Atasına nifrət edən kar bəstəkar – Maraqlı tarixçə
Saray musiqiçisi və içki alüdəçisi olan atası dörd yaşlı Bethoveni piano çalmağa məcbur edən kəskin xasiyyətli bir adam idi. Bethovenin barmaqları isə bunun üçün çox kiçik idi, lakin qəddar ata onu məcbur edirdi.
teleqraf.com alman bəstəkar Lüdviq Van Bethoven haqda yazını təqdim edir.
Bethoven uşaqlıq illərində musiqini sevməmişdi,əksinə, musiqiyə nifrət edirdi. Atasının şöhrətpərəstliyi Bethovenin uşaqlıq illərini zəhərə çevirmişdi. Onun gələcəkdə özünün belə fəth edə bilməyəcəyi zirvəyə qalxacağını başa düşən atası İohann isə Bethoveni ağır bir təhsil prosesinin içinə itələmişdi. Həmin illərdə musiqiyə nifrət etdiyini sonrakı zamanlarda özü də etiraf edəcəkdi.
Hər anı zorla əyləşdirildiyi pianonun başında keçirdi. Xətaya yol verəndə atası tərəfindən şiddətə və təhqirə məruz qalırdı. Duyğusal və utancaq bir insan olan Bethoven son dərəcə qaramat bir uşaqlıq dönəmindən keçmişdi.
Atası oğlunun o dövrdə yaşayan Motsarta oxşamasını istəyirdi. Motsartdan dərs almaq üçün Vyanaya göndərildi. Motsart Bethovenin qeyri-adi istedada sahib olduğunu kəşf etdi və improvizasiya əsasında musiqi ilə məşğul olmağı məsləhət gördü.
Mariyanın ölümündən sonra
Sərxoş və şöhrətpərəst bir atanın başında dayandığı ailədə Bethovenin anası Mariyanın da həyatı asan deyildi. Həyat yoldaşı içki alüdəçisi idi və tez-tez zorakılığa baş vururdu. Mariya 1787-ci ildə qırx yaşında vərəmdən həyatla vidalaşdı. Bethovenin qardaşları da xəstə idi, onlar da bir-bir ölürdü. Ən sonda ikisi həyatda qala bildi.
Bethovenin anası öləndən sonra atası spirtli içkiyə daha çox sarıldı və işsiz qaldı. Bethoven Vyanadan evə qayıtmağa məcbur oldu və artıq ailənin bütün yükü onun çiyinlərində idi. Ailəsinin qayğılarını həll etmək üçün orkestrdə işləməyə və özəl dərslər verməyə başlamışdı.
Karlıq və insanlardan qaçış
Bethoven doğuluşdan kar deyildi. Həyatı boyu səhhətindən şikayət edən bəstəkar otuz yaşlarında eşitmək qabiliyyətini tədricən itirməyə başladı. Bunun musiqi karyerasına mənfi təsir edəcəyindən ehtiyatlanan Bethoven bu haqda kimsəyə heç nə deməmişdi. Bunun müvəqqəti bir hal olduğunu düşünsə də, karlığı günbəgün artırdı.
Bethovenin davranışları eşitmə qabiliyyətinin itirilməsi ilə qəribə hal alırdı. Bunu dalğınlığıyla əlaqələndirib ört-basdır etməsinə baxmayaraq, ətrafdakılar bunun dalğınlıqdan qaynaqlanmadığını hiss edirdi. Lakin kimsə Bethovenin niyə belə davrandığına məna verə bilmirdi. Kimsənin ağlına onun kar olduğu gəlmirdi, çünki belə bir musiqi dahisinin kar olduğu ehtimal edilmirdi.
Bethoven qardaşına göndərdiyi məktubda yazırdı: "İnsanlarla "səsli danışın, qışqırın, çünki mən karam” demək mümkün deyil. Cəmiyyətdən uzaqlaşmaqdan başqa çarəm yoxdur. Buna görə sizdən üzr istəyirəm. Halbuki aranızda olmağı çox istəyirəm. Narahatlığım talesizliyimi bir o qədər artırır. Cəmiyyətin arasında olub başqalarına qulaq asmaq, qarşılıqlı söhbət etmək mənim üçün mümkün deyil.
Cəmiyyətdən xaric olunmuş formada yaşamaq məcburiyyətindəyəm. İnsanlara yaxınlaşanda içimi qorxu bürüyür. Üzləşdiyim vəziyyətin kənardan başa düşülməsindən çox qorxuram”.
9-cu Simfoniya
Sonrakı illərdə pianonun səslərini belə eşidə bilməyən Beyhoven piano emalı ilə məşğul olan dostundan səsi yüksək bir piano hazırlamasını istəmişdi. 1801-ci ildə başlayan eşitmə problemi dörd il sonra hiss ediləcək dərəcədə artmışdı. Bethoven 1805-ci ildən sonra özünü tamamilə təcrid edərək kimsəylə danışmırdı. 1818-ci ildə isə tamam kar idi.
Lakin eşitmə problemi Bethovenə 9-cu Simfoniyanı yazmağa əngəl ola bilmıdi. Tamam kar olmasına baxmayaraq, 9-cu Simfoniyanın təqdimatını 1824-cü ildə özü keçirmək istədi.
Artıq kar olduğunu bilən dostları orkestrə Bethovenə yox, dirijora diqqət etməyi məsləhət görmüşdü və simfoniyanın başa çatmasından sonra hər kəs dahi bəstəkarı ayaq üstdə alqışladı. O da maraqlıdır ki, ən böyük və ona səs gətirən əsərlərini eşitmə qabiliyyətini tamam itirdiyi illərdə yazmışdı.
"Xəstəlik kolleksiyaçısı”
Bethovenin getdikcə eşitmə qabiliyyətini itirməsi psixologiyasını alt-üst etmiş, onu aqressiv bir insana çevirmişdi. Karlığı ona piano ifa etməyə əngəl olurdu, buna görə də bəstələrə yönələrək insanlardan da uzaqlaşdı. Ciddi mənada şəxsiyyət pozğunluğu ilə üzləşmişdi. İntihar etməyi belə düşünmüşdü və ailəsinə vəsiyyətnamə yazmışdı. Lakin bu ruhi çöküntünün altından çıxmağı bacararaq, musiqiyə daha çox bağlandı və yeni musiqi əsərlərini bəstələdi.
1813-1817-ci illər arasında bir gözləmə dönəminə girmişdi və demək olar, bir əsər belə yazmamışdı. Lakin sonrakı illərdə güclü əsərlər ortaya qoydu və bu gözləmə illərinin əslində bir hazırlıq olduğu bəlli oldu. Həmin dövrdə yaradıcılığının ən yüksək zirvəsində olarkən - 1826-cı ilin sonlarında səhhəti sürətli formada pisləşdi, bir il sonra isə əbədi olaraq gözlərini həyata yumdu.
Həyatı boyu müxtəlif xəstəliklərdən yaxa qurtara bilmədi. Bethoven sanki bir "xəstəlik kolleksiyaçısı” idi: sinir gərginliyi, revmatizm, kolit, qızdırma, təzyiq, göz iltihabı, çiban, infeksiya və digər xəstəliklərlə döyüşmüşdü.
Ölümündən sonra onun atası kimi içki alüdəçisi olması haqda xəbərlər yayılmışdı. Halbuki nadir hallarda içki içirdi.
Əsərləri ağrılı görünsə də, özlərində böyük bir özünəinamı əks etdirir. Bəstələri o dönəmdə və bundan sonrakı illərdə də təkrarsız və görünməmiş səviyyədə idi. Əsərlərindən təkcə dönəmin yox, günümüzün musiqiçilərinin yaradıcılığına da öz təsirlərini göstərdi. Bethovenin musiqi dünyasındakı yeri həmişə alınmaz kimi qiymətləndirilir.
Bethoven və qadınlar
Həyatı boyu bir neçə dəfə aşiq olmuş, lakin heç vaxt evlənməmişdi. Frankfurtlu bir tacirin arvadı olan Antoniya Brentanoya aşiq olmuşdu və iddiaya görə, diabelli variasiyalarını bu ölümsüz məhəbbətinə həsr etmişdi. Lakin klassik musiqinin dahisi Lüdviq Van Bethovenin həyatından bir çox qadın keçmişdi. Bəstəkar üçün hansı qadının ön önəmli olduğu isə naməlumdur.
Mariya Anna Vilhelmina
Bethovenin uşaqlıq sevgilisidir. Avtobiqorafiya yazarı Frans Gerhard Veqeler öz əsərində bəstəkarın gözəl və incə Vilhelminaya olan sevgi dolu düşkünlüyündən bəhs edir.
Veqeler bunu Götenin faciəvi sonluqla bitən "Gənc Verterin əzabları” ilə müqayisə edir və bu münasibəti "Verter məhəbbəti” adlandırır. Lakin Vilhelmina Bethovenin həyatında dərin izlər buraxmamışdı.
Qrafinya Jozefina Brunsvik
Bethoven ona 1804-1809-cu illərdə 14 sevgi məktubu yazmış və bu dul qadına "hər şeyim” və "yeganə məhəbbətim” deyə xitab edirdi.
Lakin məktublarında bu sevgini dərin bir ümidsizliyin izlədiyi görünürdü. Çünki Bethovenlə ehtimal edilən evliliyə görə, Brunsvik uşaqlarının vəkalətini itirə bilərdi. Amma Brunsvikin bacısı qrafinya və bəstəkarın bir-biri üçün yaradıldığını yazırdı.
Tereza Malfatti
Jozefina Brunsviklə evlənmə ehtimalı ortadan qalxandan sonra Bethoven Tereza Malfatti ilə evlilik planları qurmağa başladı. Bəstəkar evlilik üçün sənəd hazırlığına başlasa da, Terezanın ailəsi qızları və Lüdviq arasında sinif fərqliliyindən dolayı bu evliliyə razı olmadı. Bundan sonra cütlük dost olaraq qaldı.
Qrafinya Cülyetta Qviçardi
1801-1802-ci illərdə Brunsvik bacıları Bethovenlə öz xalası qızlarını tanış etdi. Aralarındakı məhəbbət sürətlə alovlandı, amma Cülyetta Bethovenin qalıcı olmadığını görürdü. Çünki Cülyetta nişanlı idi. Amma yenə də bəstəkardan çox gözəl bir hədiyyə aldı: Bethoven məşhur əsərlərindən biri olan "Ay işığı” sonatasını Cülyettaya ithaf etdi.
Mari Biqot
Mari Biqota da güclü hisslərlə bağlanan Bethoven ona 23 nömrəli piano sonatası "Appassionata”nın əlyazmasını hədiyyə etdi. Lüdviq Marini 1807-ci ilin martında gəzintiyə dəvət edəndə qadının həyat yoldaşı buna olduqca qısqanc reaksiya verdi. Bethoven cütlüyə göndərdiyi məktubda başqasının arvadıyla dostluq əlaqəsindən başqa bir münasibətin onun üçün mümkün olmadığını yazırdı.
Elizabet Rökel
Elizabetlər üçün o dönəmlər "Eliza” yayğın bir ləqəb idi. Ağıla həmin an Bethovenin şah əsəri "Für Elise” ("Eliza üçün”) simfoniyası gəlir. Bethovenin xahişi ilə Elizabet Rökel onu ölüm yatağında baş çəkdi. Elizabet bəstəkara öz saçını və quş tükündən olan qələmini hədiyyə etdi. Tarixçilər Bethovenin Elizaya aşiq olduğuna inanır.
Antoniya Brentano
Şair Bettina Brentanonun baldızı Antoniya Brentano 1811-ci ildə qələmə aldığı yazıda Bethoveni çox sevməsindən və onun hər gün özünü görməyə gəlməsindən bəhs edir. Bethoven isə Antoniyaya "Sevgili üçün” ("An die Geliebte”) adlı əsərinin orijinal əlyazmasını hədiyyə etmişdi. Antoniyanın bu kritik dönəmdə Praqadan Karlsruza getdiyi məlumdur.
"Ölümsüz sevgili”
1812-ci il 6-7 iyul tarixlərində yazılan "Ölümsüz sevgili üçün” adlı məktub Praqada baş tutan bir görüşdən bəhs edir. Məktubda əsrarəngiz qadının "K”-ya gəldiyi bildirilir. Bunun Karlsruz şəhəri olduğu ehtimalı var. Bəs bu qadın Antoniya Brentano idimi? Yoxsa Bethovenin bir müddət əvvəl görüşdüyü və doqquz ay sonra bir qız uşağı dünyaya gətirən Jozefina Brunsvikmi? Bu haqda araşdırmaçıların fikirləri ziddiyyətlidir.
Müəllif: Mənsur Rəğbətoğlu
Oxşar xəbərlər
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya