"Deputatların oturduğu kreslo onlara bağışlanmayıb"
Mədəniyyət4 dekabr 2019 23:34
Növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gələr-gəlməz xeyli sayda aktrisa və müğənni də deputatlığa namizəd olacağını açıqlayıb. Bu məsələdə xalq artisti Afaq Bəşirqızının da adı hallanır. Belə ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə xalq artistinin deputatlığa namizəd olması ilə bağlı kampaniya başladılıb. Belə ki, məşhurlar xalq artistinin fotosunu paylaşaraq, onu millət vəkili kimi görmək istədiklərini qeyd ediblər.
Bir sıra siyasətçilər isə sənət adamlarının deputatlığa namizəd olmaq istədiklərini qıcıqla qarşılayıb. Onların fikrincə parlamentdə yalnız siyasətçilər, hüquqşünaslar təmsil olunmalıdır.
Mövzu ilə bağlı "Yeni Müsavat”ın əməkdaşı xalq artisti Afaq Bəşirqızının mövqeyini öyrənməyə, bir sıra məsələlərə aydınlıq gətirməyə çalışıb. Maraqlı müsahibəni təqdim edirik:
- Afaq xanım, prezident və birinci vitse-prezidentin mədəniyyət xadimləri ilə görüşündəki səsləndiridiyiniz təklif və tövsiyələrdən sonra hansı məsələlər öz həllini tapdı, hansılar hələ də açıq qalıb?
- Təkliflərimin hamısı həyata keçdi, özü də artıqlaması ilə. Məsələn, Musiqili Teatr 3-cü dərəcəli idi, yəni aparıcı, mərkəzi teatr statusu yox idi. Lakin həmin görüşdən sonra teatra birdən-birə akademik status verildi. Qeyd edim ki, Musiqili Teatr bu statusa çoxdan layiq idi. Onun tarixi də böyükdür, bu yaxınlarda 110 illiyi qeyd ediləcək.
Bildiyiniz kimi görüşdə aktyorların mənzil problemi ilə bağlı da müraciət etmişdim. Gördüyünü kimi sonradan bir çox həqiqətən mənzilə ehtiyacı olan aktyorlar mənzillə təmin olundular.
Aktyorların maaşlarının azlığı ilə bağlı da müraciət etmişdim. Akademik statusu alan Musiqili Teatr, Rus Dram Teatrlarının maaşı 100 faiz olaraq, artırıldı. Bu yaxınlarda da aktyorların maaşı 40 faiz olaraq artırıldı. Məsələn, bundan əvvəl aktyorlar 120-150 manat alırdı, xalq artistləri, o cümlədən mən 250 manat maaş alırdım.
- Sizin həmin görüşdəki çıxışınızdan sonra bir çoxları sizi millət vəkili kimi görmək istədiklərini dilə gətirdi. Hətta bu günlərdə parlamentin buraxılması məsələsi ortaya çıxanda, bir çox məşhurlar sosial şəbəkələrdə sizin deputat olmağınız ilə bağı kampaniya başlatdılar. Bu məsələyə reaksiyanız necə oldu? Gələcəkdə deputatlığa namizdəliyinizi irəli sürəcəksinizmi?
- Hamıya öz təşəkkürümü bildirirəm. Amma bu kampaniya barəsində mənim xəbərim olmamışdı, bilmirdim. Bu kampaniyanı mənim xətrimi istəyən bir jurnalist sayt vasitəsi ilə başlatmışdı. Fikir azadlığıdır, bu barədə heç kəsə heç bir söz deyə bilmərəm, əksinə, ancaq təşəkkür edirəm. Baxmayaraq ki, sosial şəbəkələrdə yoxam, tamaşaçıların rəyini, fikirlərini, mənə qarşı olan münasibətin əksəriyyətindən xəbərim oldu. İnsanlar məni mədəniyyətimlə tanıyır və hörmət edirlər. Həmin o mədəniyyətin elçiləri də, vəkilləri də bizik.
- Lakin bəzi siyasətçilər müğənnilərin, aktrisaların da deputatlığa namizəd olacaqlarını qıcıqla qarşıladı.
- Hazırda bir aktrisa kimi mənim səlahiyyətim parlamentdəki deputatlarınkından çoxdur. Çünki aktrisa, aktyor öz sənəti ilə problemləri, məsələləri cəmiyyətə, dünyaya daha tez çatdırır.
Son günlərdə məmurlar, istərsə də Milli Məclis üzvləri bilməlidirlər ki, oturduqları kreslo onlara bağışlanmayıb. Onlar orada oturub, xalqın qeydinə qalmalı, xalqın müqəddəratını həll edib, qayğısını çəkməlidirlər. Lakin bunun belə olmadığı son günlərdə də öz əksini tapdı.
Ona görə də nəsə söz, fikir bildirəndə bilməlidirlər ki, 5 barmağın 5-də eyni deyil. Məsələn, bu dəqiqə bütün iqtisadçılar içərisində ən güclü iqtisadçı kimi Vahid Əhmədovu bilirəm. Deputatların da içərisində sənət adamları arasında olduğu kimi istedadlıları, sayılan-seçilənləri azdır. İstedad, vergi hər adama verilmir. Cilalanmış inci hər zaman seçilir. Ona görə də Milli Məclisdə yalnız incilər oturmalıdır. Həmçinin, xalqa yaxın olan, xalqın bilavasitə kədərini, sevincini özününkü kimi bilənlər orada təmsil olunmalıdır. Çünki vəziyyət 20 il bundan əvvəlki kimi deyil. Ona görə də yaşından asılı olmayaraq hər kəs xalqa əlini uzatmağa borcludur.
Yaşlıların vəzifədən getməsi ilə bağlı da məsələyə gəldikdə, onlar təcrübə mənbəyidir, ağsaqqaldır. Yaşlı nəslə hər zaman hörmətlə, qayğı ilə yanaşmaq lazımdır. Yaşlılar və uşaqlar hər bir evin bir növ çırağıdır, onlara barmaq arası baxmaq olmaz.
Onu da vurğulayım ki, aktyorun bilik dairəsi, dünya görüşü hətta iki institut bitirən ziyalılardan da fərqli olur. Bizdə həm savad, həm də təcrübə var. Təsəvvür edin ki, həftədə 1000-1500 nəfərlə ünsiyyətdə olmaq, onlara tamaşa göstərmək, onları qane etmək, alqış qazanmaq, bunların hamısı özü böyük bir təcrübədir. Ona görə də bir daha qeyd edirəm ki, bir-iki nəfərə görə hamıya eyni qiymət vermək olmaz. Aktyor sənəti çox şərəfli sənətdir. Bu sənətin sənətkarı isə çox ağıllı, bilikli, xalqı öz arxasınca apara bilən, xalqa öz sözünü deyib, "hə”sini ala bilən şəxslərdir.
- Prezidentin son təyinatlarını izləyirsinizmi, münasibətiniz necədir?
- Bu barədə söhbət hələ çoxdan gəzirdi. Hər zaman deyirdilər ki, qarşıda böyük islahatlar olacaq. Hətta mən həmin məlum görüşdə də prezidentə müraciət edərək bildirmişdim ki, mədəniyyətə böyük pullar ayrılır, bu sahədə də islahatlar aparılmalıdır.
Aparılan islahatlara gəldikdə isə düşünürəm ki, administrasiya bu məsələni daha gözəl bilir, nəinki mən. Hər halda aparılan islahatlar xeyrə doğru gedəcək.
Oxşar xəbərlər
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya