Cabbarovla Bayramovun kadrı Mətləb Hüseynov 9 saylı Peşə Liseyində nələr etməyib ?
Ölkəmizdə peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük ehtiyac var və bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir.
Ancaq təəssüf ki, bəzi peşə liseylərinin rəhbərləri dövlətin bu sahəyə qayğısını və ayırdığı vəsaiti öz şəxsi maraqları üçün istifadə edir, hətta qanunsuzluqlara imza atmaqdan çəkinmir, bəzi hallarda cinayətə yol verirlər.
Belə lisey direktorlarından biri də hazırda 12 saylı Bakı Peşə Liseyinə rəhbərlik edən Hüseynov Mətləb Eldar oğludur. Gəlin cənab Mətləb Hüseynovun pedoqoji fəaliyyətinə qısa nəzər salaq. Əvvəllər Bakı Sənaye-Pedoqoji Kollecində çalışan Mətləb Hüseynovun əməlləri barədə kollecin bütün kollektivi məlumatlı idi, hətta bu məsələ hüquq-mühafizə orqanlarında da araşdırılıb.
Belə olan halda o zamankı təhsil naziri Mikayıl Cabbarov 30 oktyabr 2015-ci il tarixdə Mətləb Hüseynovu 9 saylı Bakı Peşə Liseyinə direktor təyin edəndə niyə ondan soruşmadı ki, səni niyə kollecdən uzaqlaşdırıblar, saxta diplomu kim satıb, buna görə kim həbs olunub? Mikayıl Cabbarov onun əməllərindən bəlkə məlumatsız idi ?
Yaxşı, tutaq ki, Mikayıl Cabbarov "gözünü yumub", "deputat oğlu Samirin xatirinə " Mətləb Hüseyova etimad göstərərək onu 9 saylı liseyə direktor təyin edib. Görək, yeni direktor cənab nazirin və Samirin etimadını necə doğruldub?
Az qala bütün ölkə mediası 9 saylı liseyin direktorunun qanunsuz əməllərindən yazsa da nəticəsi olmayıb.
Mediada gedən məlumatlara görə, o, liseyin balansında olan sürüş təlim avtomobilini öz şəxsi işləri üçün qeyri-qanuni istismar edib, istismara tam yararsız digər avtomobilə sürücü işə qəbul edib, sürücü heç vaxt işə gəlməyib, onun maaşı mənimsənilib, işə çıxmayan 3 gözətçidən birinin maaşı mənimsənilib, fəhlə ştatına götürülən şəxsin maaşını kimsə alıb, 15-20 il iş təcrübəsi olanları vəzifədən azad edib və onların yerinə bu sahədən heç bir xəbəri olmayan şəxsləri təyin edib, qanunsuz olduğu halda lazımi iş təcrübəsi və ali təhsili olmayanlara dərs saatı verib və s. Direktorun qanunsuz əməlləri bir deyil, iki deyil, üç deyil...Mətləb Hüseynov 9 saylı liseyə direktor təyin olunan kimi özbaşına qeyri-qanuni komissiya təşkil edib ki, onların da nə məktəbə, nə də ki, nazirliyə heç bir aidiyyəti yoxdur. Və həmin qanunsuz yoxlamaların nəticəsi olaraq qərar qəbul edib və bəzi müəllimlər, istehsalat təlimi ustalarını işindən də uzaqlaşdırıb. Və həmin şəxslərin yerinə qanunsuz olaraq işçilər götürüb. Və bütün bunlardan xəbər tutan Təhsil Nazirliyi, Agentlik və Korrupsiyaya qarşı Mübarizə İdarəsi məsələyə qarışmalı olub. Nəticədə Mətləb Hüseynov 9 saylı Peşə Liseyinin direktoru vəzifəsindən azad edilib. Amma nə faydası ? Vəzifəsini itirən Mətləb Hüseynov ən yaxşı müdafiə hücumdur deyərək, haray-həşir salıb, "mənim 40 limonumu qaytarın", "bu xəmir çox su aparacaq", "açaram haa, tökərəm haa.." deyərək Təhsil Nazirliyinə, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinə hücuma keçib. Bunu eşidən qurumların rəhbərləri 1 ay öncə Mətləb Hüseynovu yenidən başqa bir liseyə - 12 saylı Bakı Peşə Liseyinə direktor təyin etməyə məcbur olublar.
NUH.az-a 9 saylı liseydən daxil olan məlumata görə, hazırda 9 saylı liseyə yeni təyin olunan xanım direktor keçmiş həmkarı Mətləb Hüseynovun qanunsuz əməllərini görəndə dəhşətə gəlib və tələb edib ki, 9 saylı liseydə təcili yoxlama aparılsın.
NUH.az-a daxil olan digər məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi hazırda 9 saylı liseydə yoxlama aparır. Mətləb Hüseynovu hansı aqibətin gözlədiyi yaxın günlərdə bəlli olacaq.
P.S. Görəsən, yeni təhsil nazirimiz Ceyhun Bayramovun, Agentliyin təzə direktor əvəzi cənab Pərviz Yusifovun "karusel lisey direktoru" Mətləb Hüseynovun əməllərindən xəbəri yoxdur ?
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- Moskvada terror aktında azərbaycanlı Vüqar Hüseynov həlak olub
23 mart 2024 14:53
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05