ABŞ-ı qıcıqlandıran Aşurbəyli - “S-400”ü necə ixtira edib?
Bir neçə gündür KİV-də Türkiyənin Rusiyadan aldığı, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olan “S-400” raketlərini azərbaycanlı İqor Aşurbəylinin yaratması ilə bağlı məlumatlar geniş əks olunub. Bildirilir ki, Rusiyanın ən gizli şirkətlərindən biri olan “Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli “S-300 Favorit” və “S-400 Triumf” raketlərini ixtira edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, ixtiraçı-mühəndis bir neçə həftə öncə İTV-yə müsahibə verib.
Suriyada rus silahını bütün dünyaya tanıtdırması ilə məşhurlaşan alim bildirib ki, o, uzun müddət “S-300” və “S-400” zenit-raket koplekslərini hazırlayan “Almaz-Antey” hərbi-sənaye kompleksinin baş direktoru olub:
“Məhz mənim rəhbərliyim altında “S-300” sistemləri hazırlanıb və Azərbaycana göndərilib. Bilirəm ki, həmin komplekslər hərbi paradda da nümayiş olunur.
O ki, qaldı bu silahın Azərbaycan üçün əhəmiyyətinə, onu deyə bilərəm ki, “S-300” kompleksi real geosiyası müdafiə silahıdır. Bu silah Azərbaycana öz hava məkanının suverenliyini qorumaq imkanı verir. Hesab edirəm ki, “S-300”lərə sahib olan Azərbaycan səması etibarlı qapadılıb. Hətta, Azərbaycan bu sxemə malik olmaqla həm də qonşu ölkənin hava məkanını 150 km-dən çox məsafədən nəzarətdə saxlaya bilir”.
İqor Aşurbəyli Türkiyənin Rusiyadan “S-400 Triumf” zenit raket kompleksini alması ətrafında yaranan vəziyyəti də şərh edib. Onun fikrincə, gələcəkdə Rusiya ilə Türkiyənin “S-400” sistemlərini birgə istehsal etməsi mümkündür:
“Əlbəttə ki, bu,mümkündür. Bu, silah ticarətində beynəlxalq təcrübədir. Alıcı ölkə hər zaman istehsalın bir hissəsinin öz ölkəsinin ərazisində olmasını istəyir. İlk növbədə, həmin ölkə öz sənayesini yükləmək, ikincisi isə yeni texnologiyanı mənimsəmək və gələcəkdə həmin sistemləri özü istehsal etmək istəyir. Bura bariz nümunə Çindir. İyirmi ildən çoxdur ki, Rusiyadan “S-300"ləri alırdılar. Sonradan dedilər ki, daha almayacağıq, özümüz istehsal edəcəyik. Amma nəsə alınmadı. İndi bizdən “S-400” komplekslərini alırlar”.
İxtiraçı-mühəndis ABŞ-ın “S-400"lərlə bağlı Türkiyəyə təzyiqi məsələsinə də münasibət bildirib.
Aşurbəyli qeyd edib ki, bir sıra texniki göstəricilərinə görə, “S-400” zenit-raket komplekslərinin dünyada analoqu mövcud deyil və bu, Vaşinqtonu qıcıqlandıran əsas səbəblərdən biridir. Digər səbəb isə, ABŞ-ın silah bazarını monopoliyaya almağa cəhd etməsidir.
Xatırladaq ki, əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub.
“Sosium” holdinqin Direktorlar Şurasının sədri, KB-1 “Almaz” elmi-sənaye birliyinin elmi rəhbəridir. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, 2001-2011-ci illərdə “Almaz-Antey” konstruktor bürosunun rəhbəri olub, texnika elmləri doktorudur. 12 oktyabr 2016-cı ildə bəşəriyyət tarixində ilk dəfə olaraq kosmik dövlətin – Asqardiyanın yaradıldığını elan edib, hazırda onun kralıdır.
İ.Aşurbəyli həmçinin, 100-dən çox elmi əsərin, o cümlədən bir ensiklopediya və iki monoqrafiyanın müəllifi, onlarla mükafatın laureatıdır.
Onu da bildirək ki, İ.Aşurbəylinin mənsub olduğu Aşurbəyovlar Azərbaycan xalqının məşhur soylarından biridir. Nəslin kökündə Aşur xan Avşar dayanır. O, Avşar elindəndir. Bu el haqqında məlumatlar XVIII əsrə gedib çıxır. Məşhur Nadir şah Əfşar da bu tayfadandır. Bu nəsildən Təzə Pir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara Aşurbəyli kimi şəxsiyyətlər çıxıb.
O, görkəmli alim Rafiq Əliyevin aspirantı olub.
1983-cü ildə İ.Aşurbəyli Viktoriya adlı xanımla ailə həyatı qurub, bir il sonra isə onların oğlu – Ruslan dünyaya gəlib. Ailə 1990-cı ildə Moskvaya köçüb.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06