Bakıda məşhur restoranda partlayış
Bakıda məşhur restoranda təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün partlayış baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə müştəri mayın 20-si saat 13 radələrində Mərdəkan qəsəbəsində yerləşən “Dükkan” restoranında nahar edərkən qaz balonunun partladığını bildiriblər.
Belə ki, ictiami obyektin sosial şəbəkədəki hesabında bu barədə yazan Aytac Məmmədli bildirib ki, partlayış nəticəsində uşaqları da çox qorxub: “Heç kəs çölə çıxmaq üçün bizə yol göstərmədi. Hətta yeyə bilmədiklərimizin də pulunu aldılar və hadisəyə görə üzr istəyən də olmadı”.
Digər müştəri Aytən Məmmədli isə restoranın tikintisinin tam başa çatmadığını bildirib: “Ətrafda uşaqlar üçün təhlükəli olan çuxurlar var idi. Partlayış vaxtı isə nə yanğın çıxışı, nə də yol göstərən var idi. Hər kəs öz canının hayında qaçaqaçda idi”.
Müştərilərdən biri, Aygün adlı xanım restoranın terras hissəsində açıq havada divarın yanında qaz balonu yerləşdirildiyini və hadisə vaxtı həmin balonun partladığını qeyd edib: “İşçilər də hadisədən sonra qaz balonunun partladığını dedilər, amma təhlükəsizlik qaydalarına görə nazirliyin onları cərimələməməsi üçün rəsmi rəsmi qurumlara məlumat vermədilər. Biz partlayış vaxtı alovu da gördük”.
Toğrul Xələfov adlı şəxs isə həmin zaman partlayış baş verən divarın yanındakı masada əyləşdiyini bildirib.
“Dükkan” restoranı isə müştərilərə cavabında orada belə bir hadisənin baş vermədiyini bildirib: “Sadəcə yaxınlıqdakı ərazidə partlayış baş verib və “Dükkan”da onun səsi eşidilib”.
Lakin restoranın adını açıqlamaq istəməyən administratoru “Qafqazinfo”ya açıqlamasında qaz balonundan yanğın baş verdiyini açıqlayıb:
“Bizdə qaz xətti var, amma təzyiq zəif olduğu üçün qaz balonu istifadə edirik. Dünən də (mayın 20-si) partlayış baş verməyib, qaz balonunda yanğın oldu, müştərilər hamısı durub çölə qaçdı. Biz özümüz alovu söndürdük. Restorana heç bir ziyan dəyməyib, xəsarət alan da olmayıb. Sadəcə həmin adamlar hesabın çox olduğunu deyərək hər yerə yazıb bizdən şikayət edilər. 20 nəfərə 140 manat hesab veriblər”.
“Dükkan”ın administratoru bu gün rəsmi qurumların restorana baxış keçirəcəyini bildirib: “Qaz idarəsi və Fövqəladə Hallar Nazirliyindən zəng etmişdilər, bu gün gəlib yoxlama aparacaqlar. Biz yanğından sonra polisə və yanğın bölməsinə məlumat vermədik, çünki buna ehtiyac olmadı”.
Qeyd edək ki, dünən də Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən kafedə qaz balonunda yaranan yanğın sonrası baş verən partlayış nəticəsində 3 nəfət vəfat edib, 1 nəfər ağır yaralıdır.
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20