Eks nazirin bankındakı saxta qızıl qalmaqalı: Brilyant və sikkələri bankdan kim çıxarıb?
Müsahibə6 avqust 2020 00:15
"Azəriqazbank"dakı (AGbank) saxta qızıl işi ilə bağlı qalmaqal böyüyür. Milyonlarla dəyəri olan qızılların kim tərəfindən saxtalaşdırıldığı araşdırılır.
Musavat.com xəbər verir ki, söhbət hazırda həbsdə olan və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Səmimi Eldar Yunis oğlunun cinayət işindən gedir.
Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Cinayət işinin materiallarında dələduzluq hadisənin bir çox ilginc məqamları üzə çıxıb.
Əvvəlcə qısa olaraq qeyd edək ki, Eldar Səmimi "Azəriqanbank"dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoyub. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb. Eldar Səmimi bu ittihamlarla suçlanır.
63 yaşlı Eldar Səmimi 1985-ci ildə Azərbaycan İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib.
1993-cü ildə "Azəriqazbank" təsis edildikdən sonra 2 ilə yaxın bankın müşahidə şurasının sədri olub. Həmçinin bankın həmtəsisçilərindən biri olub. Daha sonra "Azərbaycan Beynəlxalq Bankı"nda və "Mostbank"da da çalışıb. 1999-cu ildə Moskvaya gedərək orada banklardan birinin idarə heyətinin sədr müavini kimi çalışıb. 2010-cu ildə isə Azərbaycana qayıdıb və bir müddət Dövlət Sosial Müdafiə Fondunda çalışıb.
Eldar Səmimi 2012-ci ildə "Təzə bazar" yaxınlığında icarəyə yer götürərək lombard işlətməyə başlayıb. Lombard üçün Eldar Səmimi "AGbank"dan bir neçə dəfə kredit götürüb.
Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu ödəyə bilməyib. Faizlərlə birlikdə onun borcu 700 min manatı ötüb.
Eldar Səmimi borcunu ödəyə bilmədiyi üçün bank tərəfindən məhkəməyə verilib. Məhkəmə qərar verib ki, Eldar Səmiminin banka girov qoyduğu qızıl-zinət əşyaları (brilliant, qızıl sikkələr, antik qızıl əşyalar və.s) müsadirə edilərək onun borcuna yönləndirilsin.
Elə Eldar Səmimiyə qarşı ittihamlar da bundan sonra irəli sürülb. Sonra bank rəhbərliyi dəyişdikdə qızıl-zinət əşyalarının qiymətləndirilməsi aparılan zaman məlum olub ki, banka qoyulan əşyaların bəziləri qızıl deyilmiş.
Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş.
"Qiymətləndirmə Xidmət Mərkəzi" MMC-nin əməkdaşları tərəfindən müəyyən edilib ki, yuxarıda adı çəkilən əşyaların sadəcə üz hissəsi qızıl olub.
Eldar Səmimi isə bu işdə özünü təqsirli bilmir. Deyir ki, adı çəkilən əşyaların saxta olduğunu bilməyib. Onun sözlərinə görə, həmin əşyaları tanımadığı qızıl alverçisindən alıb.
Məhkəmə araşdırması davam edən zaman Eldar Səmiminin vəkili Vasif İsrafilov bir çox yeni faktları ortaya çıxarıb.
Vəkil məhkəməyə təqdim etdiyi vəsatətdə göstərib ki, müdafiə etdiyi şəxsə qarşı vahid niyyətlə banka məxsus 630 min manat pulu ələ keçirməklə dələduzluq etməsi barədə ittiham verilib.
"İttihamda yazılır ki, Eldar Səmimi banka həqiqi qızıl-zinnət əşyası kimi təqdim etdiyi 2 milyon 453 min manat dəyərində olan 4938 sayda bağlamanı 2013-cü ilin iyul ayından oktyabr ayına kimi təhvil-təslim aktları əsasında bankın girovundan çıxarıb. Amma iş materiallarında hər hansı bir təhvil-təslim aktı yoxdur. Yəni, qızıllar bankdan çıxarılmayıb.
İbtidai istintaq zamanı müstəntiq ən vacib ekspertiza olan məhkəmə-mühasibatlıq ekspertizasını təyin etməyib. Heç bir sübutu olmayan mütəxəssis rəyi ilə kifayətlənib”- deyə vəkil vəsatətində qeyd edib.
V.İsrafilov bildirib ki, mütəxəssisin rəyi yanlışdır. Çünki o, nə Eldar Səmiminin götürdüyü, nə də ödədiyi pulu düzgün hesablamayıb.
"İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Eldar Səmimi tərəfindən bütün müqavilələr üzrə bankdan 931 min manat pul götürülüb, 523 min manat isə geri ödənilib. Aradakı fərq 408 min manatdır. Eyni zamanda hesabdan çıxarışdan görünür ki, dövlət tərəfindən 205 min manat da kompensasiya kimi pul köçürülüb. Bununla da aydın görünür ki, zərərin miqdarı 203 min manatdır.
Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirəm ki, Eldar Səmimiyə qarşı qərəzli mövqedə olan Nəsimi rayon Məhkəməsi ona məxsus qızıl-zinət əşyalarını bazar qimyətindən çox-çox aşağı qiymətləndirib. Buna görə də məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməlidir.
Bundan başqa, 4938 sayda bağlamada qızılın bankdan girovdan çıxarılması barədə araşdırma aparılmalı, hansı əşyaların çıxarılması barədə təhvil-təslim aktlarının mövcudluğu müəyyənləşdirilməlidir”- vəkil vəsatətini əsaslandırarkən qeyd edib.
Vəkil bildirib ki, Eldar Səmimi özü bu gün zərərçəkmiş şəxsdir və onun külli miqdarda qızıl-zinnət əşyaları mənimsənilib, bankın əməkdaşları tərəfindən saxtalaşdırılıb:
"Eldar Səmimi tərəfindən banka girova qoyulmuş bütün əşyalar iki dəfə müxtəlif mütəxəssis tərəfindən yoxlanılıb. Heç bir uyğunsuzluq aşkar edilməyib və bankda saxlanca qoyulub. Bundan sonra üzərindən 6-7 il keçdikdən sonra Eldar Səmiminin iştirakı olmadan açılmış saxlancda saxlanılan xüsusi bağlamaların hansısa səbəbdən saxta olması deyilir və buna görə Eldar Səmimi məsuliyyətə cəlb olunur.
Qizil Gumus Zinnət əşyalarinin sərfəli qiymətə alişi və ...
Maraqlısı odur ki, qeyd olunan "faktlar” 2016-cı ildən sonra aşkarlanıb və həmin dövrdə bankın "İnşaatçılar” filialında məsul vəzifədə işləmiş, tam məsuliyyət daşıyan hazırki iş üzrə şahid qismində dindirilmiş filialın müdiri Ramil Əsgərov 2015-ci ildə, kredit mütəxəsissi Ceyhun Mehdiyev 2015-ci ildə, zərgər-mütəxəssis Kərim Manafov isə 2015-ci ildə bankdan öz ərizələri ilə işdən çıxıblar.
İş üzrə şahid qismində dindirilmiş zərgər-mütəxəssis Kərim Manafov ifadəsində bildirir ki, o, həmin məhsulları zərgərlikdə istifadə olunun xüsusi daş və reaktiv ilə yoxlayıb və onların üzərində qızıl qatının olmasını müəyyən edib.
İş materiallarında olan və Kərim Manafovun da imzaladığı təhvil-təslim aktından görünür ki, Eldar Səmiminin banka girov qoyduğu əşyalar həqiqətən də qızıldır. Eyni zamanda iş üzrə şahid qismində dindirilən zərgər-mütəxəssis Azad Quliyev girov qoyulan əşyaların əsl qızıl olduğunu təsdiq edib. Bu barədə ibtidai istintaq dövründə dəfələrlə müstəntiqə deyilməsinə baxmayaraq müstəntiq bu faktı araşdırmaqdan yayınıb.
Göründüyü kimi, qeyd etdiyim əşyaları ilkin yoxlama zamanı yuxarda qeyd etdiyim mütəxəsisslərin hər iksi yoxlayaraq üzərindəki qızılın 900 əyyardan yuxarı olmasını göstərib, lakin hazırda müəyyən olunur ki, mövcud əşyaların üzərindəki qızılın əyyarı 500-dür. Bu hal ona dəlalət edir ki, əşyalar sonradan məhz bankda olanda saxtalaşdırılıb”.
Müdafiəçi deyir ki, istintaq orqanı əşyaların bankda olarkən saxtalaşdırılmasının mümkünlüyünü belə araşdırmayıb.
Məhkəmə vəkilin vəsatətini təmin edib və ekspertiza təyin edilib.
Xatırladaq ki, qalmaqalın baş verdiyi bank sabiq MTN rəhbəri Eldar Mahmudovun nəzarətində olub. Eldar Mahmudovun ölkədən çıxardığı 5.5 milyard manatın böyük hissəsi məhz bu bank vasitəsi ilə xarici şirkətlərə köçürülüb.
Oxşar xəbərlər
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- Monqolustanda 40 dərəcə şaxta: 4,7 milyon heyvan tələf oldu və aclıq başladı
22 mart 2024 13:37
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Həkimlər 45 yaşlı qadının gözündən səkkiz santimetrlik budaq çıxarıb - FOTO
22 mart 2024 00:05
- Amerikalı kişi 3600 qartalı öldürdüyünü etiraf etdi
21 mart 2024 23:52
- Kişi mərc oyunlarından pul udubsa, onu arvadı ilə bölməlidir – Ali Məhkəmədən qərar
21 mart 2024 22:32
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya