“İngilislərin təşkil etdiyi Şeyx Səid üsyanı olmasaydı...”
Region21 oktyabr 2019 12:17
Türkiyənin "Hürriyyət” qəzeti 26-cı Baş Qərargah rəisi, təqaüdçü general İlkər Başbuğla geniş müsahibə dərc edib.
Qaynarinfo xəbər verir ki, müsahibədə Başbuğun "Osmanlıdan Cümhuriyyətə: Güc mərəkzələrinin savaşı” kitabının yenicə nəşr olunan davamıyla bağlı söhbət gedib. Kitabda "Niyə ziyalılarla insanlar arasında hər hansı bir mədəni bağ yaranmadı”, "Türk inqilabının fəlsəfəsi hansı düşüncə zərində qurulub”, "Milli burjuaziyanın olmaması Atatürk inqilablarının düzgün izah edilməməsinin səbəbidirmi”, "Şeyx Səid üsyanını Türkiyəyə qarşı hansı ölkə təşkil etmişdi” kimi mövzular yer alıb.
Müsahibənin Şeyx Səid üsyanıyla bağlı hissəsini təqdim edirik:
- Kitabınızdakı sualı olduğu kimi sizə vermək istəyirəm. Şeyx Səid üsyanı olmasa Türkiyə Mosulu itirərdimi?
- Şeyx Səid üsyanının arxasında İngiltərənin olduğuna aid dəqiq dəlillər olmasa da, şübhələr var. Kitapta da yazıldığı kimi, Bağdaddaki Fransız ali komissarının Parisdə XİN-ə göndərdiyi bir hesabat var. Orada Şeyx Səid üsyanının İngiltərə tərəfindən idarə edildiyi aydın şəkildə ifadə edilir. Hətta belə deyilir: "Şeyx Səid üsyanı İngiltərənin uğradığı məğlubiyyətdən sonra heç cür bağışlaya bilmədikləri Mustafa Kamala və Ankaradakı Məclisə qarşı yürütdükləri siyasətin bir parçasıdır”. Şeyx Səid üsyanında kürdlər ingilislər tərəfindən, din də Şeyx Səid tərəfindən istifadə olunub.
- Bu nəticəyə necə gəldiniz?
- Şeyx Səidin üsyandan qabaq Piranda etdiyi bir çıxış var: "Din və irfan mənbəyi olan mədrəsələr bağlandı. Şəriət və Evqaf Vəkaləti ləğv edildi. Qəzetlərdə dinimizə rəsmən həqarət edilir. Dini müdafiə etmək müsaəlmanın borcudur. Bu gün mənim əlim-ayağım tutsaydı, silaha sarılar, qılınca quraşanar, din düşmənlərinə qarşı döyüşməyə başlardım”, - deyir.
- Siyasət də gerçəkdən bu vəziyyətə uyğun idimi?
- Yeni qurulan Tərəqqipərvər Cümhuriyyət Firqəsinin (TCF) Ərzurum millət vəkilləri Ziyaəddin Əfəndi üsyandan iki həftə əvvəl belə bir çıxış edir: "Cümhuriyyət islahatları Türkiyəyə içki aləmindən, rəqsdən və çimərlik partilərindən başqa bir şey gətirmədi. Fahişəlik baş alıb getdi. Müsəlman qadınlar öz ləyaqətlərini itirmək üzrədir. Hamısından da əhəmiyyətlisi xalqın dini hissləri təhqir edilir. Yeni idarəçilik biz yalnız əxlaqsızlıq gətirib...”
- Elə isə Şeyx Səid üsyanı sizə görə, bir kürd etnik milliyyətçiliyi məsələsi deyil...
- Məncə, deyil. Əgər sadəcə kürt etnik milliyyyətçiliyinə dayansaydı, üsyan sadəcə Diyarbəkir və Gənc ilə məhdudlaşmaz, Tunceliyə, Muşa da ərazi baxımından yayılardı. Təbii, əhəmiyyətli olan Şeyx Səid üsyanıyla Mosul hadisəsinin eyni anda cərəyan etməsidir. Mustafa Kamalın dediyi kimi, daxili qalanız möhkəm deyilsə, xarici siyasətdə uğur qazanmaq imkanınız yoxdur. Bu, həmişə keçərli bir qaydadır... O üzdən bu gün də daim bunu deyirik. Çətin günlərdə ölkənin xarici problemlərlə çarpışdığı zamanlarda daxildəki bütünlük, birlik-bərabərlik çox əhəmiyyətlidir. Mənim fikrim budur ki, Şeyx Səid üsyanı olmasaydı, Mosulu itirməzdik. Mustafa Kamal buna bir çarə tapardı.
Xatırladaq ki, Şeyx Səid üsyanı (dövrün adı ilə: Gənc hadisəsi) 1925-ci il fevral-aprel aylarında baş verib. Cənub-şərqi Anadoluda mərkəzi hakimiyyətə qarşı olan kürd və zaza tayfalarının dəstəklədiyi Xilafət və kürd separatçı hərəkatı kimi tarixə keçib.
Üsyan 1925-cil aprelin 15-də yatırdılıb. İrana qaçmaq istəyən Şeyx Səid həbs edilib. Diyarbəkir İstiqlal Məhkəməsində mühakimə edilən üsyan rəhbərlərindən Şeyx Səid də daxil olmaqla 47 nəfər ölüm hökmünə məhkum edilib. Hökm məhkəmənin ertəsi günü gerçəkləşdirilib (28 iyun 1925).
Üsyanı dəstəkləyən əvvəlki Şura-i Dövlət rəhbərlərindən Kürd Təali Cəmiyyət rəisi Seyid Əbdülqadir və 12 tərəfdaşı İstanbulda həbs edilərək İstiqlal Məhkəməsində mühakimə edilmək üçün Diyarbəkirə gətirilib. Sonda Seyid Əbdülqadir və 5 dostu edama məhkum edilib (27 may 1925).
Bu üsyanın başlamasında Lozan Sülh Konfransı zamanı, İngiltərə ilə razılıq əldə edilməyən Mosul probleminin təsiri olduğunu göstərən bir sıra sənədlər var. Mustafa Kamal Atatürk hələ 1923-cu il, 14 yanvarda Əskişəhərdə etdiyi çıxışda Mosul-Kərkük probleminə toxunarkən bu problemə bağlı olaraq kürd dövləti probleminin olduğunu da bildirib:
"Mosul-Kərkük qədər əhəmiyyətli olan ikinci bir mövzu kürdlük problemidir. İngilislər orada (Şimali İraqda) bir kürd dövləti qurmaq istəyirlər. Bunu edərlərsə, bu düşüncə bizim sərhədlərimiz daxilində yaşayan kürdlərə də yayılar. Buna mane olmaq üçün sərhədi daha da cənuba çəkmək lazımdır”.
İngiltərənin səfiri Kidston 29 noyabr 1919-cu ildə Londona göndərdiyi heabatda yazırdı:
"Kürdlərə nə qədər güvənməsək də, onlardan istifadə etməyimiz mənfətimizə uyğun olar”.
İngiltərə baş naziri Lloyd Corc 19 may 1920-ci ildə San-Remodakı konfransda demişdi:
"Kürdlərin arxalarında böyük bir dövlət olmadıqca varlıqlarını davam etdirə bilməzlər. Türk rəhbərliyinə vərdiş etmiş olan kürdlərə yeni bir rəhbəri qəbul etdirmək çətin olacaqdır... ingilis mənfətlərini dağlıq hissələrində kürdlərin yaşadığı Mosul və içində olduğu Şimali İraq maraqlandırır. Mosulun bu bölgədən alınaraq yeni və müstəqil kürd dövlətinə verilə bilinəcəyi düşünülür. Lakin onu danışıq yolu ilə həll etmək çox çətindir”.
Lozanna konfransında Mosul probleminin İngiltərə və Türkiyə arasında ikili görüşmələrdə həll edilməsi, bu alınmasa da, məsələnin Millətlər Cəmiyyətinə aparılmasına qərar verilmişdi. 19 may 1924-cü ildə edilən görüşmələrdə nəticə əldə edilməmiş və İngiltərə məsələni 6 avqust 1924-cü ildə Millətlər Cəmiyyətinə çıxarmışdı. Şeyx Səid üsyanı ingilis işğal qüvvələrinin Şimali İraqda fövqəladə vəziyyət elan etdiyi, zabit məzuniyyətlərini ləğv etdiyi, bölgədəki qüvvələrini gözlənilmədən və səbəbsiz yerə anidən artırması zamanı meydana çıxmışdı. Bu zaman Müstəmləkələr naziri qəfildən Mosula qədər gəlmiş, güclü bir ingilis donanması isə Bəsrə limanına yan almışdı. Üsyanın yatırılmasından bir ay sonra imzalanan Ankara müqaviləsi ilə Mosul ingilislərin mandat əsasında idarəetməsində olan İraq hökumətinə buraxılmışdı.
Şeyx Səid üsyanının yatırılması Cümhuriyyət idarə üsulunun şərqi və cənub-şərqi Anadoluda idarəçiliyi tam təmin etməsininin mühum bir dönüş nöqtəsi olub. Digər tərəfdən üsyan nəticəsində bir müddət əvvəl yaradılmış çoxpartiyalı sistem ləğv edildi. Tərəqqipərvər Cümhuriyyət Firqəsi bağlanmış, üsyana qalxmış kürd və zaza tayfaları sürgün edilmişdi.
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya