Ölüm hökmündən xilas olan sabiq nazirlər - Nəriman İmranovla Müzamil Abdullayev hardadır?
Müstəqillik illərində Azərbaycanda vəzifədən kənarlaşdırılan xeyli nazir olub. Onlardan kimisi yüksək postdan birbaşa həbsxanaya göndərilib, kimisi incik yola salınıb, kimisinə də yeni vəzifə verilib. Bununla yanaşı, təqaüdə yola salınanlar da olub...
Nəriman İmranov və Müzamil Abdullayev... Yəqin ki, bu eks-nazirləri xatırlayırsınız. Birinci sabiq milli təhlükəsizlik naziri, ikinci keçmiş kənd təsərrüfatı naziridr.
Mərhum dövlət başçısı Heydər Əliyevin komandasında təmsil olunan hər iki şəxsi nazir işlədikləri zaman yol verdikləri bağışlanmaz səhvlər birbaşa həbsə aparmışdı.
“Müzamil İmran oğlu Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin” – Prezident Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladı fərman...
Heydər Əliyev Müzamil Abdullayevin əməllərindən bərk qəzəblənmişdi. 25 avqust 1995-ci il tarixində Prezident Sarayında Heydər Əliyev respublikada kənd təsərrüfatı işlərinin gedişi və aqrar islahatların həyata keçirilməsi vəziyyətinə həsr olunmuş müşavirədəki çıxışında sabiq nazirin əməllərindən hiddətləndiyini gizlətməmişdi. Sitat:
“Kənd Təsərrüfatı Nazirliyini təmizləmək lazımdır. Mən kadr məsələsini nəzərdə tuturam. Mən bu göstərişi bir neçə dəfə vermişəm. Müzamil Abdullayev kimi quldurlar, cinayətkarlar iqtisadiyyatımıza nə qədər zərbələr vurublar. Tək o deyildir, başqaları da olublar. Bizim kənd təsərrüfatı sahəsini belə cinayətkarlardan, belə quldurlardan xilas etmək lazımdır. Amma onların bir çoxu indiyədək ayrı-ayrı vəzifələrdə oturublar və öz əxlaqı ilə, öz keçmiş əhval-ruhiyyəsi ilə yaşayaraq iqtisadiyyatımızı dağıdırlar”.
Müzamil Abdullayev 1941-ci ildə Gəncə şəhərində anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına kimi kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
1996-ci ildə “Surət Hüseynov olayı”na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb. Onu ictimaiyyət həbsxanadan xərəkdə çıxması ilə xatırlayır.
Deyilənlərə görə, Müzamil Abdullayevin həbsdən azad olunmasını o zaman Fransa prezidenti olan Jak Şirak birbasa Heydər Əliyevdən xahis edib. Müzamil Abdullayev ixtisasca şərabçı olduğundan Fransada hakimiyyətin üst düzəni ilə geniş əlaqələri varmış. Jak Şirak da Fransanın şərabçılıq biznesi lobbiçilərinin təsiri ilə Heydər Əliyevdən belə bir xahiş edib.
Nəriman İmranov 1944-cü ilin 2 yanvarında Qərbi Azərbaycanın Basarkeçər rayonunun (Vardenis rayonu) Şişqaya kəndində anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına kimi milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
1994-cü il dekabrın 21-də bir qrup şəxsin Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılmasında təqsirləndirilərək, vətənə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib. Amma onun bəxti gətirdi və əfv olundu.
Bəs Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılanlar kimlər idi? 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlandırılan neft sazişinin imzalanmasından bir gün sonra vətənə xəyanətdə ittiham edilən keçmiş yüksək vəzifəli şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasından qaçdılar. Onlar keçmiş müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, “Laçın” alayının komandiri Arif Paşa və separatçı “Talış Muğan Respublikası”nın yaradıcısı Əlikram Hümbətov idi. Bu hadisə aydın səmada şimşək kimi çaxmışdı...
Bu qaçış milli təhlükəsizlik naziri Nəriman İmranovun işdən çıxarılması və həbsi ilə nəticələndi.
Nəriman İmranov da düz üç dəfə Prezident Heydər Əliyevin əfv fərmanının sevincini dadıb. Birinci ölüm hökmü ömürlüklə əvəz olunanda, ikinci ömürlük həbs cəzası 15 illə əvəz olunanda, üçüncü isə 2002-ci ildə əfv olunub azadlığa buraxılanda.
Nəriman İmranov və Müzamil Abdullayev həbsdən çıxandan sonra susmağa üstünlük veriblər. Tamamilə kölgəyə çəkilən bu sabiqlər əsla mətbuata yaxın durmur, jurnalistlərdən gizlənirlər.
Bəs hazırda 75 yaşlı Nəriman İmranov və 78 yaşlı Müzamil Abdullayev harada yaşayır, nə işlə məşğuldurlar?
Modern.az saytı adları çəkilən sabiqlərin hazırda harda olduğunu araşdırmağa çalışıb.
Eks-nazirlərə yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, həm Nəriman İmranov, həm də Müzamil Abdullayev hazırda Azərbaycanda yaşayır.
O da qeyd edilib ki, Müzamil Abdullayev Azərbaycanla yanaşı, həm də Rusiyada yaşayır. Yəni həm orada, həm də burada yaşayıb, hər iki ölkədə də biznes fəzliyyətilə məşğuldur. O illərdir ki, Moskvada böyük biznes şəbəkəsinə rəhbərlik edir. Həbsdən çıxandan sonra M.Abdullayev Moskvaya mühacirət edib, əvvəlcə araq-şərab məhsullarının istehsalı və idxal-ixracı ilə məşğul olub. Sonra onun Azərbaycanda da biznes qurmağına icazə verilib. Məlumatlara görə, sabiq nazir hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları da yetişdirir.
Rusiya mediasının da yazdığına görə, Moskva vilayətinin Dolqoprudnıy rayonundakı ən böyük meyvə-tərəvəz bazası Azərbaycanın sabiq kənd təsərrüfatı nazirinə məxsusdur. Bu bazada çalışanların böyük əksəriyyətinin Azərbaycanın Şəmkir rayonundan olduğu söylənilir.
Onun Rusiyada digər böyük obyektləri də fəaliyyət göstərir.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20