Fazil Mustafa kadr dəyişikliklərinə etiraz etdi - həmkarlarından reaksiya gəldi
Azərbaycanda yeni formalaşan hökumətdə bəzi qurumların rəhbər şəxslərinin dəyişməsi bir sıra məsələləri aktual edib. Yüksək dövlət qurumlarına yeni təyin olunan şəxslərin həmin qurumların daxilində kadr islahatları aparmaları heç də birmənalı qarşılanmayıb. Təsadüfi deyil ki, rəhbəri dəyişən əksər qurumlar daxilində çoxsaylı şəxslər vəzifələrini itiriblər.
Milli Məclisin son iclasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu məsələyə sərt şəkildə etiraz edib. “Əgər bu gün abituriyentlərin 50 faizi 200-dən aşağı bal toplayırsa, təhsillə bağlı gələcəyimizin necə olduğu indidən görünməkdədir, bu, acı tablodur” - deyən F.Mustafa məmurların yetişdirilməsi ilə yanaşı, onların qorunmasını da vacib saydı: “Hara icra başçısı, nazir, idarə müdiri təyin olunursa, öz komandasını həmin quruma gətirir, orda çalışanları isə kütləvi şəkildə işdən azad edir. Buna etiraz edənlərə isə deyirlər ki, istəyirsən, get, ver məhkəməyə! Hesab edirəm ki, Azərbaycan məmurunu qoruyacaq mexanizmlər tapılmalıdır, bunları biz belə rahatlıqla xərcləməklə nəyə nail oluruq? Qanunvericiliklə müəyyən addımlar atmalıyıq ki, kimlərsə məmurların soyqırımını gerçəkləşdirməsin”
Vahid Əhmədov: “Bu kadrların hamısı pis ola bilməz”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov də bu şəkildə kadr dəyişiklərinin aparılmasını doğru saymır: “Bu heç də yaxşı tendensiya deyil. Bir nazir gedib yenisi gəlibsə, bu, o demək deyil ki, öz yaxınlarını, tanışlarını gətirib nazirliyə yerləşdirməlidir. Elə kadrlar var ki, onlar saxlanılmalıdır. Çünki dəyərli kadrlardır. Dəyişiklik olmalıdır, demirəm ki, hamısını vəzifədə saxlamaq lazımdır. Yeni nazirin strategiyası, taktikası var. Bunları və cənab prezidentin tapşırıqlarını yerinə yetirmək üçün müəyyən kadrlar lazımdır. Amma çatan kimi birini çıxarıb yerinə öz yaxınını təyin etmək doğru deyil. Fazil bəyin dedikləri tamamilə doğrudur. Ümumiyyətlə, bir nazir gedəndən sonra onun bütün kadrlarını hər yerdən çıxarmaq düzgün hal deyil. Çünki nazir 10-15 il işləyibsə, deməli, orada müəyyən fəaliyyət göstərib, işlər görüb. Bu kadrların hamısı pis ola bilməz. Gərək həmin kadrlarla 6 ay yaxud bir il işləyəsən ki, onları tanıyasan. Birdən-birə tanımaq olmaz axı. Təcrübəli kadrlar var ki, kadr siyasətində onlara önəm verilməlidir. Bir insanı gətirib harasa vəzifəyə təyin etmək o demək deyil ki, bütün problemlər həll olunacaq. Təsərrüfatdan xəbəri olan kadrlar lazımdır. Elə sahələr var ki, o sahələri bilən kadrlar yetişdirmək çox çətindir. Kadrlar çıxandan sonra nazirlər başlayırlar ki, filan nazir filan nazirin yerini dağıtdı, filan nazir bu qədər yığdı. O nazirlər işləyəndə orada yoxlamalar gedirdi, heç bir şey üzə çıxarılmırdı. Nə oldu, bir nazir çıxandan sonra rüşvətxor, korrupsioner oldu? Bunlar mentalitetimizə yaraşan hərəkətlər deyil. Əgər nazir çalışdığı vaxtlar müəyyən rüşvətxorluğa, korrupsiyaya yol veribsə, bunu cinayətə cəlb etmək lazımdır. Yoxsa çıxandan sonra bu cür fikirlər səsləndirmək qəbul olunan məsələ deyil. Dövlətin idarə olunmasında kadr islahatlarının düzgün olması mühüm rol oynayır. Onun üçün də bu mənim tanışımdır yaxud yaxın qohumumdur, onu vəzifəyə təyin edim kimi düşüncədən azad olmaq lazımdır”.
Fərəc Quliyev: “Onların işlərinə müdaxilə etmək doğru deyil”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev dəyişiklikləri normal sayır: “Kadr dəyişikliklərini təqdir edirəm. Bacarıqlı, düzgün, karyerası təmiz olanlar son dəyişikliklərdə vəzifələrə təyin olundular. Buna görə çox sevinirəm. Parlamentdəki çıxışımda da buna toxundum. Baş nazir daxil olmaqla bütün təyinatlar çox uğurlu idi. Bir şəxs vəzifə başına gəlibsə, ondan demək iş tələb olunacaq. Bu şəxs istədiyi kadrlarla işləməyi düşünür. İstənilən qurumda hamını dəyişmək mümkün deyil. Əslində hamını dəyişdirmək üçün kadr da yetmir. Aparıcı kadrlar var, bu kadrlar üzərində iş qurulursa, buna müdaxilə etmək olmaz. Əgər onun üzərinə məsuliyyət qurulubsa, ona hüquqlar da verilməlidir. Bu məsələdə Fazil bəy kimi düşünmürəm. Yaxşı kadrlar varsa, nazirlər bu kadrları işdə saxlamaqda maraqlı olmalıdırlar və düşünürəm ki, bu belədir. Amma bir məsələ də var ki, prezident seçkiləri zaman platformamda bunu demişdim, adamların peşəkarlığından, bacarığından daha çox onların dürüstlüyü daha mühüm məsələdir. Araşdırmalar zamanı hər hansı bir kadrın əvvəlki işində korrupsiya, rüşvət halları üzə çıxırsa, adam da güvənməyib normal şəxs o vəzifəyə gətirmək istəyirsə, bunu süngü ilə qarşılamağa dəyməz. Nazirlər üçün də bir zaman tanımaq lazımdır ki, dəyişikliklərdən sonra ortaya hansı iş qoyulub. Bu şəxslərin işlərinə müdaxilə etmək doğru deyil. Onların etdikləri kadr dəyişikliklərinə normal yanaşmaq lazımdır. Heç bir yerdə məmurları total şəkildə dəyişmə halları baş verməyib. Bunu heç kim deyə bilməz”.
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22