Flora Kərimova rüşvətxor nazirin müdafiəsinə qalxdı
“Əbülfəs Qarayev “KQB” deyil ki, işçilərinin arxasınca casus göndərsin”
Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldılar.
Xüsusi xidmət orqanının nazirlikdə səs-küylü əməliyayt keçirməsi birmənalı qarşılanmadı. Ekspertlər nazir Əbülfəs Qarayevin də məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladılar. Qeyd olundu ki, nazirin xəbəri olmadan hansısa əməkdaşın dövlət əmlakını talaması mümkün deyil. Artıq ayrı-ayrı sənət adamları da bu qurumun qanunsuz əməllərindən danışmağa başlayıblar.
Xalq artisti Flora Kərimova isə fərqli mövqe nümayiş etdirib. Yenisabah.az saytına açıqlama verən sevilən sənətkar Mədəniyyət naziri Əbülfəs Qarayevi açıq mətnlə müdafiə edib: “Mən Əbülfəs Qarayevi şəxsən tanıyıram və onun haqqında çox müsbət fikirdəyəm.
Onun çox işlərindən xəbərim var, çoxlarına əl tutduğunu, kömək etdiyini bilirəm. Təəssüflər olsun ki, bizdə bir adam yıxılanda hamı onun üstünə düşür, xəbər yalan da olsa, doğru da olsa hamı o adamı baltalayır. Mən Mədəniyyət nazirindən çox razı idim, çünki onun əl uzatdığı insanları tanıyırdım, o insanları qəbul edib, heç vaxt heç kimi əliboş geri qaytarmayıb, hər zaman əlindən gələni edib. Mədəniyyət naziri digər işlərə cavabdeh deyil. Mədəniyyət naziri orada “KQB” deyil, polis deyil ki, hər işçisinin arxasınca casus göndərsin.
Mən bilirəm ki, bu işlərdə o təmiz adamdır. Mədəniyyət Nazirliyi xüsusi nazirlik deyil ki, onun işində korrupsiya olmasın və ya olsun. O da digər nazirliklər kimidir. Yəni əgər ölkədə korrupsiya varsa, hər bir idarədə var. Bunu gizləmək mümkün deyil, gündə bir nəfər tutulur, cəzasını çəkir. Bilirsiniz, mədəniyyət adamları müstəqil adam deyillər, öz sözünün sahibi deyillər, söhbət çoxluqdan gedir. Bəziləri obyektivlikdən kənardırlar, hər şeyi mədəniyyət nazirindən gözləyirlər ki, “o mənə fəxri ad verdirmədi, mənimlə düşmənçilik etdi” və s. Savadsızlıq ucbatından həqiqəti bilmirlərsə, kimsə imkanı hesabına ad alırsa bunu mədəniyyət nazirinin üstünə yıxmaq düzgün deyil, belə şeylərin əleyhinəyəm. Mən millətimə demək istəyirəm ki, kütləyə dönməyin. Kimsə büdrədi deyə bir təpik də siz atıb onu yıxmaq düz hərəkət deyil”.
Flora Kərimova sənət adamlarına fəxri adların verilməsiylə bağlı səslənən ittihamlara da münasibət bildirib. Qeyd edib ki, hansısa əməkdaşın nöqsanını nazirin ayağına yazmaq doğru deyil: “İndi kimsə nazirlikdə hansısa işlə məşğuldur deyə hamı başlayır ki, nazirlik pulla ad satır.
Birincisi, onu deyən adamlar bilmir ki, bu sözə görə onu çağıra bilərlər ki, gəl bu sözün arxasında dayan? İkincisi, tutalım, mədəniyyət nazirliyi pul aldı adı saldı siyahıya, bəs yuxarıda oturanlar əfəldirlər? Bilmirlər məsələ nədir? Əgər sənin istəmədiyin, sənətini saymadığın bir adama fəxri ad verilibsə, niyə indiyə qədər adını çəkib açıq danışmırdın?
Mən ad çəkmirəm ki, o adamları pərt etməyim. Mən də çox şeylərdən narazıyam, ancaq gözləyirsən ki, mənim kimi 52 yaşında fəxri ad alsınlar? Bir ayağım burda, bir ayağım gorda idi. O da ki, dava-qırğınla verildi. Elə adamlar getdi ki, onun üstünə, müsibət oldu. Bunu gözləyirsiniz ki, sənətkarlar həyatdan incisin, sənətdən incisin? Sənəti yoxdursa, çıx de ki, sənin sənətin yoxdur. Allahın əlindən qisməti almaq mümkün deyil. Əgər onun qismətinə Allah yazıbsa, həmin adam o adı alacaq. Ancaq bir sifətli adam olmaq lazımdır, nə olub indi hamı düşür bir nəfərin üstünə, hamı dilini uzadıb”.
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- 32 kiloqram çəki atan Sonaxanım sirrini açıqladı
22 mart 2024 13:27
- Qızılın qiyməti rekord həddə qalxdı
21 mart 2024 20:58
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Azərbaycan quru sərhədlərini açır? - 1.5 milyon turist itirən Gürcü nazirdən mühüm açıqlama
12 mart 2024 10:18
- Baş nazirin pensiyaçı müavinləri - Onlar GEDİR
11 mart 2024 18:56
- Ukraynada 5 nazirlik ləğv olunur - KİV
9 mart 2024 21:43
- M.Ə. Rəsulzadənin qızı Xalidə -Neftçalanın Kurkasa adasında bitən ömür...
9 mart 2024 17:39
- Yüksək vəzifəli məmur, keçmiş nazirin qızı Azərbaycandan qaçdı
29 fevral 2024 12:34
- Nazir oğlu Qarabağda MİNA AXTARIR....
27 fevral 2024 19:24
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06