Rafael Cəbrayılovun bu binaları söküləcək - Fotolar
Bir müddət öncə borc alıb qaytarmadığına görə qalmaqalla gündəmə gələn və mandatından istefa verən keçmiş deputat Rafael Cəbrayılovun tikdiyi binaların söküləcəyi bildirilir. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, C.Həsənli bildirib ki, Sumqayıt Məhkəməsinin qərarı ilə R.Cəbrayılova məxsus və qardaşı Elşən Cəbrayılovun idarə etdiyi “Dərhal” MMC-nin tikdiyi binalardan ikisi söküləcək. Buna səbəb isə həmin yaşayış yerlərinin SOCAR-ın ərazisində tikilməsidir. Bu binalarda isə məcburi köçkünlər məskunlaşıb. Əməkdaşlarımız həmin binaların yerləşdiyi Binəqədi Gənclər Şəhərciyinə baş çəkib sakinlərlə söhbət ediblər. Binaların qarşısında, təxminən 20 metr məsafədə hələ də aktiv neft “kaçalka”ları fəaliyyətdədir. Neft şirkətinin işçiləri mütəmadi olaraq bu qurğulara baxış keçirib, texniki xidmət göstərirlər. Neft ərazisində yerləşən və “kaçalka”lara ən yaxın olan 17-ci binada yaşayan Kamil deyir ki, 2014-cü ildə şəhərin mərkəzində kiçik evini sataraq buradan özünə mənzil alıb: “Bir neçə il əvvəl də bu binaların söküləcəyi deyilirdi, amma sökülmədi. Burada neftin ərazisində olan iki bina deyil, binaların çoxu “kaçalka”ların yerində tikilib. Bildiyimə görə, o “kaçalka”lar zəif işləyib, hesablayıblar ki, ordan gələn gəlir bina tikintisəndən gələn gəlirdən azdır. Ona görə də “kaçalka”ları bağlayıb bina tikiblər. Bunlar elə söz-söhbət, şayiə olaraq qalır, amma real olaraq söküntü söhbəti yoxdur”. Bu bina ilə yanaşı olan 13-cü binanın 60 yaşlı sakini Cəmil kişi deyir ki, məcburi köçkün olduqları üçün 2013-cü ildə "QaçqınKom" onlara buradan mənzil verib: “Biz illərdi burada yaşayırıq, məndən başqa da çoxlu qaçqın var. Bu binaların sökülməsi məsələsi əvvəllər də deyilirdi, amma son günlər tez-tez eşidirik. Lakin bizə rəsmi olaraq bir məlumat verən yoxdur. Dəqiq heç nə bilmirik. Sökülsə də, dövlət bizi çöldə qoymaz, yəqin başqa bir yerdə ev verərlər”. Binəqədi Gənclər Şəhərciyinin komendantı Rasim adlı şəxs ofisində olmadığı üçün onunla telefon əlaqəsi saxladıq. O isə bizə bu məsələlərə baş qoşmamağı məsləhət gördü: “Məhkəmə qərarı varsa, bu qərarı icra edən şöbə var. Bizə binaların söküləcəyi, sakinlərin köçürülməsi, binalardan çıxarılması və ya başqa məsələlərlə bağlı heç bir məlumat verilməyib. Mən də orada fəaliyyətimi dayandırmışam, indi həmin binalara “QaçqınKom” baxır. Bu binaların sökülməsinin jurnalistlərə nə dəxli var? Niyə maraqlanırsız, niyə araşdırırsız? Dövlət məsləhət bilsə, söküləcək”. Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, bu məsələni araşdırandan sonra açıqlama veriləcək.
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- Moskvadakı terrorda şübhəli bilinənlər belə həbs edildi –Saxlanılan zaman çəkilən FOTOLAR /VİDEO
23 mart 2024 14:36
- Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
23 mart 2024 14:05
- Emindən ilk - Reaksiya
23 mart 2024 08:04
- Araz və Emin Ağalarovlar hadisə yerində - Fotolar
23 mart 2024 07:54
- Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar+Yenilənib
16 mart 2024 19:05
- Prezident müasir təcili yardım maşınları ilə tanış oldu - Fotolar
16 mart 2024 10:45
- Bakıda 30 hektarlıq yeni park salınır (FOTO)
15 mart 2024 14:25
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41