Koronavirusla bağlı Azərbaycanın regionlarında son durum
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və xüsusi karantin rejiminin tələblərinə əməl olunmaslı məqsədilə paytaxtla yanaşı, regionlarda da qabaqlayıcı tədbirlər, maarifləndirmə işi aparılır.
"Report" xəbər verir ki, bu tədbirlər ölkənin bütün şəhər və rayon və şəhərlərini əhatə edir və koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.
Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı müvafiq qurumlar tərəfindən əhali arasında maarifləndirmə işi aparılır, xüsusi karantin rejiminə riayət olunmasına isə polis əməkdaşları nəzarət edir.
Nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər Bakıda, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.
Bu məqsədlə qadağalara baxmayaraq, hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.
Həmçinin yol polisləri sürücüləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, nizam-intizama dəvət edirlər. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək “Evdə qal” kampaniyasına qoşulmaq tövsiyə olunur.
Gəncədə karantin rejiminə əməl etməyən yeniyetmələrin valideynlərinə xəbərdarlıq edilib
Gəncə şəhərində xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri keçirirlər.
Rayon ərazisində karantin rejiminə əməl etməyərək 10 nəfərdən artıq qrup şəklində futbol oynayan yeniyetmə və gənci aşkarlayıb. Polis əməkdaşları onlarla profilaktik söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür. Daha sonra həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
Bundan başqa, Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri mütəmadi davam etdirilir.
Şəkidə təbliğat və maarifləndirmə işləri aparılır
Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri polis əməkdaşları ilə birgə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə şəhərin küçə və prospektlərində, məhəllələrdə, qəsəbə və kəndlərdə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar.
Səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsilə sakinlərə karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı çağırışlar edilir.
Bundan əlavə, xüsusi maarifləndirici materiallar, vərəqələr hazırlanaraq, çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına, istirahət parklarının ərazilərinə vurulur.
Eyni zamanda, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində yerləşən idarə və müəssisələrin inzibati binalarında, Şəki şəhərinin küçə və prospektlərində, parklarda, avtobus dayanacaqlarında, çoxmənzilli yaşayış binalarının giriş blokları, pilləkən və həyətlərində dezinfeksiya işləri də davam etdirilir.
Şirvanda park və xiyabanlarında oturacaqlar yığışdırılır
Şirvan şəhəri ərazisində və qəsəbələrdə, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirmə tədbirləri həyata keçirilir. Bu məqsədlə Şirvan Şəhər İcra Hakimiyyəti Aparatının, şəhər bələdiyyəsinin, 1 saylı inzibati ərazi dairəsinin və digər qurumların məsul işçilərindən ibarət mobil qrup yaradılıb.
Mobil qrupların tərkibinə qoruyucu maskalar taxmış, əraziləri yaxşı tanıyan və əhali arasında nüfuzu olan məktəb direktorları, mənzil təsərrüfatı və kommunal kombinatı müəssisələrinin işçiləri də cəlb ediliblər.
Şəhər Daxili İşlər Şöbəsinin Post Patrul Xidmətinin və Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilər vasitəsilə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər. Şəhərin bütün park və xiyabanlarında sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqların yığışdırılmasına başlanılıb.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün Şirvan şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
Qəbələdə 68 mobil qrup yaradılıb
Qəbələ rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verə biləcək yoluxma hallarının qarşısının alınması məqsədilə maarifləndirmə və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən 68 mobil qrup yaradılıb.
Rayon icra hakimiyyəti aparatının məsul əməkdaşlarının daxil olduğu mobil qrupların üzvləri xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsi və infeksiyaya yoluxma hallarının baş verməməsi üçün Qəbələ şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində sakinlər arasında geniş təbliğat və maarifləndirmə işləri aparırlar.
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Qəbələ şəhərinin prospekt və küçələrində, yaşayış məhəllələrində, qəsəbə və kəndlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir.
Yevlaxda 2 500 nəfər sakinlə maarifləndirici söhbət aparılıb
Yevlax rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün işlər davam etdirilir və maarifləndirmə işləri genişləndirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, digər qurumlar və polis orqanlarının nümayəndələrindən ibarət, hərəsində 3 nəfər olmaqla 28 mobil qrup yaradılıb. Fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuş və təlimatlandırılmış qrup üzvləri yerlərdə əhalini karantin rejiminin tələbləri barədə məlumatlandırırlar. İndiyədək mobil qrupun üzvləri tərəfindən yerlərdə 2 500 nəfər sakinlə maarifləndirici söhbət aparılıb.
Həmçinin təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejiminə keçib, dezinfeksiya tədbirlərinin həyata keçirilməsini gücləndirib.
Nəqliyyat vasitələrinin sürücüləri qeydiyyatda olduqları rayonlara yönləndirilirlər
Cəlilabad rayonunda da genişmiqyaslı tədbirlər davam etdirilir.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasına dair qadağaları nəzərə alaraq, onlarla profilaktik söhbətlər aparırlar.
Yaşlı nəslin nümayəndələrinə izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu qəbildən olan insanlarla maarifləndirmə söhbətləri aparılaraq müəyyən olunmuş müddətdə evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Masallıda Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağalar nəzərə alaraq, onlarla profilaktik söhbətlər aparırlar.
Bu tədbirlərlə yanaşı, xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə qoyulan məhdudiyyətlərlə əlaqədar nəqliyyat vasitələrinin sürücüləri qeydiyyatda olduqları rayonlara yönləndirilirlər.
Biləsuvarda ehtiyacı olanlara qoruyucu maskalar və dezinfeksiyaedici məhlul verilib
Biləsuvar rayonunda koronavirusla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan qruplar vasitəsilə əhali arasında təbliğat işləri davam etdirilir.
Əhaliyə zəruri ehtiyacları olmadığı halda küçəyə çıxmamaları tövsiyə edilməklə, onlara xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında maarifləndirici məlumatlar verilir, evdən çıxarkən qoruyucu maskalardan istifadə etmələri bildirilir.
Vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri və özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum ünsiyyətdə olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.
Əhali ilə aparılan tədbirlər zamanı ehtiyacı olanlara qoruyucu maskalar və dezinfeksiyaedici məhlul verilib.
Ağdaşda 65 yaşdan yuxarı insanlara ərzaq məhsullarından ibarət sovqatlar verilib
Ağdaş rayonunda da əhali ilə maarifləndirici söhbətlər aparılıb. Həmçinin İcra Hakimiyyətində könüllülük fəaliyyətinə cəlb edilmiş gənclər 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağa ilə bağlı ahıl, yaşlı insanlara baş çəkib, sosial-məişət problemləri ilə maraqlanmış, onlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırıblar.
Kürdəmir rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə icra hakimiyyəti aparatının, inzibati ərazi dairələri nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət 80 nəfərlik qrup yaradılıb.
Onlar küçə və parklarda, əhalinin sıx toplaşdığı yerlərdə, kənd mərkəzlərində maarifləndirmə tədbirləri həyata keçirirlər. Sakinlərlə aparılan söhbətlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyələr ətraflı izah olunur, bunlara mütləq qaydada əməl edilməsinin zəruriliyi bildirilir.
Neftçala rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir, xüsusi ehtiyac olmadıqda evlərini tərk etməməsidir.
Neftçala Rayon İcra Hakimiyyətinin aparatı, icra nümayəndələri və bələdiyyə sədrləri, həmçinin hüquq mühafizə orqanı əməkdaşları əhalinin sıx toplaşdığı park və xiyabanlarda, kənd mərkəzlərində sakinləri maarifləndiriblər.
Tərtər rayonunda da koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr, digər qurumlar və polis orqanlarının nümayəndələri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılmasını gücləndiriblər.
Analoji tədbirlər bütün şəhər və rayonlarda həyata keçirlib
Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin əmrinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bütün yaşayış sahələrində və qəsəbələrdə koronavirus xəstəliyinin yayılması riskinin qarşısının alınması üçün profilaktika, məlumatlandırma və maarifləndirmə işləri aparlır.
Göründüyü kimi koronavirusa qarşı mübarizə tədbirləri ölkəboyu yüksək səviyyədə təşkil edilib və bunun nəticəsidir ki, Azərbaycanda koronavirusa yoluxma halları digər ölkələrlə müqayisədə aşağı səviyyədədir.
Qeyd edək ki, ümumilikdə Azərbaycanda koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29