“Rusiyanın səfiri Pənah Hüseyni açıq formada təhdid etmişdi”
“Qoy, heç olmasa, o özü bunu anlamasa da, yanındakı anlaqlı adamlar onu başa salsın ki, sus, danışma”
Bir neçə gün sonra 1993-cü il 4 iyun hadisələrinin 27-ci ildönümü tamam olur. Son dövrlərdə həmin hadisələrin “əsas oyunçusu” olan Surət Hüseynov Youtub-da biri-birinin ardınca geniş müsahibələr verir və həmin dövrün proseslərinə öz prizmasında mövqe bildirir.
O dövrdə Azərbaycanda Milli Təhülkəsizlik Nazirinin müavini və hadisələrin bilavasitə iştirakçı olan Sülhəddin Əkbər bu mövzuda Moderator.az-ın bəzi suallarını cavablandırıb.
-Sülhəddin bəy, 4 iyun hadisələrinin mahiyyəti barədə qısaca olaraq nə deyə bilərsiz?
-Bu hadisə barədə gənc nəsil həqiqətləri bilməlidi. Ona görə də birinci onu vurğulamaq lazımdır ki, bu çevrilişin arxasında hansı xarici güclər dayanmışdı?
Nəzərə almaq lazımdır ki, bu hadisə xarici dəstəkli hərbi qiyam idi və dövlət çevrilişi ilə başa çatdı. Yəni, Azərbaycanda ilk dəfə demokratik yolla seçilmiş prezident hakimiyyətdən uzaqlaşdırıldı.
Bəs xarici dəstək verən qüvvələr hansılar idi?
Başda təbii ki, Rusiya idi, bu, açıq şəkildə baş verirdi, Rusiyanın Hərbi Kəşfiyyat İdarəsi (QRU) və Federal Təhlükəsizlik Xidməti (FSB) bu qiyamın əsas təşkilatçısı idilər. Həmin dövrdə Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniya qiyamdan öncə gəlib dövrün Baş naziri Pənah Hüseynlə görüşmüş və açıq formada təhdid etmişdi. Digər tərəfdən İran və “Dəmirəl Türkiyəsi” dəstək verirdi. Türkiyə dövlət olaraq deyil, məhz “Dəmirəl Türkiyəsi”.
Burada bir neçə transmilli şirkəti də unutmaq olmaz, BP və Lukoil başda olmaqla. Onların da marağı o idi ki, Azərbaycanda sabitlik pozulsun, hakimiyyət dəyişsin və yeni hakimiyətdən geopolitik risklərin artdığını bəhanə gətirərək neft müqavilələrində daha böyük güzəştlər tələb etsinlər. Mən bu barədə onların haqqında gələn kəşfiyyat məlumatlarından ibarət arayışlara əsasən deyirəm.
Bunlar xarici faktorlar idi.
Daxildə isə bir sıra müxalifət partiyaları və ayrı-ayrı nüfuzlu şəxslər dəstək verirdi. Bu adları çəkmək üçün isə gərək obyektiv istintaq getsin və biz də o istintaqda konkret deyək ki, hansı partiya, hansı şəxs qiyama dəstək verirdi və sair. Anca çox təəssüf ki, bu gün bununla bağlı istintaqın olmasında heç kim maraqlı deyil və üstündən 27 il keçib, təbii ki, mövcud hakimiyyət də bu hadisənin açılmasında maraqlı deyil.
Üçüncü, burada günahkar tərəf hakimiyyətin özü idi və hakimiyyət daxilində də Rusiyaya işləyənlər də olubdu, Heydər Əliyevlə əlaqədə olanlar da olubdu, Surət Hüseynovla əlaqədə olanlar da olubdu.
Qiyamın anatomiyasını başa düşmək üçün o dövrdə Rusiyanın silahları kimlərə verməsinə diqqət yetirmək lazımdır. Bu silahlar Bakıda Rəhim Qazıyevə, Gəncədə Surət Hüseynova, Lənkəranda Əlikram Hümbətova verilirdi. Baş verən hadisədə də həmin şəxslərin və silahların roluna baxmaq lazımdır.
-Bu gün qiyama dəstək verənlərin adlarını çəkə bilərsiniz?
-Bu bir tərəfdən artıq tarixi məsələdi, onu xalq qiymətləndirməlidi. Digər tərəfdən, bayaq dediyim kimi, bunun üçün obyektiv istintaq getməlidi. Mən öz hakimiyyətimizi təmizə çıxarmaq üçün birtərəfli fikir söyləmək istəmirəm. Cinayət fərdidi və məhkəmə qərarı da olmadan heç kimi cinayətkar adlandırmaq olmaz.
-Bu gündən baxanda 4 iyun hadisələrinin nəticələrini necə qiymətləndirirsiniz?
-Birincisi, Azərbaycanda respublika quruculuğu dayandırıldı, milli dövlət quruculuğu dayandırıldı, Azərbaycanın demokratik inkişafı dayandırıldı. Hakimiyyət xalqın əlindən alındı, işğaldakı torpaqların qaytarılmasının qarşısı alındı. Ən ağır nəticələri bunlar oldu.
İkincisi, beş rayonumuz daha düşmən tərəfindən işğal olundu.
Üçüncü əsas nəticə isə bugünkü Azərbaycanda yaranan durum, işğal altındakı ərazilərlə bağlı hazırkı vəziyyətdir.
-Surət Hüseynovun son müsahibələrində səsləndirdiyi fikirlərlə bağlı nə deyə bilərsiz?
-Bu qiyamda əsas aktyor Rusiya və onun əks kəşfiyyat idarəsi idi. Surət Hüseynov orada sadəcə bir oyunçu olub və qiyamda o, önə sürülmüş fiqurdu. Burada da onun xarakterindən istifadə olundu. İndi onun danışıqlarında da görürsünüz. Bu adam hələ bu gün də anlamır ki, hansı prosesdə iştirak edibdir və bu proses Azərbaycana nəyə başa gəlibdir. Onlarla günahsız Azərbaycan oğlunun orada qanı tökülüb, onlar avtobusda güllələniblər, hər şeyi bir qırağa qoyaq, heç olmasa, bunu belə anlamır. Ona görə də anlaqsız adama nəsə deməyin bir mənasının olduğunu düşünmürəm. Yəni, o, hələ də anlamır ki, nə baş verib və nədə iştirak edib.
Bu tip adamları, yəni özü haqqında həddindən artıq yüksək fikirdə olan ambisiyalı adamları qızışdırmaq çox asandı. “Sən aslansan”, “sən qaplansan”, “səndən böyük yoxdu” deməklə, "onlar kimdilər, hər şeyi sən edirsən və orada da sən oturmalısan" deyərək qızışdırırdılar. Digər tərəfdən də onu qorxudurdular ki, onlar səni həbs etmək istəyirlər, əzmək istəyirlər, ya sən bunu əvvəlcə etməlisən, ya da onlar səni məhv edəcəklər. Beləliklə də onu bu işə razı salıb, yönləndirə bildilər.
O, özü bunu anlamasa da, qoy yanındakı anlaqlı adamlar onu başa salsın ki, heç olmasa sus, danışma.
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 2024 13:49
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06