“Heydər Əliyevə “bunu özünüz belə təsdiqləmisiz” deyəndə
Maqazin26 may 2020 20:08
"Azərbaycanda ciddi kadr qıtlığı var”.
Qaynarinfo xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. Ekspert bildirib ki, ölkədə kadr islahatları davam edir:
"Bu, çox yaxşı haldır. Köhnə kadrların mütləq əksəriyyətindən əhali və sahibkarlar narazıdır. İndi əsas odur ki, köhnə kadrları daha yaxşıları əvəz etsin. Azərbaycanda yüksək vəzifəli şəxslərin əksəriyyətini prezident təyin edir. Bir tərəfdən – təyin edilənlərin məsuliyyəti və s. baxımından – bu yaxşıdır. Lakin digər tərəfdən, bu o deməkdir ki, dövlət başçısı təyin edilənlərin çoxunu yaxşı tanımır (fiziki olaraq tanıya bilməz!) və daha çox ona verilən təqdimatları rəhbər tutur.
Xatırlayıram, mərhum Heydər Əliyev hava limanındakı problemləri müşavirədə müzakirə edərkən təəccüblənmişdi ki, orada niyə prokuror var. Ona dedilər ki, özünüz strukturu belə təsdiqləmisiz. O da cavab verdi ki, siz təqdim etmisiz də mənə həmin strukturu. Hər bir rəhbərin, həmçinin dövlət başçısının müşavirləri ona özlərinə sərf etdiyi istiqamətdə təsir etməyə çalışır. Xüsusilə kadr məsələsində. Azərbaycanda ciddi kadr qıtlığı var (elə bu səbəbdən də bir sıra yarıtmaz məmurları dəyişmək olmur, yerinə adekvat namizəd yoxdur və ya məlum deyil). Və əlbəttə ki, bundan sui-istifadə cəhdləri də mövcuddur. Bir neçə ay əvvəl möhtərəm prezidentimiz özü etiraf etdi ki, ondan bəzi məlumatları gizlədirlər və o, sonuncuları mətbuatdan öyrənir. Hətta adi şirkət rəhbəri də deyə bilməz ki, heç vaxt kadr seçəndə səhvə yol verməyib. Halbuki hərtərəfli yoxlamaq üçün daha çox imkanı var. O cümlədən ona görə ki, bununla həmişə məşğul olmur. Dövlət başçısı isə bununla daim məşğuldur. Çox çətin vəzifədir”.
Ekspertin fikrincə, yeni kadrlar ya dövlət qurumlarının, ya da biznesin (iri holdinqlərin) yetirmələridir:
"Hamısının ali təhsili, müəyyən təcrübəsi, alicənab xarici görünüşü və s. var. Çoxunun hətta xarici təhsili də var (düzdür, Almaniya təhsilindən başqa digər xarici təhsil mahiyyətinə varmadan hələ heç nə demək deyil, amma məhz alman təhsili olan haradasa yoxdur). Bəzilərinin elmi işləri, məqalələri və müsahibələri var. Amma əksər hallarda onların mahiyyətinə baxan yoxdur. Belələri çoxdur. Seçim etmək üçün meyar deyil. Hətta kiminsə qohumu olması da meyar deyil. Qohum qohuma cavabdeh deyil!
Bəs nədir meyar? Əsas odur ki, əvvəlki iş yerlərində nə qədər uğurlu olublar? Bax, məhz bu da problemdir. ASAN Xidmət istisna olmaqla Azərbaycanda uğur hekayəsi olan dövlət qurumu yoxdur. İri holdinqlərin də demək olar ki, hamısı uğursuzdur: formal uğurları varsa belə, kadrlarının deyil, daha çox inzibati resursun nailiyyətidir. Çoxunun ayaqda qalması göstərici deyil. Əks halda, eyni məntiqlə müxalifət partiyalarının da pis-yaxşı ayaqda qalmasına uğur demək olardı”.
Əkrəm Həsənov qeyd edib ki, müxalifət fəalları ölkədə gedən kadr dəyişikliklərində iştirak etsinlər:
"Müxalifət partiyalarının gənc fəallarına da tövsiyə edirəm ki, boş-boş (həmçinin bəzən dövlətimiz üçün zərərli!) işlərlə məşğul olmağa son qoysunlar və ölkədə gedən kadr dəyişikliklərində iştirak etsinlər. Deməli, düzgün seçim etmək üçün hər bir kadr barəsində daha çox insanın fikrini öyrənmək lazımdır. Bunun üçün də bir yol var – Prezidentin publik kadr ehtiyatının formalaşdırılması. Özü də müxtəlif yollarla. Məsələn, ötən il dövlət başçısı kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş” müsabiqəsini təsis etmişdi. Əla təşəbbüsdür. Yəqin ki, yaxında nəticələrini görəcəyik. Həmin müsabiqənin qaliblərini prezidentin kadr ehtiyatına daxil etmək lazımdır. Lakin ehtiyat başqa yollarla da formalaşdırılmalıdır, çünki yetişmiş və təcrübəli kadrların bir qismi müsabiqədə iştirak etməyə də bilər. Onlar ehtiyat siyahısına tövsiyə yolu ilə daxil edilməlidir. Nəinki yüksək vəzifəli şəxslər, həmçinin Prezidentin etimad göstərdiyi şəxslər də həmin ehtiyata namizədlərini daxil etmək imkanına malik olmalıdır. Bu siyahı da Prezidentin saytında dərc edilməlidir. Qoy ictimai müzakirələr olsun. Son qərarı isə təbii, prezident özü verəcək”.
Ekspert bldirib ki, bu mexanizm bir sıra xoşagəlməz halların, söz-söhbətlərin ("savadsızdır”, "ingiliscə pis danışır”, "filankəsin qohumudur” və s. və i.a.) qarşısını alacaq:
"İctimaiyyət dövlət başçısına vaxtında dəstək olar. Hazırda isə vəzifəyə təyinatdan sonra təyin olunan barədə kiminsə mənfi fikir bildirməsi həm yersiz olur, həm də mənasız. Əvvəla, belə çıxır ki, sanki mənfi fikir bildirən prezidentə etiraz edir. Amma ona elə gəlir ki, prezidentə bilmədiyi məlumatı çatdırır. Ola bilər ki, prezident həqiqətən həmin məlumatı bilməyib. Amma elə də ola bilər ki, bilib, lakin yoxlayıb və nəticədə lazım bildiyi qərarı verib. Bu məlumatın sonradan deyil, əvvəlcədən verilməsi lazımdır. Çünki qərar səhv olubsa belə, onu dəyişmək də idarəçiliyin sabitliyi baxımından düzgün deyil. Təyin olunana işləməyə vaxt və imkan verilməlidir. İnsanı sındırmaq da olmaz axı. Cinayətkar deyil ki. Sadəcə təyin olunduğu vəzifəyə uyğun gəlmir”.
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 2024 10:44
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya