Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
"Zahiri gözəlliyimiz birbaşa bağırsaqların vəziyyətindən asılıdır. Yediklərimiz mikrobiotanın vəziyyətinə böyük təsir göstərir, çünki qida bədənimizə daxil olan vitaminlərin, mineralların və faydalı bakteriyaların əsas mənbəyidir".
Bu sözləri mikrobioloq Sofiya Tsvetikova "Lenta.ru"ya müsahibəsində deyib.
O, bağırsaqlar üçün nəyin zərərli və nəyin faydalı olduğundan danışıb.
"Birincisi, mikrobiota immunitetə təsir edə, bədənin müdafiəsini həm azalda, həm də artıra bilər. İkincisi, bağırsaq mikroflorası vitaminlərin mübadiləsindən və faydalı maddələrin sintezindən cavabdehdir. Təbii ki, mikrobiota dərinin vəziyyətinə təsir edən yeganə faktor deyil, lakin gözəl dəriyə sahib olmaq istəyiriksə, bunu nəzərə almalıyıq", - Sofiya Tsvetikova vurğulayıb.
Dərini yaxşı vəziyyətdə saxlamaq üçün mütəxəssis faydalı bakteriyaların böyüməsini təşviq edən qidalardan istifadə etməyi məsləhət görüb. Buraya ilk növbədə fermentləşdirilmiş qidalar daxildir. Məsələn, duzlu kələm mövsümlərarası ən çox əlçatan, ən sərfəli və faydalı məhsullardan biridir. Onun əsasında çoxlu müxtəlif salatlar hazırlaya və ya ət yeməklərinin yanında servis edə bilərsiniz.
Bundan əlavə, lifli qidalar mikrobiota üçün faydalıdır. Tərəvəz, meyvə, paxlalı bitkilər, taxıl məhsulları, qoz-fındıq və toxumlar liflə zəngindir. Həm təzə, həm də konservləşdirilmiş noxud və yaşıl noxud çox faydalı hesab olunur. Çoxsaylı tədqiqatlar noxud lifinin bakteriya müxtəlifliyini stimullaşdırdığını göstərib.
"Ancaq sırf "dəb naminə" süd məhsullarından imtina edənlər böyük səhv edirlər. Əgər tibbi əks göstərişləriniz yoxdursa, kefir və qatıq, immun sisteminin və dərinin vəziyyətinə müsbət təsir göstərən faydalı mikrofloranın inkişafına kömək edəcək. Biz başa düşməliyik ki, nədənsə imtina edəndə müəyyən mikroelementləri qəbul etmirik və onların yerini doldurmaq lazımdır. Çox vaxt insanlar vitamin qəbul etməklə onları əvəz etməyə çalışırlar, lakin sintetik vitaminlər bizim yediyimiz qidalardan daha pis mənimsənilir", - mikrobiologiya laboratoriya rəhbəri əlavə edib.
Kolbasa, sosiska kimi, yarımfabrikat ət məhsullarını ya tamamilə rasiondan çıxarın, ya da həftədə bir dəfədən çox olmamaqla minimum miqdarda yeməyə çalışın. Mikrobioloq məsləhət görüb ki, kolbasa və sosiskanı təbii bişmiş ətlə əvəz etmək daha yaxşıdır, onu kolbasa kimi doğrayıb sendviç hazırlamaq olar.
Yeri gəlmişkən, insan nə qədər uzun müddət qeyri-sağlam qidalanırsa, bədənin daxilində bir o qədər çox qlikasiya məhsulları yığılır, nəticədə kollagenin istehsalını pozan zülallar bir-birinə yapışır və bu da öz növbəsində dəri tonuna təsir göstərir. Bütün bunlar da qırışlar və cizgilərin vaxtından əvvəl yaranmasına yol aça bilər. (Publika.az)
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
7 may 2024 00:32
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
4 may 2024 22:25
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- 32 kiloqram çəki atan Sonaxanım sirrini açıqladı
22 mart 2024 13:27
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
- Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
20 fevral 2024 11:34
- Xaricdə yaşayan məşhur azərbaycanlı - Yadplanetlilərin sirrini necə açdı?
8 fevral 2024 13:08
- Son 100 ildə Rusiyada 15 dil sıradan çıxıb
4 fevral 2024 13:02
- AZƏRBAYCANLI MƏŞHURLARIN ÖLÜM MASKALARI –Cəfər Cabbarlının maskası necə itib?
30 yanvar 2024 16:01
- 15 il Moskva DTK-sına rəhbərlik edən general – o, yalnız Brejnevlə hesablaşıb
02 iyun 19:32
- Mahmud Əhmədinejad da namizədliyini irəli sürdü
02 iyun 16:59
- İlham Əliyev italiyalı həmkarını təbrik etdi
02 iyun 13:47
- Qazaxda DƏHŞƏT: bəy toyuna bir gün qalmış özünü asdı
01 iyun 17:42
- Prezident onları təltif etdi - Siyahı
01 iyun 14:43
- YAŞAT” Fondu və “Nar” şəhid övladlarını təbrik etdi - Foto
01 iyun 14:38
- 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 12:50
- Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...
31 may 16:41
- Prezident icra başçısını işdən çıxardı
31 may 16:30
- Elxan Nəcəfov nazir oldu
31 may 12:38
- Doğuşda öldüyü deyilən uşaqları 33 il sonra qarşılarına çıxdı - Fotolar
31 may 10:51
- Lalə Şövkət deputatlığa namizəd olacaq? - Oğlu danışdı
30 may 20:08
- Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
30 may 17:34
- Milli Xalça Muzeyinə direktor təyin olundu
30 may 16:29
- Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
30 may 16:14
- Keçmiş həyat yoldaşı Anar Məhərrəmovu yenidən məhkəməyə verdi
30 may 11:50
- Prezident müraciət ünvanladı
30 may 11:40
- NAR-ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
30 may 09:49
- Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
29 may 18:56
- Əvəz Ələkbərovun oğluna vəzifə verilib
29 may 16:02
- General-mayor ehtiyata buraxıldı
29 may 14:17
- Barəsində açıq cinayət işi olan Gündüz Əliyev xarici ölkəyə necə gedib-gəlir? - MÜƏMMA
29 may 14:13
- Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
29 may 11:11
- Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
28 may 16:46
- Mustafa Abbasbəyli işdən çıxdı - Yeni vəzifəyə getdi
28 may 16:35
- Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi (FOTO)
28 may 12:55
- Prezident Ağdamda dörd kəndin təməlini qoydu
28 may 12:49
- Azərbaycanda Müstəqillik Günü qeyd olunur
28 may 11:05
- Hərbçimiz su kanalında boğuldu
27 may 16:44
- Eminlə Alyona 2-ci dəfə evləndi
27 may 16:28