Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
Vəzifəsinin kiçik olmasına baxmayaraq o, həmişə böyüklərin ətrafında olub. Özü də rəsmi tədbirlərdə yox, ziyafətlərdə, bağ məclislərində, siyasi liderlərin istirahət məkanlarında. Milliyyətcə tatar olan Əhməd Səttarov 1959-1972-ci illərdə rəsmi ştat vahidi ilə Mərkəzi Komitənin ziyafətlərində baş xidmətçi vəzifəsini daşıyıb. O, ali təhsilli filoloq olsa da daha yüksək maaşa görə bu seçimi edib. Hərbi xidmətdən qayıtdıqdan sonra hərbi komissarlıqda ona partiya və hökumət rəhbərlərinin tədbirlərində xidmətçi kimi işləmək üçün xüsusi kursa getmək təklif olunub. Əhməd bu təklifdən imtina etməyib. 3 illik kurslardan sonra o, Kremlə təyinat alıb, xüsusi qrupun üzvü olub. İşə qəbul olunmazdan əvvəl xidməti ilə bağlı 25 il müddətində onun tərəfindən heç bir məlumatın verilməməsi ilə bağlı sənədə imza atıb.
13 illik xidməti illərində Əhməd Səttarov çox maraqlı hadisələrlə üzləşib və o, 25 illik “qadağa” müddəti bitdikdən sonra həmin hadisələr haqqında kitab da çap etdirib.
Dolanışığın və təminatın yaxşı olmasına baxmayaraq Səttarov 1972-ci ildə könüllü olaraq öz işindən ayrılmaq qərarını verib. O, xatirələrində bununla bağlı aşağıdakı açıqlamaları verib:
“Mərkəzi Komitədə işləmək çoxlarının böyük arzusu idi. Bunun birinci səbəbi o idi ki, çox yüksək sayılan bir maaş alırdıq, 500-dən yuxarı. Elə o həcmdə mütəmadi olaraq pul mükafatları da yazılırdı. Moskvanın ən gözəl yerlərindən biri olan Kutuzov prospektində mənzil vermişdilər mənə. İşdən evə, evdən işə getməyim üçün xidməti avtomobil ayrılmışdı. Bu avtomobil bir neçə nəfərə xidmət edirdi. Ziyafətlərdən sonra süfrədə nə qalırdısa, onları götürməyə icazə verirdilər. Bu isə kifayət qədər əl dəyilməmiş yemək və içkilər demək idi. Elə vaxt olub ki, hansısa səbəbdən su kəsilib, mən əllərimi çox bahalı konyakla yumuşam. Bir sözlə, maddi durum yüksək səviyyədə idi. Amma bütün bunlarla yanaşı sərt qadağalar, gərgin iş rejimi, səfərlər məni yorurdu. Bəzən birincilərin məclisləri gecə yarıyadək davam edirdi. Qədəhlər dolub boşaldıqca kaprizlər də artırdı. Bütün bunlara isə dözmək lazım gəlirdi. Mən baş xidmətçi idim. Birinci şəxslərə birbaşa özüm xidmət edirdim. Xruşşovla işləmək çətin idi. O, çox tez-tez bizi çıxılmaz vəziyyətdə qoyurdu. Nikita Sergeyeviç masaya düzülmüş bıçaq, çəngəl, qaşıq, müxtəlif ölçülərdə olan boşqabların istifadə təyinatını bilmirdi. Ali məclislərdə xarici qonalar belə məsələlərə xüsusi diqqət edirdilər.
Bu günə kimi xatırlayıram, mötəbər məclislərin birində qaban əti yeyilib süfrədən yığışdırılanda Xruşşova əllərini təmizləmək üçün kiçik bir qabda limonlu su gətirdilər. Həmin suyun içində bir neçə limon dilimi də var idi. Xruşşov bunu görcək əlini tez qaba salıb suda üzən limonu tutdu və ağzına dürtdü. Süfrənin üstündə isə kifayət qədər dilimlənmiş limon var idi. Xruşşovun ziyafətlərdə xoşagəlməz xüsusiyyətlərindən biri özünü çox səsli-küylü aparması idi. O, qonaqları nəzərə almırdı və elə düşünürdü ki, nə yeyirsə, nə içirsə, qonalar da onun seçiminə tabe olmalıdır. Bu mənada Brejnev daha mədəni idi. Leonid İliç məclislərdə təşəbbüskarlığı qonaqlara verirdi. Brejnevin isə ən dözülməz xüsusiyyəti ziyafət zamanı masa arxasında siqaret çəkməsi idi. Siqaretlə bağlı ona heç kim söz deyə bilməzdi. Brejnev ziyafətlərdə istifadə olunan qab-qacaqlara da xüsusi diqqət yetirirdi. Onun üçün qabların hansı materialdan hazırlanması və istehsal edən ölkə maraqlı deyildi, əsas məsələ o idi ki, qablarda SSRİ-nin gerbi olsun…”
Öz işini yüksək səviyyədə icra edən Əhməd Səttarovdan bəzən narazı qalanlar da olub. Çörçillin oğlu SSRİ-də səfərdə olarkən qonağa xidmət etmək Əhməd Səttarova həvalə olunub. Amma elə birinci gündən münasibətlərdə problem yaranıb. Nahar fasiləsində Çörçillin oğlu konyak və qara kürü sifariş edib. Səttarov sifariş olunanları zövqlə qonağın masasına düzüb. Qonaq bir qədəh konyak içib və heç nə yeməyib, yəni kürüyə əl vurmayıb. İkinci qədəhi içdikdən sonra isə çox yüksək tonla Səttarovun üstünə qışqırıb.
-Bəs yağ hanı? Niyə yağ gətirməmisiniz?
-Cənab, siz yağ sifariş etməmisiniz. Həm də sizin xarici görünüşünüzə baxanda fizioloji durumunuzu nəzərə alıb düşündüm ki, bu vəziyyətdə siz könüllü olaraq yağdan imtina edirsiniz.
Kiçik Çörçill elə həmin gün Əhməd Səttarovdan şikayət edib. Məsələ araşdırıldıqdan sonra xidmətçinin heç bir günahı olmadığı bir daha aşkar olunub.
Əhməd Səttarov 1972-ci ildə işdən azad olunmağı ilə bağlı könüllü ərizə yazıb. Bu ərizə Mərkəzi Komitədə ən yüksək səviyyələrdə müzakirəyə çevrilib. Hətta onu şantaj da ediblər. Əvvəlcə o, DTK-ya çağırılıb, işdən nəyə görə çıxmaq istədiyi soruşulub. Baş xidmətçi çox qısa şəkildə səbəbi izah edib:
-Mən ali təhsilli filoloqam. Hələ 10 yaşım olanda şeirlər yazmışam, bədii yaradıcılığa həvəs göstərmişəm. Hazırda buna ciddi ehtiyac duyuram. Bu işimdə isə vaxt baxımından yaradıcılıqla məşğul olmaq mümkün deyil. Səbəb budur.
DTK əməkdaşı isə səbəbi başqa səmtə yozub:
-Bəlkə partiyanın yürütdüyü siyasət sizi qane etmir? Məncə səbəb budur. Siz 13 ildir bu vəzifədə çalışırsınız, amma Kommunist Partiyasının üzvü deyilsiniz.
Bu cür sorğu-suallar bir-neçə ay davam edib. Bu ərəfədə SSRİ xarici işlər naziri Andrey Qromıko Əhməd Səttarovu yanına dəvət edib:
-Mənim sizə bir təklifim var. Siz öz işinizi mükəmməl bilirsiniz. Təklif edirəm fəaliyyətinizi bizim nazirlikdə davam etdirəsiniz. Bizim xarici qonaqlarımız daha çox olur. Sizi rəsmi işə qəbul edəcəyik. Bir müddət sonra diplomatik təhsil almağınıza da kömək edərik və gələcək fəaliyyətinizi bu sahədə davam etdirərsiniz.
Əhməd Səttarov bütün təkliflərdən imtina edib. O, Kremldən ayrıldıqdan sonra bütün fəaliyyətini yaradıcılığa bağlayıb, kitabları çap olunub, yazdığı şeirlərə mahnılar bəstələnib, Tatarıstanın əməkdar mədəniyyət işçisi adına layiq görülüb, Rusiya Yazıçılar İttifaqının üzvü olub.
Əhməd Səttarov 2018-ci ildə vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
4 may 2024 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
3 may 2024 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
3 may 2024 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
3 may 2024 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15