Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı Siyahı
Dünya24 avqust 2019 13:33
Baş nazir müavini mer olduğu illərdə qohumları ilə yaxın adamlarının adına saysız-hesabsız bina və obyekt rəsmiləşdiribmiş...
Bir neçə gün əvvəl Baş Nazirin müavini Əli Əhmədov Kənd Təsərrüfatı naziri İnam Kərimovla birlikdə paytaxtdakı "Yaşıl bazar"da qiymətlərlə maraqlanıblar. Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər.
"Yayın ortasında kartofun qiyməti 2 manat olmaz”, – deyə Əli Əhmədov bildirib.
Bundan bir qədər sonra isə məlum olub ki, Ə.Əhmədovun qiymətlərinin baha olduğunu dediyi bazar Baş Nazirin başqa bir müavini Hacıbala Abutalıbova məxsusdur.
"Unikal" qəzetinin əldə etdiyi məlumata görə, o, bazarın idarəçiliyini oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.
Lakin Abutalıbovun insanı heyrətə gətirən sərvəti sadəcə "Yaşıl bazar"la məhdudlaşmır. Belə ki, Unikal.org-a daxil olan başqa bir məlumata görə, Baş Nazirin müavini hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu illərdə bir sıra dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib.
Bizə bu barədə məlumat verən mənbə həmin bina və obyektlərin bir hissəsinin siyahısını da təqdim edib. Həmin siyahıdan bəlli olur ki, paytaxtın Füzuli küçəsi 39–də yerləşən və "sürüşdürülən bina" kimi tanınan binanın 1-ci mərtəbəsini zəbt edən və obyektə çevirən ("Klassik-Şəms") vitse-premyer bundan başqa "Qış parkı"nda yerləşən "Zambaq", "İnnab" və "Palıd" kafelərinin də sahibidir.
Abutalıbovun Yasamal rayonu, Mətbuat prospekti, köhnə "Ovçular" evinin yerində salınmış parkda "Özsüt" və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən "Sütiş" restoranlarının olduğu, həmçinin Nəsimi rayonu, 647-ci məhəllə, akademik Mirəli Qaşqay küçəsi 61-də vaxtilə Mənzil-İstismar sahəsinin (MİS) yerləşdiyi 103 kvadrat metrlik sahəni də özünə yaxın şəxslərdən Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirdiyi ortaya çıxıb.
Düz 17 il (2001-2018-ci illər) Bakıya rəhbərlik edən Hacıbala müəllimin ələ keçirdiyi daşınmaz əmlakların siyahısı bununla da bitmir. Məlum olur ki, o, Abdullayeva Səmayə Qulam qızının adına həmçinin, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, vaxtilə İqtisadiyyat Komitəsinin yerləşdiyi 113.7 kv metrlik sahəni də rəsmiləşdirib.
Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən, vaxtilə ""Bakıelektrikşəbəkə" ASC-nin anbarının və qarajlarının yerləşdiyi sahəni də özününküləşdirən, hazırda isə anbar kimi icarəyə verən sabiq mer Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağının həyətində inşa olunan 3 mərtəbəli restoranın da sahibidir.
Hələ bu harasıdır? Rəşid Behbudov küçəsində, Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən 7 mərtəbəli iş mərkəzi inşa etdirmiş H.Abutalıbov bu qədər sərvətlə də kifayətlənməyib və Hüseyn Cavid parkında yerləşən "Yaşıl" çay evini də öz nəzarətinə keçirib.
Nərimanov rayonunda Ticarət Departamentinin inzibati binası üçün icarəyə verilmiş tikili, Binəqədi rayonu ərazisindəki "Heydər məscidi"nin yanındakı mərasim evi də Hacıbala müəllimin sərvətləri siyahısındadır. Yeri gəlmişkən, kifayət qədər maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istəyirik: mərasim evinin yerləşdiyi ərazidə məskunlaşmış vətəndaşların köçürülməsi dövlət vəsaiti hesabına baş tutmuşdu.
Balaxanı qəsəbəsində yerləşən və qara metalların sinklənməsi üzrə ixtisaslaşan zavodu ("Qalzansiya") da ələ keçirən Abutalıbov mer olduğu zamanlarda sürətlə böyütdüyü sərvətini Baş Nazirin müavini olarkən də artırmağa davam edir. Belə ki, hazırda o, Yasamal rayonu, Qurban Xəlilov küçəsində, Vergilər Nazirliyinin arxasında yeni salınmış parkda yeni kafelər inşa etməkdədir, bu məqsədlə artıq 2 bünövrə qazılıb, betonlama işləri tamamlanıb, bünövrələrin üstü bağlanılıb. Yəqin ki, çox keçməyəcək, həmin kafelər də fəaliyyətə başlayacaq və Hacıbala müəllim üçün növbəti qazanc mənbələri yaranacaq.
Şübhəsiz ki, sadaladıqlarımız Abutalıbovun ümumi sərvətlərinin heç də hamısı deyil; buradan isə belə nəticə çıxır ki, o, paytaxta rəhbərlik etdiyi dövrdə "Bakımızı daha da gözəlləşdirmək və abadlaşdırmaq" missiyasının arxasında əslində öz sərvətlərinin miqyasını genişlətməklə məşğul olub.
Ən maraqlısı isə odur ki, keçmiş Bakı meri, hazırda isə vitse-premyer olan şəxs mətbuata bir neçə açıqlamasında var-dövləti ilə bağlı iddiaları təkzib etmək, yalanlamaq yolu tutub, az qala belə bir təsəvvür yaratmağa çalışıb ki, hansı postu tutmasından asılı olmayaraq, sadəcə, üzərinə düşən vəzifələri yerinə yetirməklə məşğul olub, maaşı ilə dolanıb...
Lakin reallıq başqa şeyi deyir: Abutalıbovun təkcə daşınmaz əmlaklarının nə ucu var var, nə bucağı.
İstisna deyil ki, o, bu yazıda oxuculara təqdim olunan bina və iaşə obyektlərinin siyahısını da inkar etmək yolunu tutacaq. Ancaq bu təkzibin də inandırıcılığının digərlərindən fərqlənəcəyinə elə bəri başdan ümid eləməyə dəyməz...
Oxşar xəbərlər
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...
23 mart 2024 22:09
- 7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO
22 mart 2024 18:32
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- 10 ildir uşaqlara təcavüz edən şəxslə bağlı ŞOK detallar ortaya çıxdı - FOTO
22 mart 2024 09:40
- Həkimlər 45 yaşlı qadının gözündən səkkiz santimetrlik budaq çıxarıb - FOTO
22 mart 2024 00:05
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya