Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?”
Dünya22 avqust 2019 18:40
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhid anaları və şəhid xanımlarının qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin ailəsinə ziyarətini təşkil edib. Bu ziyarətdə şəhid ailələrini Modern.az-ın əməkdaşı da müşayiət edib.
Rəşad Atakişiyevin ailəsini şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova (İctimai birliyin sədri), şəhid pilot, mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Aprel şəhidləri Mahir Quliyevin anası Lalə Quliyeva və Müşviq Orucovun anası Aygün Orucova ziyarət edib.
Ziyarətçiləri mərhum pilotun anası Tatyana xanım və bibisi qarşıladı. Ananın qəlbindəki yanğı gözlərindən oxunurdu. Milliyətcə rus olan Tatyana Atakişiyeva bütün Azərbaycan əsgərlərinə dua edib, Allahdan onları qorumasını istədi.
Rəşadın yaşadığı mənzilə daxil oluruq... Həyat yoldaşı Könül xanımı ovuda bilmirlər... O, ziyarətçiləri göz yaşları içində qarşıladı.
Aprel şəhidi Urfan Vəlizadənin həyat yoldaşı özünü təqdim edəndən sonra iki pilot xanımı eyni dərdlə bir-birlərinə sarıldılar... Bu məqamda onları bir-birlərindən başqa heç kəs yaxşı başa düşə bilməzdi...
"Sən necə dözmüsən, necə ayaqda qalmısan?!” - deyən Könül Atakişiyeva sual dolu baxışlarla Könül Vəlizadəyə müraciət etdi...
Sonrada övladları qarşısında düşdüyü vəziyyəti anlatmağa çalışdı... Könül Atakişiyeva övladlarına atalarının Suriyaya getdiyini və bir gün geri dönəcəyini deyib. Pilotun 7 yaşlı oğlunun gözləri iyulun 24-dən yol çəkir, "ana, atama zəng elə, onun üçün darıxmışam, səsini eşitmək istəyirəm” deyir. İndi ana oğluna atasının getdiyi yoldan bir daha geri dönməyəcəyini necə deyəcəyini bilmir.
Könül xanım Urfan Vəlizadənin həyat yoldaşına dayanmadan eyni sualı verirdi: "Mən necə deyəcəm oğluma, necə başa salacam? Sən necə dedin?”
Əslində bəlkə də Rəşad Atakişiyevin oğlu olanları dərk edib. Məlum oldu ki. uşağı bir neçə gündür ev gətirmirlər ki, yas yerinə gələn insanları görüb atasının həlak olmasından duyuq düşməsin.
Şəhid pilotun xanımı:
"Təyyarə qəzaya uğrayandan sonra, Rəşadın nəşi tapılmazdan öncə bizə gəlib başsağlığı verirdilər, amma biz qəbul etmirdik. Biz onun dönəcəyinə ümid edirdik. Axı Rəşad hər gün xidməti yerinə gedir və sonda evinə dönürdü. Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız gerçəkləşmədi”.
Rəşadın qaynanası Məhbubə xanım:
"Nəvələrim üçün narahatam. Atalarının yoxluğunu onlara desək, psixologiyasına çox pis təsir edəcək. Gözləyirik, bəlkə yavaş-yavaş atalarının yoxluğuna alışarlar. Bəlkə onda deyə bildik”.
Pilotun ailə üzvləri ilə görüşdən sonra şəhid anaları və xanımları II Fəxri Xiyabana gedib Rəşad Atakişiyevin məzarını ziyarət etdilər…
Arayış: Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. "Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib.
R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.
Rəşad Atakişiyevin 2 oğul övladı var. Birinin 3, digərinin 7 yaşı var.
Rəşadın hərbidən ehtiyata buraxılmasına 3 il qalmışdı, amma əcəl imkan vermədi…
Oxşar xəbərlər
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya