirlərini, əsərlərini yığıb çap etdirəcəyəm. Deyim ki, onun seçilmiş əsərlərini də nəşr etdirəcəyəm. Sağlığında seçilmiş əsərlərinin iki cildi çap olunmuşdu. Bir dənə də məqalələr toplusu çap olunub. “Azərbaycanşünas alim Nizaməddin Şəmsizadə” kitabı da çap olunub.
- Çap olunmamız əlyazmaları çoxdur?
- Bəli. İnanın ki, hələ də özümə gələ bilməmişəm, sanki yuxudayam, ayılmamışam. Onun əlyazmalarını bir yerə yığacağam. Sağlığında özünün arzusu idi ki, seçilmiş əsərləri çap olunsun. Hardasa 6 cildə sığışacaq materialları var, ömür vəfa etsə hamısını çap etdirəcəyəm.
- Heç kəndə getmək istəyirdimi?
- Körpülüdən ötrü burnunun ucu göynəyirdi. Deyirdi ki, kaş kəndimiz qayıdaydı, gedəydik. O, kəndi, torpağı, vətəni sevən adam idi. Qayıtmaq, geri getmək arzusunda idi...
İradə SARIYEVA
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 2024 14:50
- Planetar düşüncəli lider…
31 oktyabr 2024 13:29
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 2024 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Qəfil dedilər ki, məktəbdə qumbara partlayıb, şagirdlər və müəllim ölüb - Misir Mərdanov
30 oktyabr 2024 00:04
- 100 mindən çox insanın öldüyü adanın sirri (FOTO)
28 oktyabr 2024 23:42
- Tağı Əhmədovun ölümündən əvvəl bu sözləri deyib AĞLAYIB - VİDEO
28 oktyabr 2024 23:22
- Minimum əməkhaqqı və pensiya bu qədər ARTIRILACAQ - AÇIQLAMA
27 oktyabr 2024 20:34
- Deputat Əli Məsimli Qax rayonunun İlisu kəndində seçicilərlə görüş və qəbul keçirdi
27 oktyabr 2024 18:39
- Gürcü arzusu 54,24% səslə seçkilərdə liderdir
27 oktyabr 2024 09:16
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 09:58
- Xurmanın orqanizmimizə faydaları
30 oktyabr 09:34
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 09:14