Qaz ver, Ruslan Əliyev, qaz ver… Azəriqaz
Əhali “Azəriqaz”dan dad deyir ...
Yeri gəldi-gəlmədi deyirik ki, yurdumuz Odlar Yurdudur, neft-qaz ölkəsiyik, dünyanın az qala yarısına qaz satırıq, hətta erməni kilsəsinə də qaz veririk və s.
Amma özümüz qazsız qalmışıq. Söhbət hansısa ucqar dağ kəndindən getmir e, Bakı, Gəncə kimi şəhərlərdən gedir.
Bəli, cəmi 2-cə gün qar yağdı, Bakıda, Gəncədə qaz kəsildi, işıq söndü, transformator partladı, su turbaları dondu... Görəsən, bunun üçün məsuliyyət daşıyan qurumlar, rəhbər şəxslər nə düşünür. Bu yazıda məhz qazdan bəsh edəcəyik. Növbəti yazıda isə, işıqdan və sudan. Axı, necə qaz ölkəsiyik ki, azca qar yağan kimi qaz kəsilir. Gələndə isə şam kimi yanır. Bir çaydan 1 saata qaynayır. Bu necə qazdır ? Əgər evi isitmirsə, bu qaz nəyə lazımdır ? Camaat deyir ki, Azəriqaz-ın rəhbərliyi qaz əvəzinə hava vurur turbalara. Belə də iş olar ?
Qazı kəsirlər, sonra verəndə partlayış olur. Biz hələ dəm qazından boğulanları demirik. Rusiyada olanlar bilir ki, ilin az qala yarısı qar yağır, 20-30 dərəcə şaxta olur. Bəs orda niyə qaz kəsilmir, qaz şam kimi gəlmir. Deməli, qurumun rəhbərliyi yerində deyil.
Gəncədən ( konkret olaraq N.Nərimanov küçəsinin sakinləri ) zəng vurub xahiş edirlər ki, dərdimizi Azəriqaz-ın rəhbərliyinə çatdırın, evimizdə donuruq, qaz kəsilib, gələndə isə şam kimi közərir. Evlərdə körpə uşaqlar var, yaşlı xəstə adamlar var. Üzümüzü tuturuq “Azəriqaz” İstehsalat Brliyinin baş direktoru Ruslan Əliyevə.
Ruslan Əliyev, az müddət əvvəl ermənilər Gəncəni bombalayanda Azərişıq-ın rəhbəri ilə Gəncədə oldunuz. Bu problemləri görmədiniz ? Bəs nəyə getmişdiniz Gəncə şəhərinə ?
Gəncəlilər bir neçə ay əvvəl erməni raketlərinə sinə gərdilər. İndi də sizin zülmünüzə dözməlidir? Necə olur nazirlərin, deputatların istixanalarına ( parnik ) qaz verilir, amma yazıq camaat soyuqdan donur evində . Cənab Ruslan Əliyev ! İki ay əvvəl keçmiş sosial müdafiə naziri Səlim Müslümovun ( onda hələ həbs olunmamışdı ) istixanalarının quruma yüz min manat qaz borcu olduğu ortaya çıxdı. Qazinin, şəhid ailəsinin 1 manat borcu olan kimi qaz kəsilir. Bəs niyə deputatların, nazirlərin qazı kəsilmir..?
Cənab Ruslan Əliyev !
Deyə bilərsiz ki, mən təzə baş direktor təyin olunmuşam, problemlər məndən əvvəl və s...
Siz 5 il, 2015-2019-cu illərdə Azəriqaz-ın baş direktoru Əkbər Hacıyevin satış üzrə müavini olmusuz. Bilmirsiz keçmiş direktor milyonları necə qazanıb ? Bilmirsiz, Əkbər Hacıyev kimin qohumu idi ? Bəsdirin...Sizdən əvvəl də Azəriqaz-ın bir baş direktoru var idi: Əlixan Məlikov. Qardaşı da toylarda qarmonçalan Fəxrəddin Məlikov. Sonradan Fəxrəddin Məlikov Kürdəmirin icra başçısı oldu. Həmin vaxtlar həmkarlarımızdan biri yazırdı: Qaz ver, Əlixan Məlikov, qaz ver.. İndi həmin müraciəti xalq sizə ünvanlayır: Qaz ver, Ruslan Əliyev, qaz ver, soyuqdan qırıldıq..
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41