Səfər Mehdiyevin baldızı oğlunun gömrük hökmranlığı - Bazar qiymətlərini müəyyən edir...
İdman17 iyul 2019 16:30
Sahibkarlara qarşı qanunsuz maneələr yaradan Rəfail Niftəliyev "Rovel Trading” şirkətinə 10 min manata yaxın zərər vurub
Gömrüyün Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olduğunu hamımız bilirik. Xatırladaq ki, uzun illər bu qurumda sədrin birinci müavini olaraq çalışan Səfər Mehdiyev bu qurumun rəhbərliyinə təyinat alarkən təcrübəli bir şəxs kimi qurumdakı neqativ halların qarşısını alacağı ilə bağlı bəyanat vermişdi. Hətta qurum rəhbəri bir müddət sonra Gömrükdə monopoliyanın aradan qaldırıldığını və rüşvətin qurumdan yığışdırıldığını bəyan etmişdi. Bu gurultulu bəyanat cəmiyyətdə heç də bir mənalı olaraq qarşılanmamış və bir çoxları bu bəyanatı "dekorativ” xarakterli olduğunu bildirmişdi. Həmin şəxslərin yanılmadıqları da qısa müddət sonra ortaya çıxdı. "Gömrükdə monopoliya və rüşvət olduğu sübut olunsa, mən istefa verəcəm”, kimi gurultulu bir bəyanat verən Gömrük Komitəsinin sədrinin qarşısına ciddi monopoliya faktları qoyulsa da, Komitə sədri iddialara və iradlara susmaqla cavab verdi.
Gömrükdə qanunsuzluqla üzləşən növbəti iş adamı PİA.az-a müraciət edərək Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyevin qanunsuz tələblərindən şikayətçi olub.
Gömrük Komitəsi bazarda qiymətin aşağı düşməsinə qarşıdır...
"Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov bildirib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev qanunsuz olaraq 10 gündür ki, Türkiyədən gətirdikləri və Azərbaycanda rəsmi təmsilçiləri olduqları türk brendini qanunsuz olaraq gömrükdə saxlayıb. Səbəb isə Gömrük bəyannaməsində elektrik akkumulyatorlarının qiymətinin aşağı göstərilməsini bildirirlər. Halbuki "Rovel Trading” şirkəti Komitəyə orijinal invoysu, yəni e-qaiməni təqdim edib. Gömrük Komitəsinin məsul şəxsləri məsələ ilə bağlı Türkiyəyə də sorğu yolayıblar və sorğuya gələn cavabda Komitəyə təqdim olunan e-qaimə təsdiqlənib. Buna baxmayaraq Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev Türkiyədən gələn "TIR”-ın gömrükdən buraxılmaması ilə bağlı göstəriş verib. Qeyd edək ki, Rəfail Niftəliyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin baldızı oğludur və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsində xüsusi səlahiyətlərə və hömranlığa sahib olan birisidir.
İntiqam Həsənov bildirir ki, dünya bazarında qurğuşunun qiyməti təqribən 10-15 % aşağı düşdüyünə görə akumlyatorların da qiyməti həmin nisbətdə aşağı düşüb və buna görə də onlar elektrik akkumulyatorlarını daha ucuz qiymətə idxal ediblər və həmin akkumulyatorlar da Azərbaycanda 10-15% aşağı qiymətə satılacaq. Lakin bütün bunlara baxmayaraq Rəfail Niftəliyev akumlyatorları ölkəyə buraxmamaqda israr etməkdədir. Komitə ciddi-cəhdlə sahibkarın 10 200 manatlıq dəyər fərqini ödəməli olduğu ilə bağlı bildiriş göndərib. Hətta akkumulyatorı "Rovel Trading” şirkətinin anbarında saxlanca verilməsi ilə bağlı Bakı 1 saylı İnzibati Məhkəməsinin qərarı olsa belə, Rafael Niftəliyev məhkəmə qərarına tabe olmur və dolayısı ilə Səfər Mehdiyevin baldızı oğlu məhkəmələri belə vecinə almadığını ortaya qoyur.
Sahibkarın fikrincə, Rəfail Niftəliyev kimi məmurlar süründürməçilik və qanunsuz manelər yaratmasa, belə süni qiymət artımı olmaz və vətəndaşlar da məhsulu ucuz əldə edər (indiki halda ən az 10%).
Diplomsuz şöbə müdiri
İntiqam Həsənov bildirir ki, Rəfail Niftəliyev türk brendinin rəsmi Azərbaycan təmsilçiliyini edən "Rovel Trading” şirkətinə qarşı ilk dəfədir ki, belə manelər yaratmır. 2016-cı ildə də eyni vəziyyətlə üzləşib. "Rovel Trading” şirkətinin direktoru bildirib ki, Rəfail Niftəliyevin onlara qarşı qərəzi daha əvvəldə olub. Buna səbəb isə şirkət ondan "Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi Qaydaları” ilə bağlı Nazirlər Kabinetinin 167 nömrəli qərarın 2-ci bəndinə uyğun olaraq müvafiq sənədlər tələb ediblər. Rəfail Niftəliyev qərarda göstərilən əsaslar olmadan sənədləri təqdim etməkdən imtina edib və Nazirlər Kabinetinin qərarına əməl etməyərək qanun pozuntusuna yol verib. Bundan sonra isə Rəfail Niftəliyev davamlı olaraq onların şirkətinə təzyiqlər edib və bu təzyiqlər bu gündə davam edir. Gömrükdəki qaynaqlardan əldə etdiyimiz məlumata görə, doğurdan da, Rəfail Niftəliyevin müvafiq diplomu yoxdur və o, uzun illərdir bu sahədə çalışmasını və polkovnik rütbəsinə, şöbə müdiri vəzifəsinə qədər yüksəlməsində ancaq Səfər Mehdiyevin baldızı oğlu olmasına borcludur.
Səfər Mehdiyev "Rovel Trading” şirkətininin məktubuna cavab vermir
"Rovel Trading” şirkətinin direktoru Gömrük Komitəsində Vüqar Əhmədovun və tənzimləmələr şöbəsinin rəisi Fuad Qaralovun qəbulunda olsa da, hər dəfə ona bildiriblər ki, onlar bu məsələnin həllində acizdirlər və heç bir şey edə bilməzlər. Eyni zamanda söhbət arasında İntiqam Həsənovun nəzərinə çatdırılıb ki, bu məsələni ya Səfər Mehdiyev, ya da elə Rəfael Niftəliyevin özü həll edə bilər. Başqa məsul şəxslər də bu məsələdə acizdirlər.
İntiqam Həsənov bildirir ki. məsələ ilə bağlı o, Səfər Mehdiyevə məktub yazıb. Məktuba isə cavab almayıb. Halbuki onun məktubunun ünvana çatması ilə bağlı ona məlumat dəxil olub.
İş adamı 10 min manatdan artıq ziyana düşdüyünü bildirir
İntiqam Həsənov qeyd edib ki, o hal-hazırda onların malını ölkəyə gətirilən "TIR” Gömrük Komitəsinin qarajında "girov” saxlanılır və sürücü antisanitar şəraitdə yaşamağa məhkum edilib. Ötən 10 gün müddətində isə sürücünün anbarda gözlədiyi hər bir gün sahibkara 100 dollara başa gəlir, bundan əlavə anbarın rüsumu və müştərilərinə vaxtında məhsulu çatdıra bilmədiyinə görə şirkətə 10 000 manata yaxın maddi zərər çəkib..
İntiqam Həsənov onu da qeyd edir ki, o və bütün nəsli 1993-cü ildən Ulu Öndər H.Əliyevin yoluna xidmət edib və prezident İlham Əliyevin siyasi iqtisadi islahatlarını cani-dildən müdafiə edir: "Mən həmişə möhtərəm prezidentimizin siyasi və iqtisadi kursuna sadiq olmuşam və sadiq olmaqda davam edəcəm. Lakin belə görünür ki, Rəfail Niftəliyev kimilər prezidentimizin siyasi kursuna qarşı təxribatla məşğul olurlar və ölkə bazarında ucuzlaşmaya çıxırlar. Bu da onu göstərir ki, bəzi məmurlar, doğrudan da, prezidentimizin apardığı islahatları sabotaj etməklə məşğul olurlar və bu sabotajın əsas yuvalarından biri də Gömrük Komitəsidir. Necə ola bilir ki, başqa şirkətlər ölkəyə gətirdikləri akkumulyatorları 17 dollara qeydiyata alınır, bundan baha qiymətə idxal etdiyimiz akkumulyatorlar isə qiymətinin aşağı olduğu deyilib, ölkəyə buraxılmır”, deyə iş adamı bildirib.
Qısa idxal prosedurun da Komitə tərəfindən icra olunmadığına deyən İntiqam Həsənov 2015-ci ildə ölkə prezidenti cənab İlham Əliyevin Etilen-Polietilen zavadonun açılışında dediyi nitqə əsaslanaraq müraciətini bu sözlərlə bitirdi:"Mən həmişə dövlətimizə,dövlətçiliyimizə bağlı biri olmuşam. Ölkə başçımız cənab İlham Əliyev hər zaman bildirib ki, dövlətimiz sahibkarlığa həmişə dəstək olub və olacaq. Sahibkarlar isə gərək haqsızlıq qarşısında susmasın və səslərini çıxarsınlar. Rəfail Niftəliyev Səfər Mehdiyevin adından istifadə edərək bizə qarşı təzyiq formaşdırır. Mən inanmıram ki, Səfər Mehdiyevin və ya hər hansı Gömrük strukturunda çalışan məmurun mənimlə ədavəti olsun. Bu qanunsuz əməllər Rəfail Niftəliyevin adına yazılmalıdır və əminəm ki, dövlətimiz bu özbaşınalığa son qoyulacaq"
Qeyd edək ki, məsələ ilə bağlı Gömrük Komitəsinin Mətbuat Xidmətinin Katibi Natiq Axundova dəfələrlə zəng etsək də, zənglərimizə cavab verilmədi.
Oxşar xəbərlər
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 2024 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya